Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“İPƏK YOLU”nun QURBANI OLAN LİVİYA… –ABŞ-Çin savaşı dünyanın hər yerində şiddətlənir-ARAŞDIRMA

 

Ərgün Dilər

“Takvim”, Türkiyə, 06 fevral 2020-ci il

 

Yenixeber.org: ABŞ-la Çin arasında gedən savaşın mahiyyətini düzgün anlaya bilməsək və bu iki qüvvə arasındakı güc nisbətini nəzərə almasaq, bir addım belə ata bilmərik. Mənim gördüyüm odur ki, “matruşka” siyasəti aparılır. Görünənlə reallıqda olan arasında böyük fərq vardır. Hələlik çox açmaq istəmirəm, ancaq Rusiya, İdlib, Əsəd, İran, Liviya və Aralıq dənizini anlamaq üçün ABŞ-la Çin arasındakı görünməyən güclərin məqsədlərini və istifadə etdikləri alətləri yaxşı anlamaq şərtdir. Halbuki çox adam daxilə baxaraq şərh verməkdədir. Ola bilər, amma bu, bütün baş verənləri anlamağımıza yardım etməz, edə bilməz. Onu da görürəm ki, çox adam düşərgələri müəyyən edərkən xəta edir.

Çinin təkbaşına, öz gücü hesabına böyümədiyi, ABŞ-ın qarşısına dikilmədiyi ortadadır. Bunu bilmək üçün xarici işlər naziri və ya səfir olmağa ehtiyac varmı? Əslində, cizgi burada başlayır.

Gəlin, Liviya nümunəsi üzərində güc dağılımını və bilək güləşini açıqlamağa çalışaq. Bir az geri gedək. Koronavirus əməliyyatına gəlmədən öncə 2011-ci ilin ilk aylarını xatırlayaq. Bu gün də gündəlikdə olan Liviyaya nəzər salaq.

Qəddafi iqtidarını qorumaq istəyirdi və üsyançılarla savaşırdı. Üsyançıların arasında amerikalı muzdlu əsgərlər var idi. Onların sayı təqribən 2 min idi. Hamısı da o günlərdə hələ adını dəyişməmiş olan Blackwater-in üzvüydü. Pentaqon Liviyaya azadlıq və demokratiya gətirmək niyyətində deyildi. Orta Şərqdə heç bir ölkəyə demokratiya vəd etmədi. Özünə bağlı olan liderləri demokrat kimi göstərdi, qarşı olanları isə diktator. Oyun məlum idi.

Əslində, Qəddafi ABŞ-a, ələlxüsus da Pentaqona qarşı deyildi. Qəddafinin İtaliyada çox güclənməsini Pentaqonun katolik xətti təmin etmişdi. Məncə, katolik xəttini burada çox adam bilmir. Nə isə… Ancaq Pentaqon yeni bir dövrə girmişdi. Liviya Aralıq dənizi üçün daim dəyərli olduğundan, əməliyyatın hədəfi Qəddafi olmuşduƏslində, hədəf Qəddafinin Varlıq Fondu idi. Təbii ki, bu, deyilmirdi. O dövrdə, yəni 2011-ci ildə dəyəri 100 milyard dollar olaraq açıqlanan Liviya Milli Varlıq Fondunda İtaliyanın “Yuventus” klubunun 10%-lik, FİAT-ın 5%-lik, Barclay”-ın 5%-lik hissələri kimi ünsürlər var idi. Bu, 100 milyard dollarlıq bir güc idi.

Ancaq gözdən qaçırılan daha bir detal var idi. Liviyadakı neft yataqlarının da bu fondda olduğu gizlədilirdiDoğrusu, düyün nöqtəsi də burada idi. Yəni, 100 milyard dollarlıq olaraq gördüyümüz fond, əslində, trilyon dollarlıq sərvətə sahib idi.

Pentaqon Liviyanın strateji mövqeyi ilə, əlbəttə, maraqlanırdı, lakin 2011-ci ildə öncəlikli hədəfi Liviya Milli Varlıq Fondu idi.

Pentaqonun bir çox önəmli maliyyə əməliyyatını idarə edən ABŞ Maliyyə Nazirliyinin əməkdaşı Stüart Levi yenə dövrəyə girdi.

Liviyada çox önəmli ABŞ vətəndaşları var idi. Həmən ediləcək bir həmlə böyük problemlərə səbəb olardı. 2011- ci ilin fevralında MKİ, 30-u agent olmaqla, 150 amerikalını Liviyadan çıxardı və Malta limanına apardı. İlk amerikalı yolçu Malta limanına ayaq basdığı anda Liviyanın beynəlxalq banklarda olan fondlarına yönəlik əməliyyat başladı. Cəmi 7 dəqiqədə 30 milyard dollar ABŞ Maliyyə Nazirliyinin hesabına keçdi. ABŞ budur, pulun dalınca gedər və heç kimlə paylaşmaz.

Açıqlanmasa da, 1 saat içində 77 milyard dollarlıq Liviya varlığı da ABŞ Maliyyə Nazirliyinin hesabına keçdi. Ancaq arada bir fərq var idi. Bu pul MKİ-yə təhvil verildi. MKİ də başda Türkiyə olmaqla, İngiltərə, Almaniya və Fransadakı terror hücumlarını Qəddafinin Varlıq Fondu hesabına maliyyələşdirdi.

Pentaqon 2011-ci ildə Liviyanı iqtisadi baxımdan işğal edərkən, Rotşild ailəsinin də ölkədən çıxmasını təmin etdiAncaq Rotşild ailəsi yenidən Liviyaya girməyi bacardı. Rotşildlər ölkədəki qarışıqlığı, 3 yerə bölünmə ehtimalını nəzərə alaraq, Liviyaya girməyi planlaşdırmışdı. Atılan addımlar sıxlaşdırıldı. 2015-ci ildən etibarən də Liviyada əsil güc Rotşildlər oldu.

Burada çox dərin bir şəxs önə çıxırdı. Kimsə bilmirdi. Bu şəxs İngiltərə şahzadəsi Endrü idi. Qəddafi dövründə güclənən Endrü Liviyada təsir sahibi idi. “Dərin Amerika”nı buraxıb Rotşild ailəsinin üzvü olan Stiven Şvartsman Carlyle Group”-un yüksək səviyyəli meneceri olan Devid Rubinşteyn ilə birlikdə Liviyanı Çin vasitəsilə Rotşild ailəsinə yaxınlaşdırdı.

Neft Rotşild ailəsinin olmalı idi. Liviya nefti Çinin böyüməsində lokomotiv rolu oynayacaqdı. Bütün planlar da bununla tamamlanmalı idi. Yəni, Liviya son həmlə idi. Qəddafinin ölkəsi Çinin ehtiyacını təmin edəcəkdi və 2030-cu ildə də neft öz önəmini itirəcəkdi. Məsələnin mahiyyəti bu idi.

“İpək yolu”nun güclənməsi də Liviya ilə bağlı idi.

Çini və Rotşild ailəsini Liviyada gücləndirən şahzadə Endrü məhz bu üzdən, bir anda həbsdə öldürülən Cefri Epşteynin dostu kimi, “təcavüzkar manyak” olaraq göstərildi. Şahzadə Endrünün pozğun olduğunu bilməyən yox idi. 15 il öncə açılan məhkəmə işləri təkrar açıldı. 15 il öncə danışan şahidlər yenə danışdı.

Şahzadə Endrü oyundan kənarda qoyularkən, Çin Liviyada geri addım atmağa məcbur qaldı. Ancaq Rotşild ailəsi Çinə geri addım atmaması üçün təlimat vermişdi. Pekin hakimiyyəti də bütün təzyiqlərə rəğmən, Liviyadakı anlaşmalarından vaz keçmədi. Yekunda, 2019-cu ilin son günlərində Liviyada yeni bir anlaşmanın səsi çıxarkən, ortaya koronavirus çıxdı. Bir yarasadan və ya ilandan qaynaqlandığı iddia edilən virus Çini çətin duruma saldı. Çin müdafiəsiz yaxalanmışdı.

Dünya günə koronavirusla başlayır, dövlət başçıları bu məsələ ilə əlaqədar olaraq öz xalqlarını sakitləşdirməyə çalışır.

Çin böyük miqyasda maddi zərər gördüyü halda, ABŞ qazanan ölkə olur. Doğrusu, Çindən gələn malların ucuz olması səbəbilə, ABŞ-da müəyyən problemlər yaşanacaq, amma gələcək 50 ilin planı üçün buna dəyər.

ABŞ, Çinin əlində olan dollara da, satın aldığı şirkətlərə də çökmək üçün günləri sayır. Bir virus vasitəsilə həm iqtisadi, həm də siyasi nəticələr əldə edir. 10 dollarlıq xərclə əldə etdiyi virusla dünyanın sahibi olmaq istəyir.

Hazırda durum budur. Çin cavab verənədək də bu durum dəyişməyəcək. Həm daxildə, həm də xaricdə baş verən hadisələrə bu pəncərədən baxmalıyıq. Əks halda, baxış natamam olacaqdır.

Türkiyə, gedən bu mübarizənin tam ortasında öz bildiyini edən yeganə ölkədir. Və hər bir halda qazanacaq olan ölkədir.

 

Tərcümə Strateq.az-ındır


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam