Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

6 gün əvvəl yaranan şirkəti kimlər tenderin qalibi elan edib? –MÜƏMMA


Əziz Əliyev adına Sumqayıt Tibb Kolleci tərəfindən keçirilən tender müsabiqəsinin (kotirovka sorğusu) qalibi "ZZ-Ticaret” MMC olub.
Yenixeber.org: "ZZ-Ticaret” MMC Sumqayıt Tibb Kollecinin sifarişi bu quruma maşın və avadanlıqlar satacaq.

Qeyd olunan malların üçün Sumqayıt Tibb Kolleci "ZZ-Ticaret” MMC-yə 9 min 840 manat ödəyəcək.
Məlumat üçün bildirək ki, "ZZ-Ticaret” MMC – 27.07.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Sumqayıt Tibb Kolleci müsabiqə elanını 06.08.2020-ci il tarixində elan olunub. Bu isə o deməkdir ki, tender müabiqəsinin qalibi olan MMC tender elanının verilməsindən cəmi 10 gün əvvəl yaranıb. Bu günlərin də 4-ü Qurban bayramı ilə əlaqədar olaraq qeyri iş günləri olub.
Onu da bildirək ki, "ZZ-Ticaret” MMC barədə açıq internet resurslarda heç bir məlumata rast gəlmək mümkün deyil. Cəmi 6 gün (iş günü) əvvəl yaranan və 9,8 min manatlıq tenderin qalibi olan MMC Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk, ev 15, m. 2 ünvanında qeydiyyatdadır. Nizamnamə kapitalı 5 manat olan MMC-nin qanuni təmsilçisi Rəsulov Zamin Zahir oğludur. 
Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır. Tender müsabiqəsindən cəmi 2 ay əvvəl yaranan bu şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı da aydın deyil. 
Onu da qeyd edək ki, Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci 1969-cu ildən fəaliyyətə başlayıb. 2010-cu ildən Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci adlandırılıb. Kollecin direktoru tibb elmləri doktoru Rəfayıl Eyvazovdur. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam