Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

PANDEMİYAYA QALİB GƏLƏN GÜRCÜSTANIN SİRRİ – Ekspert və deputat əsas səbəbləri açıqlayır

 

 Koronavirus pandemiyasına qarşı mübarizədə Cənubi Qafqazın 3 ölkəsindən yalnız Gürcüstan ciddi naliyyət əldə edib. Ölkədə yoluxmanın səviyyəsi gündəlik 2-3 nəfərə qədər aşağı enib. İnsan itkisi isə bir neçə həftədir baş vermir. Bu ölkədə təhlükəli virusa yoluxanların ümumi sayı 900 nəfər çatmır, 14 nəfər vəfat edib, qalan xəstələrin əksəriyyəti sağalaraq evə buraxılıb. 

Yenixeber.org: Ölkədə fövqəladə vəziyyət rejimi ləğv olunub, toplaşma azadlığına qoyulan qadağalar aradan qaldırılıb. İyunun 20-də müxalifət partiyaları şəhərin mərkəzində aksiya keçirib...

 

Xatırladaq ki, regionda ən gərgin epidemoloji vəziyyət Ermənistandadır. Bu ölkədə 20 mindən artıq yoluxma, 330 ölüm faktı qeydə alınıb. Hazırda xəstəxanalarda 11 minə yaxın xəstə müalicə olunur.

Azərbaycana gəldikdə, ölkədə virusa yoluxmanın ikinci dalğası yaşanır. Hökumət növbəti dəfə iki həftəlik sərtləşdirilmiş karantin vəziyyəti elan etməyə məcbur olub. Son statistikaya görə, ölkədə ümumilikdə 12 238 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6516 nəfər müalicə olunaraq sağalıb, 148 nəfər vəfat edib, 5574 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

 

Rövşən Ağayev: “15 ildə aparılan islahatlar virusa qarşı mübarizədə sözünü dedi”

 

Gürcüstanın pandemiyaya qarşı uğurlarının səbəbi nədir? Ölkənin koronavirusa qalib gəlməsində hansı faktorlar əsas rol oynadı?

 

 

Tanınmış iqtisadçı Rövşən Ağayev bildirir ki, bunun səbəbini son 15- ildə Gürcüstanda aparılan islahatlarda axtarmaq lazımdır: “Gürcüstan bütün postsosialist məkan üçün örnəyə çevrildi - korrupsiyanın kökünü kəsməkdə, cəmiyyətin demokratikləşməsində. Biz bir dəfə onların yaxşı bir örnəyindən yararlandıq və peşman da olmadıq - Saakaşvilinin "bir pəncərə" sistemini tətbiq etmək üçün yaratdığı "Ədliyyə Evləri"ni biz “ASAN xidmət” kimi ölkəyə gətirdik.Nəticəsi də yaxşı oldu - ən azından məişət korrupsiyasının kökü əhəmiyyətli dərəcədə kəsildi. Həm də xidmətlərin elektronlaşması, "bir pəncərə" sayəsində artıq sənədləşmə zərurətinin aradan qalxması insanların izafi zaman, pul itkisinin də qarşısını aldı.

Amma sonra ordan heç nə götürmək istəmədik. Məsələn, polis, vergi və gömrük sistemində fundamental islahatları çox önəmlidir. Bunlardan daha əvvəl isə gerçək çoxpartiyalı sistem və çoxpartiyalı paralment yaratdılar. Bbir siyasi qüvvənin uzun müddət hakimiyyətdə qalmasının cəmiyyətin strateji maraqlarına zərbə olduğunu anlayıb Saakaşvili kimi siyasət ustasına və onun partiyasına 10 ildən artıq ölkəni idarə etməmək üçün qırmız kart göstərdilər, müxalif televeziyanın fəaliyyətinə yaşıl işıq yandırdılar, kommunal sektorun dövlətsizləşdiriilməsinə və liberallaşdırılmasına getdilər, kifayət qədər şəffaf özəlləşdirmə apardılar və bu mənbədən dövlət büdcəsinə yaxşı pul cəlb elədilər, şəffaf satınalma mexanizmi yaratdılar və hətta Ukraynanın "ProZorro" kimi dünyaya səs salmış satınlama sisteminin yaradıcıları Gürcüstan təcrübəsindən yararlandıqlarını dilə gətirdilər”.

Ekspertin sözlərinə görə, Gürcüstanın bütün bu uğurları “Covid 19”-la mübarizdə öz nəticəsini göstərir. “Bu ölkədə az qala 1 ayda yoluxmanın ümumi sayı bizdə artıq 1 gündə baş verir.Necə edirlər, necə nail olublar - "qonşudan yaxşını öyrənməkdə fayda verib" öyrənmək lazımdır. Amma buna qədər gərək yuxarıda onların etdiyinin hamısını edəsən.Yoxsa mühərriki xarab avtomobilin təkərlərini, hətta kuzovunu da dəyişsən yerindən tərpənəsi deyil” - deyə R. Ağayev vurğulayıb.

 

                         Gürcüstanlı deputat: “İnsanlar qanunların yanında oldular...”

 

“Gürcüstanda yaşayan azərbaycanlıların vəziyyəti normaldır. Ümumiyyətlə, Gürcüstan koronavirus pandemiyasına qalib gəlmək ərəfəsindədir. Demək olar ki, gün ərzində 3-5 nəfər virusa yoluxur”. Bu fikirləri isə modern.az-a açıqlamasında Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputat Azər Süleymanov deyib.

 

 

Deputat gürcülərin koronavirusla mübarizə metodlarından danışıb: “İnsanlar qaydalara tam əməl edirdilər. Həmçinin karantin müddətində qaydaları pozanlara qarşı çox sərt cəzalar tətbiq olunurdu. Digər bir məsələ isə insanların qanunların yanında olmasıdır. Məsələn, Azərbaycanda sərt karantin zamanı vətəndaş polisə zibil atır, digər vətəndaşlar da bu aksiyaya dəstək olur. Ancaq Gürtcüstanda tam əksinədir. Polisə zibil atan vətəndaşı hüquq-mühafizə orqanlarından öncə vətəndaşlar linç edir. Hesab edirəm ki, bu cür hallarda hər bir vətəndaş dövlətin, qanunların yanında olmalıdır”.

Azər Süleymanov Gürcüstan parlamentində təmsil olunan deputatların karantin qaydalarına riayət etməsinə də münasibət bildirib: “Hər bir deputata karantin günlərində hərəkət etmək icazəsi verilmişdi. Biz deputatlar şəxsi maşınla hara istəsək gedə bilərdik. Ancaq Gürcüstan parlamentinin deputatları qaydaları pozmadı. Hər birimiz evdə olduq və şəxsi maşınımıza oturub harasa getmədik. Hesab edirəm ki, bu cür məqamlarda nümunəvi addımların atılması çox önəmlidir. Biz vətəndaşlara nümunə olmasaq, onlardan nəsə tələb edə bilmərik”.(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam