Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Günün xəbəri

"Tamstore" mağazasında vaxtı keçmiş məhsullar satılır -FOTOFAKT

"Tamstore" mağazasında vaxtı keçmiş məhsullar satılır. 

Yenixeber.org: Redaksiyamızın qaynar xəttinə daxil olan məlumata görə, “Tamstore” mağazasının Nərimanov filialında vaxtı keçmiş şərbət halvası məhsulları satışdadır. Məlumata əsasən, bu məhsulların ən yeni istifadə müddəti cari ilin yanvar ayında başa çatıb. Hətta ötən ilin dekabr ayına aid məhsulların da satışda olduğu bildirilir.

Redaksiyamıza təqdim olunan fotoşəkillər də iddiaları təsdiqləyir.

Qeyd edək ki, "TamStore" supermarketlərinin sahibi olan "Tam Store" MMC "Avrora Qrup" tərəfindən 2023-cü ildə yaradılıb.

"Tam Store" Məhdud Məsuliyyətli Cəmiyyətinin isə qanuni təmsilçisi  Ceyhun Yusubov Lətif Oğludur. 

"Avrora Group"un qanuni təmsilçisi Samir Natiq oğlu Əliyev, baş direktoru isə Ceyhun Yusubovdur.

Xatırladaq ki, “Avrora Group” distribüter şirkəti kimi fəaliyyətinin əsası 1 noyabr 1993-cü ildə qoyulub. Şirkət fəaliyyətinə yerli və xarici fabriklərin istehsal etdiyi məhsulları ölkəmizdə dağıtımını həyata keçirməklə başlayıb. Beynəlxalq şirkətlərin, zavod və fabriklərin partnyoru olan “Avrora Group”un portfoliosuna “Danone”, “Ehrman”, “Arla”, “Rolton”, “Hochland”, “KraftHeinz” “Pernod Ricard”, “Diageo”, “Carlsberg”, “Jagermeister”, “Gruppo Campari”, “Brown Forman”, “Bacardi Limited” və s. kimi aparıcı şirkətlər daxildir. 2001-ci ildə “Avrora Group” həm də istehsalçı şirkət kimi tanınmağa başlayıb. Şirkətin istehsalat sahələrini özündə birləşdirən “Avrora Sənaye Parkı”nda Makaron fabriki, Qənnadı fabriki, Qazlı və qazsız içkilər fabriki, Karbon Dioksid fabriki, Un istehsalı fabriki var.(32gün.az)

Nilay


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam