Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

ÇİNİN 5G SİSTEMİNƏ QARŞI ABŞ-ın KORONAVİRUS ƏMƏLİYYATI:iki amerikalı professorun hazırladığı virus dünya nizamını necə dəyişir? - ARAŞDIRMA

 

Ərgün Dilər

“Takvim”, Türkiyə, 21 fevral 2020-ci il

 

Yenixeber.org:  Bütün diqqətlər İdlibə cəlb olunmuşkən, Almaniyadan terror xəbəri gəldi. Almaniyanın Hanau şəhərində 10 adam həyatını itirdi. Teror hücumunu həyata keçirən ifrat sağçı şəxsin Tobias R. olduğu açıqlandı. O da evində ölü olaraq tapıldı. Ölmədən öncə də videogörüntü və məktub buraxdı. Və etiraflarında “bəzi xalqların yox edilməli olduğunu” yazdı.

Alman dövləti hadisəni araşdıracaqdır. Doğrusu, Merkel, “Hadisənin arxa planını ortaya çıxarmaq üçün hər şey ediləcək” dedi.

Ağlıma ilk gələn sual bu oldu ki, hücum edən şəxs nə üçün türkləri hədəfə qoydu? O məsum insanlardan nə istədi? Yoxsa dünyanın nüfuzlu güclərindən biri əməliyyat keçirir və hesab qapadırdı?

Sizin nə düşündüyünüzü bilmirəm, ancaq mənim ağlıma ilk gələn söz “Gəzi” oldu. “Gəzi işi” ilə bağlı verilən qərarlar həm daxildə, həm də xaricdə müzakirə edildi. Müzakirə və mübahisələr indi də davam edir. Hələ davam edəcək… Tam elə bu vaxt araya girən qaranlıq bir əl “Gəzi işi” ilə bağlı verilən qərarlara etirazmı edirdi? Ankaraya gözdağımı verilirdi?

Merkel nə qədər xoş niyyətli olursa-olsun, işin arxa planı aydınlaşmayacaq. Bu tip kəşfiyyat əməliyyatları unudulmağa məhkumdur.

Gəlin davam edək, böyük savaşdan, böyük mübarizədən bəhs edək. Zbiqnev Bjezinski artıq yoxdur. Ancaq onun “ABŞ-ın alternativi Çindir, bu səbəblə, Pekini özbaşına buraxmamalıyıq. Çünki Avropa Çinlə bir araya gələrsə, – “İpək yolu”nun məqsədi budur, – o zaman Amerikanın çöküşü üçün daşlar çəkilməyə başlar” sözünü ciddiyə alan “dərin Amerika” ortaya çıxmışdır.

Doğrusu, neçə vaxtdır yazıram. Yəni, sürpriz də deyil. Bjezinski “dərin Amerika” ilə yan-yana olmadı, ancaq tamamilə qarşısında da yer almadı. “Koronavirus işi”ni incələdikdə, öncəlikli hədəfin Çin olduğunu, ancaq zəncirvari nəqliyyat qəzasına doğru getdiyini görürük. Ələlxüsus İrana sıçraması çoxmənalıdır.

Çin donub qaldı, Rusiya da ağır zərbə aldı. Avropanın Almaniya və Fransa kimi ən güclü dövlətləri də ciddi sıxıntıya girmək üzrədirlər. Deməli, bu əməliyyatın hədəfi yalnız Çin deyildir.

Bjezinski “ABŞ-la ittifaq qurmayan və ya Vaşinqtonun inzibati-idarəçilik gücünü qəbul etmyən Avropada təhlükəsizlik olmaz” dedi. Həm də bunu həyatını itirməmişdən öncə verdiyi son müsahibəsində dedi. Qlobal təhlükəsizlik olmazsa, “Avropada da təhlükəsizlik olmaz” deyən də Bjezinskinin özü idi.

Çin qlobal təhlükəsizliyi təhdid etməyə başlamışdı. Pekin “dərin İngiltərə”nin dəstəyilə ABŞ-ı bitirmək üçün planlar qururduƏslində, savaşın bir cümlə ilə özəti bu idi.

Pekinin başındakı dərd çox böyükdür. Bu ana qədər bir cavab verə bilmədilər. Əgər bir müddət də cavab verə bilməzlərsə, plan qurmaq bir yana, belə bir fürsətləri əsla daha olmaz. Ardınca çöküş gələr. Bu durum belə, Pekinlə birlikdə hərəkət edən ölkələri çətinliyə salar.

Almaniya NATO vasitəsilə ABŞ-a bağlı olsa da, Çinlə ortaqlıq qurdu. Bu səbəblə, sıxıntı yaşayan, həm də amerikan sisteminin xaricinə çıxan ölkələrin başında gəlir. 12 sahədə anlaşmalar əldə edildi. “Dərin İngiltərə” Almaniyanı qabağa verərək, arxa planda Avropanı Çinə inteqrasiya edirdi2020-ci il bu böyük görüşün ən önəmli ili olacaqdı. Artıq olmayacaq.

Almaniya, İngiltərə və Fransa Çinin 5G sistemindən istifadə etməyə qərar verdi. Tarix 2019-cu ilin dekabr ayını göstərirdi. Əslində, bu, ABŞ-a meydan oxumaq idi. 17 fevral 2020-ci ildə ABŞ Müdafiə naziri Mark Esperin verdiyi açıqlamalar ABŞ-ın Almaniya, İngiltərə və Fransaya mesajı idi. Esper “Müttəfiqlərin və ABŞ-ın texnologiya şirkətlərini alternativ 5G məhsulları hazırlamağa təşviq edirik. Bu sistemi hərbi bazalarımızda sınaqdan çıxardıq. Bunu qəbul etməyənlər müttəfiqimiz olmayacaq” dedi. Esper bununla Çinin 5G sisteminə inteqrasiya olanları düşmən elan edirdi. Əslində, koronavirus 5G-yə də bir cavab idi.

Esper bu çıxışı Almaniyadakı Münhen Təhlükəsizlik Konfransında etdi. Onun alman, ingilis və fransız nazirlərə deyilən “Çin bəzi Avropa ölkələriylə gizli ortaqlıq edərək, çox aqressiv iqtisadi və hərbi siyasət aparır” sözləri də təhdid idi. Ancaq baş verənlər bunun sadəcə təhdid olmadığını göstərdi.

Bütün ölkələrin iqtisadiyyatı ABŞ qarşısında kövrəkdir. Trilyonlarla dollarlıq Çin iqtisadiyyatı belə, bir neçə gündə ağır xəsarətlər aldı. Tablo ortadadır. Bu məsələ ilə bağlı nə Almaniya, nə İngiltərə, nə də Fransa ABŞ-la qarşı-qarşıya gələ bilməz.

Fransa terror hücumları qarşısında geri addım atmadı. Ardınca “Sarı jiletlilər” hərəkatına start verildi. Sonra tətillər başladı. Fransa iqtisadiyyatına dəyən ziyan 150 milyard dolların üzərinə çıxdı. Bu, hələ açıqlanan rəqəmdir. Dolayısilə, Fransa iqtisadiyyatı 300 milyard dollarlıq bir hücuma cavab verə bilmədi. Əslində, verə bilməz də…

İngiltərə də, Almaniya da terrorla qarşılaşdı. Dünyanın ən uzaq kəndində baş verən terrordan belə, “dərin Amerika”nın xəbəri vardır.

Terror hücumları gözlənilən cavabı almadığı üçün yeni həmlələrin gəldiyini gördük. İngiltərə “Brexit”lə ABŞ-ın istədiyi nöqtəyə doğru addım atdı. Ancaq “dərin İngiltərə” hələ də aktivdir və ABŞ-ın qarşısında yer almaqdadır. Çin vasitəsilə aparılan savaşın bir ayağı Vaşinqtondursa, digər ayağı da Londondur.

Türkiyənin Rusiya ilə gərginlik yaşaması, Suriyada baş verənlər, Aralıq dənizindəki gərginlik, Türkiyənin Liviya ilə bağlı atdığı addımların və verdiyi cavabların tamamı ABŞ-ın dünyadakı gücünü itirmək istəməməsilə bağlıdır.

Fransa Prezidenti Makron Londondakı bir malikanədən idarə edilir. Makrona Türkiyə ilə yaxşı münasibətlər qurması söyləndi. Ancaq o, elə bir təzyiqlə qarşı-qarşıya qaldı ki, indi “dərin Amerika”nın istədiyi açıqlamaları verir. İndi də türkcəyə ilişdi…

İndi isə özümüzə gələk. Son təhlildə özümüz önəmliyik. Diqqət edirsinizsə, Vaşinqton Ankara ilə birbaşa qarşı-qarşıya gəlmir. Avropadakı bəzi ölkələr və Körfəz vasitəsilə Türkiyəyə qarşı yaradılan gərginlik sahəsini genişləndirir. Çünki Türkiyənin ABŞ-la ortaq olması çox önəmlidir.

