Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Qubernatoru sifarişli qətllərə görə qandalladılar-FOTOLAR

Rusiyanın Uzaq Şərqindəki Xabarovsk  vilayətinin qubernatoru biznesmenin qətlinin sifarişində ittiham olunaraq həbs edilib. İki il qabaq həmin qubernator Kremlin favoriti üzərində qələbə çalmışdı.

Yenixeber.org: Rusiya İstintaq Komitəsi bu gün  iyulun 9-da yaydığı bəyanatda  Xabarovskun qubernatoru Sergey Furgal saxlanıldığını bildirib.Rusiya  mediası 50 yaşlı Furqalın regionda mütəşəkkil cinayətkar qrupla bağlı istintaq çərçivəsində həbs olunduğunu yazır. “Ria Novosti ona tezliklə biznesmenin qətlinin təşkili və adamöldrməyə cəhd ittihamı irəli sürüləcəyini qeyd edir. Agentlik bildirir ki, ittihamlar 2004 və 2005-ci illərdə baş verənlərlə bağlıdır.

 

Millətçi Rusiya Liberal Demokratik Partiyasının üzvü olan Furgal 2018-ci il seçkisində hakim Vahid Rusiya partiyasından Vyaçeslav Şportu  məğlub edib. Rusiyanın siyasi təhlilçisi Tatyana Stanovaya 2019-cu ildə yazırdı ki, Furqal “Kreml üçün arzuolunmaz namizəd” idi. O zaman Furqalı Xabarovskun keçmiş qubernatoru Viktor İşayev dəstəkləyirdi. O, 1991-2009-cu illərdə region idarə edib.

İşayev ötən il həbs olunub. Onda Furqal onun adamlarından bəzilərini region administrasiyasında yüksək vəzifələrə yerləşdirməyə başlamışdı. Ishayev dələduzluqla Rosneft dövlət neft şirkətindən pul mənimsəməkdə ittiham olunurdu. Furqal 2007-2018-ci illərdə Rusiya parlamentinin aşağı palatası olan Duma üzvü olub.

Bu arada internetdə qubernatorun həbsinin görüntüləri də yayılıb. Kadrlara əsasən kamuflyajlı və maskalı adamlar qubernatorun qollarını burur, onu xidməti avtomobilinə mindirib aparır.

İstintaqın versiyasına görə, Furqal üç epizod üzrə ittiham edilir. Bunlar bir sifarişli qətl cəhdi və daha iki sifarişli qətlin törədilməsidir. Cinayətlər 2004-2005-ci illərdə Furqalın başçılıq etdiyi mütəşəkkil qruplaşma tərəfindən Xabarovsk və Amursk vilayətlərində törəilib. Bildirilir ki, qubernatordan başqa onun qruplaşmasının dörd fəal üzvü də tutulub.

Məlumata görə, söhbət biznesmenlər Yevgeni Zori və Oleq Bulatovun qətlindən gedir. Onlar metal ticarəti şirkətinin təsisçiləri olublar. Habelə qubernator biznesmen Aleksandr Smolskiyə sui-qəsd cəhdi edib. Səbəb biznes üstündə yaranan ziddiyətlədir. Furqala qarşı ifadəni Xabarovsk vilayət dumasının keçmiş deputatı, onun keçmiş biznes ortağı Nikolay Mistryukov, Cənubi Kurilskdəki Mendeleyev aerportunun təhlükəsizlik xidmətinin müfəttişi Marat Kadırov və daha iki fiqurant verib. Onların hamısı 2019-cu ildə həbs ediliblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam