Bu viruslar milyonlarla insanı öldürüb – Dünyanı diz çökdürən bəlalar
Uzun müddətdir ki, koronavirus pamdemiyası dünyanın gündəminə çevrilib. Virus bugünədək 180 mindən çox insanın ölümünə səbəb olub. 2 milyon 600 mindən çox insana isə infeksiya diaqnozu qoyulub. Bütün bu baş verənlər tarixdəki ən ölümcül xəstəlikləri xatırlamağımıza səbəb olur.
Yenixeber.org: Bəs bu xəstəliklər hansılardır? Onların yayılması nəticəsində nə qədər insan ölüb?
Yenisabah.az sözügedən 10 ən təhlükəli xəstəliyi təqdim edir:
1. Yustinian vəba epidemiyası
Bu epidemiya ilk dəfə 541-42-ci illərdə Bizans İmperiyasında yayılıb. Xüsusilə paytaxt Konstantinopolda çoxlu sayda insanın ölümünə səbəb olub. Sasani imperiyası, Aralıq dənizi sahillərindəki liman şəhərlərinə də virus təsirsiz ötüşməyib. Tarixdəki ən böyük vəba epidemiyalarından hesab olunur. Virus ilk yayıldığı zaman 25 milyon insanın ölümünə səbəb olub. Sonrakı 200 il ərzində isə 50 milyon insan bu virusdan ölüb. Ümumilikdə 100 milyon civarı insanın bu virus səbəbilə öldüyünü demək mümkündür.
2. Qara vəba
"Qara ölüm" kimi də tanınan bu epidemiya 1346-1350-ci illər arasında Avropada çox böyük dağıntılara səbəb olub. 1340-cı illərin sonlarında Asiyada başlayıb və buradan Avropaya yayılıb. Virusa "Yersinia pestis" adı verilən bir bakteriyanın səbəb olduğu təxmin edilir. Yayıldığı dövürdə 50 milyon insanın ölümünə yol açıb.
3. HİV/AİDS
HİV-in ilk dəfə 1960-cı illərdə ortaya çıxdığı məlum olsa da, bu dövr "səssiz dövr" adlandırılır. Onun yayılması 1970-ci illərdən diqqət çəkməyə başlayıb. Deyilənlərə görə, meymunlara müşahidə edilən SİV virusuna çox bənzəyirmiş. Virus təhlükəli olsa da, uzun illər Afrikanın ucqar bölgələri ilə məhdudlaşıb. Daha sonra isə bütün dünyaya yayılıb. Dünyada 36.9 milyon insanın bu virusla birgə yaşadığı ifadə edilir. 2017-ci ildə HİV ilə əlaqəli səbəblərdən 940 min ölüm və 1.8 milyon yeni HİV infeksiyası daşıyıcısı aşkar edilib.
4. İspan qripi
1918-ci ildən bəri "İspan qızdırması" termini türk dilində işlədilsə də, quş kripinin yayılmasından sonra adı daha çox hallanmağa başlayıb. Xəstəlik İngilis dilindən tərcüməyə görə "İspan qripi" adlandırılır. Olduqca təhlükəlidir. H2N2 virusunun səbəb olduğu qrip növüdür.
5. Müasir vəba
1894-1903-cü illərdə yayılan epidemiya Yustinian və Qara vəbadan sonra dünyada üçüncü vəba epidemiyasıdır. 10 milyona yaxın can alıb.
6. Asiya qripi
1957-ci ildə Çində meydana gəlib, daha sonra Uzaq Şərq, Amerika və Avropada yayılıb. 24 milyon insanın ölümündə səbəbkardır.
7. Kolera epidemiyası
İlk dəfə 1817-1823-cü illərdə yayılıb. Həmin dövrdə virusdan 110 min insan ölüb. Daha sonra müxtəlif dövrlərdə təkrar müşahidə edilib. 1829-1849-cu illərdə isə virusdan ölənlərin sayı 200 min nəfər olub. 1863-1879-cu illərdə isə say daha da artıb. Virus 700 min can alıb. 1881-1896-cı illərdə isə Kolera epidemiyası 1 milyon insanın ölümünə səbəb olub. 1899-1923-cü illərdə virus təkrar görülüb və bu zaman 1.5 milyon insan onun qurbanı olub. Nəhayət 1961-ci ildə epidemiya təkrar yayıldıqda ölənlərin sayında azalma müşahidə edilib. Belə ki, həmin dövrdə 550 min nəfərin öldüyü təxmin edilir. Haiti Kolera epidemiyası olaraq adlandırılan Kolera epidemiyası isə 2011-ci ildə görülməyə başlayıb və 6 min 631 can alıb.
8. Honq-Konq qripi
1968-69-cu illərdə ilk dəfə meydana gəlib. Epidemiya 2 milyon insanın ölümünə yol açıb.
9. Qərbi Afrika Ebola virusu
2014-17-ci illərdə Qərbi Afrika ölkələrində yayılıb. Adı da məhz bununla bağlıdır. 11 min 600 nəfər bu virusdan ölüb. Konqo Demokratik Respublikasında 2018-ci ildə yayılan Ebola virusu isə 648 nəfərin ölümünə səbəb olub.
10. SARS
Ölümcül virus 2003-cü ildə Çində meydana gəlib. 8 min nəfər yoluxub. Nəfəs çatışmazlığı sindromunun baş verməsi səbəbilə dünyada 800, Çində isə 350 nəfər ölüb.