Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Paşinyan bütün qubernatorları dəyişdirdi -FOTOLAR

Paşinyan bütün qubernatorları dəyişdirdi - FOTOLAR
Ermənistan hökumətinin bugünkü iclasında ölkənin 10 əyalətindən 8-nə yeni qubernator təyin olunub.

Yenixeber.org: Erməni KİV-ləri xəbər verir ki, vəzifəyə gələndən sonra baş nazir Nikol Paşinyan bütün qubernatorların dəyişdirilməsinin lazım olduğunu demişdi.
Nəticədə nazirlər kabinetinin qərarı ilə bütün qubernatorlar vəzifədən kənarlaşdırılıb.

Ermənistan hökumətinin yeni qərarı ilə isə Nor Kyak kəndinin sabiq başçısı QarikSarkisyan Ararat əyalətinin qubernatoru, Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyasının üzvü Romanos Petrosyan Kotayksk əyalətinin qubernatoru, İcevan şəhərinin meri Vahe Qalumyan Tavuş əyalətinin qubernatoru, “Vətəndaş müqaviləsi” partiyasının üzvü Karen Saruxaryan Şirak əyalətinin qubernatoru, “Daşnaksütyun” partiyasının üzvü İşxan Saqatelyan Qeqarkunik əyalətinin qubernatoru, Vayk şəhərinin keçmiş meri Araqaç Saqatelyan Vayoçdzor əyalətinin qubernatoru, Qrant Marqaryan Loriysk əyalətinin qubernatoru, Araqaçotnsk əyalətinin qubernatoru isə “Daşnaksütyun” partiyasının üzvü, 2017-ci ilin iyulundan 2018-ci ilin aprelinədək elə Araqaçotnsk əyalətinin qubernatoru olmuş Aşot Simonyan təyin olunub.

Digər 2 əyalətə qubernator təyin edilməsi isə sonraya saxlanılıb. Yeni təyin olunan qubernatorların şəkilləri sıralamaya müvafiq olaraq aşağıda göstərilib.













Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam