Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Azərbaycanlı oliqarxın stadion tikintisi:qubernator müavini, nazir və digərləri həbs olundu

 

Rusiyanın Rostov vilayətinin qubernatorunun mənzil-kommunal təsərrüfatı üzrə müavini Sergey Sidaş mayın 19-da həbs olunub.

Yenixeber.org: Bu səs-küylü həbsin, habelə vilayət hökumətinin iki ay əvvəl həbs edilmiş  arxitektura və tikinti naziri Nikolay Bezuqlovun məsələsinin azərbaycanlı milyarder-oliqarx Araz Ağalarovun “Crocus İnternational” şirkətlər qrupunun tikdiyi “Rostov Arena” stadionu ilə bağlı olduğu üzə çıxıb.

Rusiya mənbələri bildirir ki, stadiona yanaşma yollarının və meydançalarının tikintisində, habelə stadion “yastığında”  iri dənəli qum əvəzinə daha ucuz olan xırda qumdan istifadə olunub. İstintaq Komitəsi müəyyən edib ki, bu məmurlar stadionun tikintisində subpodratçı şirkətlərlə əlbir olaraq korrupsiyaya yol veriblər.

Soldan sağa: Sergey Sidaş, qubernator Qolubev və nazir Bezuqlov

Lakin “Bloknot” internet-nəşri yazır ki, yerli hökumətin dövlət satınalmaları saytında yerləşdirilmiş sənədlərə əsasən podratçı şirkət iri dənəli qum əvəzinə xırda qumdan istifadəni əvvəlcədən bilib və razılaşdırıb. Sifarişin həcmi 1.243 milyard rubl olub. Sifarişçi qismində Rostov vilayətinin Tikinti və Arxitetektura Nazirliyi çıxış edib.

Sənədlərə əsasən hər iki tərəf əvvəlcədən biliblər ki, tikinti layihəsində nəzərdə tutulan iri dənəli qum Rostov vilayəti ətraflarında yoxdur, ona görə də tərəflər Rostovun tikinti layihələrində illərdir istifadə olunan xırda qumdan istifadə etməyi qərara alıblar.

İstintaq orqanlarında isə hesab edirlər ki, iri dənəli qumun xırda qumla əvəzlənməsi halında smeta da azalmalıydı. Amma bu baş verməyib və nəticədə indi Rostovda həbslər başlayıb.

O cümlədən qumun əvəzlənməsini nizamlayan sənədlərin altında “Crocus Group İnternational” şirkətinin vitse-prezidenti Eldar Dadaşovun və keçmiş nazir Nikolay Bezuqlovun imzaları yer alır. Hansı ki, iki aydır təcridxanadadır. Habelə bu iş üzrə Bezuqlovun nazirliyinin adından formal olaraq sifarişçi kimi çıxış edən “Rostovoblstroyzakazçik” şirkətinin direktoru Sergey Mişşenko da həbs olunub.

Bezuqlovun və Mişşenkonun həbsindən təxminən bir ay sonra futbol üzrə 2018-ci il Dünya Çempionatı üçün obyektlərin tikintisini kurasiya edən qubernator müavini Sergey Sidaş da həbs olunub. Müstəntiqlər hesab edir ki, Sidaş Bezuqlova və Mişşenkoya tender sənədlərini dəyişdirməyi tapşırıb. Nəticədə podratçı şirkət smetanı azaltmadan iri dənəli qumu xırda qumla əvəzləmək imkanı qazanıb.

Maraqlıdır ki, stadion tikintisi üçün büdcədən pulları “Crocus İnternational” alsa da istintaqın çəkicinin altına birinci düşən Rostovun “Dontransqidromexanizasiya” şirkətinin baş direktoru Andrey Androsov düşüb. Həmin şirkət podratçının sifarişi əsasında stadion tikintisi üçün qum hasil etmişdi. Androsov bu ilin fevralında tutulub.

Qum maxinasiyası işi üzrə sonuncu həbs edilən vitse-qubernatorun Rostov qubernatoru Vasili Qolubevin yaxın adamı olduğu bildirilir. Onu Dmitri Medvedyev prezident olanda həmin vəzifəyə təyin edib.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam