POMPEO MƏŞHUR PROFESSORU NİYƏ HƏBS ETDİRİB? – Öldürülən Çin səfirinin "qara qutusu" amerikalılara hər şeyi danışıb...- ARAŞDIRMA
Ərgün Dilər
“Takvim”, Türkiyə, 28 may 2020-ci il
Yenixeber.org: ABŞ-la Çin arasındakı gərginlik əməlli-başlı artır. Bundan sonra daha da artacaq. Hər iki tərəf də savaşı başqa ünsürlər vasitəsilə aparmaqda qərarlıdır.
Çinin arxasındakı ağılın İngiltərə olduğunu yazdım. İndi də İsrail eyni yönə doğru getməkdədir. Bunu görən ABŞ da boş durmamaqdadır. Daha öncə hazırlıqlarını gördükləri “uyğur kartı”nı müxtəlif səbəblər üzündən açmaq istəyirlər.
Gəlin, məsələni açaraq, yaxın tarixi xatırlayaraq irəliləyək. Çinin ABŞ-ı “supergüc” mövqeyindən endirmək istəməsi o qədər güclü bir səslə ifadə edilməyə başlamışdı ki, “Dərin Amerika” mütləq bir addım atmalı idi.
Böyüklük iddiaları varsa, atmalı idilər. Bu, sadəcə Çini çətin duruma salacaq bir addım olmamalı idi. Çinlə birlikdə olan ölkələrə də ən ciddi mesaj verilməli idi. Koronavirusun yayılmasına da bu üzdən qərar verildi. “Dərin Amerika”ya yaxın şəxslərin dilə gətirdiyi də budur.
Qlobal iqtisadiyyat çökdü. Çox önəmli şəxslər vəzifədən azad edildi. Ardınca sui-qəsdlər başladı. Ancaq ən önəmlisi, əlbəttə, Təl-Əvivdə törədilən sui-qəsd idi. Çinin ABŞ üçün risk yaratmasını təmin edən şəxs Du Vey idi. O, ən öndəki şəxslərdən biri idi. Yazılmasa da, deyilməsə də, durum belə idi. ABŞ da belə, çox önəmli gücü olan Du Veyin öldürülməsi güc balansını dəyişdirdi. Bu səbəblə yazıram. Məncə, məndən başqa yazan da yoxdur.
ABŞ Xarici İşlər naziri 11 mayda, yəni, İsrailə səfər etmədən öncə çox önəmli bir toplantı keçirdi. “Dərin Amerika”nın ən önəmli şəxslərindən olan Milli Təhlükəsizlik Baş prokuroru Con C. Demers, Arkanzasın Qərb bölgəsinin millət vəkili Devid Faulks, FTX-nin Litl Rok sahə ofisinin əfsanəvi ismi Diana Upçerç və MKİ direktoru Haspelin ən çox etibar etdiyi iki şəxslə görüşən Pompeo bir tələb irəli sürdü. O, qanunlara uyğun şəkildə professor Saymon Soy-Teonq Anqın həbs edilməsini istədi.
NASA-da önəmli işlərə imza atan, Arkanzasdakı Fayetvill Universitetində Çinə böyük dəstək verən professor Teonq Anq, Pompeonun xahişilə 12 mayda həbs edildi. Professor Anqın “NASA ilə bağlı bir layihədə Çin şirkətlərindən maliyyə aldığı” iddia edilirdi. Həbsin səbəbi bu idi. Ancaq həqiqət, əlbəttə, başqa idi. Professor Saymon Soy-Teonq Anq, Çinin İsraildəki səfiri Du Veyin “qara qutu”su idi.
Pompeonun komandası professor Saymon Soy-Teonq Anqı (Simon Ang) sorğu-suala çəkdi. Du Veyin önəmli olduğu məlum idi, amma bu qədər önəmli olduğunu ABŞ XİN-i də təxmin etmirdi. Pompeo da bu önəmli məlumatlarla Təl-Əvivə getdi. O, İsrailə problemsiz və inamla gedirdi. Pompeonun komandası İsrail və Ukraynadan çox önəmli məlumatlar əldə etmişdi. Vaşinqton ancaq qələbə gözləyirdi. O da Du Veyin əldə etdiyi anlaşmaların ləğv edilməsi idi. Əgər bu, qəbul edilməzsə, Du Vey istefa verməli idi.
Ancaq bunların heç biri reallaşmadı. Çin Du Veyin, ən azı, 2 il İsraildə işləməsini planlaşdırmışdı. Pekin administrasiyası ABŞ-ın buna qarşı çıxacağını bildiyi halda, israrlı idi. Çünki sistemin qurulması önəmli idi. Du Vey bu yeni sistemi quran, Çinin Avropada, ardınca da ABŞ-da güclənməsini təmin edən şəxs idi. Bu üzdən, Du Veyin Pekinə geri çəkilməsi söhbət mövzusu ola bilməzdi. Ancaq Vaşinqtonun, daha da önəmlisi “Dərin Amerika”nın gücü də danılmaz idi. Bir şey etməliydilər.
Təhlükəni dərk edən Çin Veyin təhlükəsizliyini gücləndirdi. Bunu İsraillə də paylaşdı. Çin planlarından vaz keçməyəcəyini elan etdi. Ancaq Pompeo da Təl-Əvivə çatmışdı. Çin dövlət başçısı Şi Cinpinq ölkəsinin güclü olması üçün qərar verdiyi halda, Pompeo da, əlbəttə, ABŞ-ın güclü olması üçün yola çıxmışdı. Yəni, iki div toqquşurdu.
Çin və İsrail ortaqlığın davam edəcəyi haqqındakı görüşlərini Pompeoya bildirincə, “Dərin Amerika”nın “B” planı dövrəyə girdi: Du Vey öldürüldü. Həm də sadəcə 3 nəfərlik qrup tərəfindən. Vey ona vurulan çox özəl bir iynə ilə infarkt və beyin qanaxması keçirərək (pıçıltılara görə), həyatını itirdi.
Koronavirus infeksiyasının yayılması ilə birlikdə, bu sui-qəsd metodu seçilmişdi. Heç iz buraxmayan bu sui-qəsdin dərmanı da (təsadüf olub-olmaması da məlum deyil) Uhan Virusologiya İnstitutunda hazırlanmışdı. Yəni, koronavirusun çıxdığı yer də, Du Veyin öldürülməsi üçün hazırlanan zəhərli iynənin düzəldilyi yer də Uhandır…
Uhan Virusologiya İnstitutunda aparılan işlərə 1988-ci ildən bəri Arkanzasdakı Fayetvill Universitetində işləyən professor Saymon Soy-Teonq Anq da hərdənbir dəstək vermişdir. Həqiqətən, heç bir durumun təsadüf olmadığı günlərdə yaşayırıq. Pekin- Təl-Əviv-Arkanzas üçbucağında baş verənlər yeni sistemin sancılarına işarət edir. Arkanzas Bill Klintonun vali olduğu ştat kimi tanınsa da, “Dərin Amerika”nın son dövrdə üstündə əsdiyi bölgədir. Bu məsələdə nə qədər haqlı olduqları professor Anq məsələsiylə bağlı ortaya çıxdı.
Bütün bunların yaşandığı bir vaxtda, Tramp bir anda “uyğur kartı”nı masaya gətirdi. ABŞ Xarici İşlər naziri Pompeo 2019-cu ilin sentyabr ayı ilə 2020-ci ilin fevral ayı arasında düz 14 dəfə Çinə uyğur türklərinə tətbiq etdikləri zülm səbəbilə reaksiya verdi. Hələ koronavirus infeksiyası yayılmamışkən, verilməyə başlayan bu reaksiyalar, əbəttə, Vaşinqtonun Pekinə yönəlik planının bir parçası idi. İndi pandemiya səbəbilə uyğur türklərinin məsələsi gündəlikdə deyil. Ancaq yaxın bir zamanda Vaşinqtondan təkrarən bu səs yüksələcək. Türkiyəyə də təsur etməsi düşünülən bu plan həyata keçiriləcək. ABŞ bir daşla bir neçə quş vurmağı hədəfləyir. Türkiyəni Çindən uzaqlaşdırmaq və “müsəlmanları mən qoruyuram” deyə bilmək üçün meydanda olacaq. Heç də asan olmasa da, plan budur. Detallarını sabah yazarıq.
Savaş 4 istiqamətdən irəliləyir…
Tərcümə: Strateq.az