Xatırlayırsınızsa, Türkiyədə ard-arda terror hücumları olurdu. Türkiyə hər səhər bir terror hücumu ilə oyanırdı. İŞİD-ə yardım etdiyi iddia edilən Türkiyə ən çox İŞİD hücumuna məruz qalan ölkə olurdu. Nə oldu ki, birdən-birə kəsildi. Qəribə deyilmi? Çünki gözlənilən nəticə olmadı.

Fransanın çox önəmli 5 böyük şirkətinin İŞİD-lə əldə etdiyi anlaşmalara, bunların Fransa məhkəmələri tərəfindən qəbul edilməsinə rəğmən, kimsə Parisi İŞİD-lə yan-yana gətirmirdi.

Ancaq indi İŞİD də “dərin Amerika” üçün geri çəkildi. Çünki bu gün dünyanın ən təhlükəli “terror təşkilatı” koronavirusdur. Heç bir terror təşkilatı bir neçə ayda trilyonlarla dollarlıq zərər verə bilməz. 50 ölkəyə zərərə verə biləcək bir terror təşkilatı qurmaq üçün trilyonlarla dollar lazımdır. Uğurlu olacağı da təminatlı deyildir.

Ancaq Vaşinqtonun Medina bölgəsində yaşayan 2 amerikalı professorun hazırladığı koronavirus bir çox ölkəyə iqtisadi baxımdan çox ciddi təsir etdi. Bu da Vaşinqtonun “dərin ağlı”nın hələ çox güclü və təsirli olduğunu göstərir.

Koronavirus ABŞ olmadan yeni dünya nizamı qurmaq istəyənlərə də xəbərdarlıq olduRusiya Prezidenti Vladimir Putinin yeni dünya nizamı üzrə məsləhətçisi olaraq gördüyü  Mixail Vladimiroviç Mişustini Baş nazir vəzifəsinə təyin etməsi çox önəmli bir addımdır. O, əvvəllər vergiyə nəzarət edən şəxsdir.

Putinin “Rusiya olmadan yeni dünya nizamı olmaz” kimi cümlələri Vaşinqtonda lağa qoyulmuşdu. Putinin Mişustin həmləsi də yeni dünya nizamında Moskvanın önəmli mərkəzlərdən biri olması üçün atılan addımdır. Ancaq əslində, Putin də Rusiyanın (yeni dünya nizamı ilə bağlı – tərc.) plan qura bilməyəcəyini koronavirusla birlikdə bir daha anladı.

İranda koronavirusun ortaya çıxması, Qum şəhərinin seçilməsi isə koordinatların müəyyən edilməsiylə bağlı ustalığı ortaya qoymaqdadır.

Koronavirus böyük bir savaşın belə, verə bilməyəcəyi nəticələri ortaya qoya biləcək gücdür. Çin buna cavab verə bilmədiyi müddətcə, ABŞ-ın nəzarət gücü zirvəyə çıxacaqdır.

Aparılan təhlil sonda nəticə olaraq göstərir ki, “dərin Amerika”nın qarşısında duran ən güclü rəqib “dərin İngiltərə”dirÇinin yara alması Londonun qəlbinə edilən həmlədir. ABŞ-ın oyun qurmasına və təzyiq etməsinə qarşı adını çəkdiyimiz ölkələrin heç birindən təsirli cavab gəlmədi, gələ bilmədi… Bir düşünün, İngiltərə Baş nazirinin tətil pulu belə, “dərin Amerika”nın iş adamı tərəfindən ödənilir.

Qəbul edilməlidir ki, Çinin dünya ilə əlaqəsi kəsildi. Hətta çinlilər hədəfdədirlər.

Vaşinqtonun masada olmasını istəməyənlər daha ağıllı bir həmlə ilə cavab verməlidirlər. Əgər matçın taleyini dəyişdirə bilməzlərsə, öz taleləriylə barışmalı olacaqlar.

Bəs Türkiyə necə olacaq? İstənilən halda, qazanan yeganə ölkə olacaq. London-Pekin oxu qazansa da, Vaşinqton qazansa da biz öndə yer alacağıq. Bu, dəqiqdir. Dünyadakı mənzərə budur.

Tərcümə Strateq.az-ındır


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam