Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Azərbaycanı kimlər qarışdırmaq istəyir - ilginc faktlar

Xarici anti-Azərbaycan qüvvələri ilə daxildəki uzantıları sinxron hərəkət edirlər; “Onların məqsədi ölkədə sabitliyi pozmaq, gedən islahatlar prosesini durdurmaqdır”

Yenixeber.org: 9 fevral seçkilərindən sonra bəzi dairələrin Azərbaycanda süni etiraz dalğası yaratmaq cəhdləri müşahidə edilir. Belə ki, bəzi beynəlxalq təşkilatlar Azərbaycana qarşı qərəzli sənədlər yayır, bəyanatlar verir, paralel olaraq Avropadakı “söyüş müxalifəti” də fəallaşır. Bunların fonunda paytaxt Bakıda xaricdən idarə olunan qüvvələr hərəkətə keçiblər.

Fevralın 10-da təxminən 10-15 nəfər adamın şəhərdə qəfildən yürüş etməsi və xaricdən idarə olunan, maliyyələşən bir saytın (Meydan tv) onları canlı çəkib yayması, fevralın 11-də axşam saatlarında isə Qərbdəki, Avropadakı mübhəm güclərdən qidalandığı sirr olmayan 30-40 adamın MSK-nın qarşısında qanunsuz aksiya təşkil etməsi şübhələrə əsas yaradır. Diqqətçəkən bir olay isə uzun müddətdir xaricdə (əsasən Rusiyada və Dubayda) yaşayan Surət Hüseynovun insanları etiraza çağıran bəyanat verməsidir.

İqbal Ağazadə sürət hüseynov ile ilgili görsel sonucu

Çox maraqlı detallardan biri də odur ki, parlament seçkilərində uduzan, seçki prosesi boyunca və səsvermədən sonra da müxtəlif seçki təxribatları törədən Ümid Partiyasının sədri İqbal Ağazadənin tərəfdarlarının da qanunsuz aksiyalarda iştirakı və iştiraka çağırışları təsbit edilib...

İqbal Ağazadə 9 fevral seçkisində biabırçı şəkildə uduzub və bunun ardınca nəinki onu udan rəqibini, bütövlükdə dövləti şantaj, təhdid etməyə başlayıb. O, əslində seçki kampaniyasının gedişatında Azərbaycanda neçə vaxtdır aparılan islahatlara qarşı çıxır, xalqda inamsızlıq yaratmağa, seçkiləri 35 saylı dairədə pozmağa çalışırdı. Seçkidə uduzduqdan sonra - fevralın 10-u və 11-də isə bu adam və onun yaxınları sosial şəbəkələrdə çox eybəcər bir anti-seçki kampaniyası aparmağa başladı. Ən əsası, Azərbaycan Prezidenti İlham Əliyev son seçkinin xalqın iradəsini əks etdirdiyinə dair açıqlama verdikdən sonra İqbal Ağazadə sosial şəbəkələrdə və bir-iki saytda seçkilərin saxtalaşdırıldığına dair müraciətlər ünvanladı.

Bunları bəlkə də onun uduzmasını həzm edə bilməməsi, seçki kampaniyasında 2 milyon manatadək pul xərcləməsinə yanması və bu kontekstdə mesajları kimi qiymətləndirmək, məkrli projelərdə yer alması iddialarına inanmamaq mümkün idi. Ta o vaxta qədər ki, İqbal Ağazadənin seçkilərdə ən etibar etdiyi, əsas təbliğatçısı və çirkli texnologiyalara ayırdığı şəxs - Qoşqar Bəylər MSK-nın qarşısındakı mitinqə çağırış etdi. Meydan.tv-də MSK-nın qarşısında qəfildən start götürən aksiya canlı yayımlanmağa başlayanda Qoşqar Bəylər həmin yayımın altında belə bir şərh yazdı: “Gəlirik” (bunu əks etdirən screen yazıya əlavə edilir-red.)

Bu adam İqbal Ağazadədən iznsiz bu addımı təbii ki, atmazdı. Bu, ciddi müşahidə və faktdır, İ.Ağazadənin seçkidən sonrakı təxribatçı davranışlarının təsadüfi olmadığı fikrini formalaşdırır...

Digər bir fakt isə odur ki, fevralın 9-u və 10-da İqbal Ağazadənin tərəfdarları facebookda etiraz aksiyalarına başlamaq çağırışları edirdilər...

Azərbaycanı qarışdırmaq istəyənlər əsasən kimlərdir? Buradakı uzantılarının daha da fəallaşması və istəklərinə nail olmaları mümkündürmü?

Deputat Elman Nəsirov ile ilgili görsel sonucu

Deputat Elman Nəsirov bildirdi ki, Azərbaycan demokratik inkişaf yolunun növbəti addımlarını atır, 9 fevralda keçirilən seçkilər də daha bir demokratiya addımı oldu: “Ölkədə son prezident seçkilərindən sonra həyata keçirilən, dərinləşən islahatların da fəlsəfəsini bu təşkil edir. Bu seçkilər də demokratik inkişaf yolunda növbəti mərhələdir. Bir-iki müşahidə missiyası istisna olmaqla, bütün müşahidə missiyaları, müşahidəçilər seçkilərin demokratik, şəffaf keçirildiyini açıq bəyan ediblər. Hətta bir çox müşahidəçilər bəyan ediblər ki, Azərbaycanda keçirilən seçkilər Avropa ölkələri üçün də nümunəvi seçkilərdir. Seçkilərin normal keçirilməsi üçün bütün texniki vasitələr, müasir texnologiyalar həyata keçirilib, məntəqələrdə vebkameralar quraşdırılıb. İndi canfəşanlıq edən, hay-küy salan dairələr, daxildəki siyasi qruplaşmalar, müxalif siyasi partiyalar daha çox bu sual üzərində baş sındırmalıdırlar ki, niyə xalq bizə etimad göstərmir, niyə xalq bizə səs vermir, niyə bizim sosial bazamız yoxdur, niyə Yeni Azərbaycan Partiyasının namizədlərini xalq dəstəkləyir? Hay-küy salmaq, qarışıqlıq yaratmaq əvəzinə bu sualların cavabını axtarsalar bu, onların özünə xeyir gətirər. Onların platformalarında heç bir cəlbedicilik yoxdur. Xalq görür ki, bu gün hakimiyyətə can atan və seçkilərdə uduzan siyasi qruplaşmalar xarici anti-Azərbaycan dairələrin əlində alətə çevrilə bilirlər, onların çaldığı havaya oynayırlar. Buna görə də xalqımızın bu cür siyasi qruplaşmalara heç bir inamı qalmayıb”.

Deputat qeyd etdi ki, müəyyən beynəlxalq anti-Azərbaycan dairələrin, onların buradakı əlaltılarının fəallaşması sinxron hərəkətdir. Onların paralel şəkildə fəallaşması da heç nəyi dəyişməyəcək: “Onların məqsədi ölkədə sabitliyi pozmaq, qarışıqlıq, süni gərginlik yaratmaq, ölkədə gedən islahatlar prosesini durdurmaqdır. Ancaq bu məqsədlərinə nail olmaları mümkün deyil. Çünki Azərbaycanda xalqın içərisində onlara dəstək, inam yoxdur. Azərbaycanda səfərbər olmuş cəmiyyət, vətəndaş həmrəyliyi var. Xalq prezident İlham Əliyevin islahatlar kursunu dəstəkləyir. Bunu bildikləri halda xarici anti-Azərbaycan dairələr və daxildəki sapı özümüzdən olan baltalar öz məkrli niyyətlərindən əl çəkmirlər. Bütün gücləri ilə çalışırlar ki, virtual aləmdəki imkanlarından istifadə edib Azərbaycanın beynəlxalq aləmdə imicinə zərbə vursunlar, mənfi obrazını formalaşdırsınlar və sonrakı mərhələdə də daxildə qarışıqlıq yaratmaq planlarını həyata keçirsinlər. Onlar bununla əslində erməni dəyirmanına su tökmüş olurlar. Beynəlxalq aləmdə belə fon yaratmaq istəyirlər ki, guya Azərbaycanda insanların hüquqları, seçim hüquqları pozulur. Bu, birmənalı olaraq ermənilərin əlinə oynayan məkrli plandır. Amma bu planlarını da həyata keçirə bilmələri mümkün deyil. Məsələ ondadır ki, Azərbaycanın dünyada nüfuzu yüksəkdir. Azərbaycan elə beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edir ki, onun nüfuzu daha da artır. Azərbaycan ən nəhəng beynəlxalq təşkilatlara sədrlik edir. Azərbaycanın nüfuzunun artmasından narahat olan və bu nüfuza kölgə salmağa çalışan müxalifət qüvvələrinə mən koronamüxalifət deyərdim. Onlar koronavirus kimidirlər. Onlar bir virus kimi bütün cəmiyyəti xəstələndirməyə çalışırlar. Bunlar heç bir nəticə verməyəcək. Azərbaycanın güclü immuniteti var”.  

E.Nəsirov onu da qeyd etdi ki, qarışıqlıq yaratmaq istəyənlər virtual aləmin “qəhrəmanlarıdır”. Real dünyada onlar heç kimdirlər: “Heç bir sosial bazaları yoxdur. İnanın ki, hansısa texniki səbəblərdən beynəlxalq internet şəbəkəsində ikicə gün problem olsa, bizdən asılı olmayan səbəbdən ikicə gün internet olmasa Azərbaycanda həmin ”virtual qəhrəmanlar" yox olarlar. Oturub internetdə özünü qəhrəman kimi aparmaq müxalifətçilik deyil".

Deputat Aydın Mirzəzadə ile ilgili görsel sonucu

Deputat Aydın Mirzəzadə isə bildirdi ki, seçkilərdən sonra müşahidə olunan hadisələrin bir hissəsi demokratiyanın göstəricisidir. Kimlərinsə seçkinin nəticələri ilə razı olmaması, MSK qarşısında aksiya keçirməsi Azərbaycanda demokratiyanın göstəricisidir. İnsanlar açıq şəkildə öz fikirlərini bildirirlər, yaxud da düzgün saydığı məsələni təsdiq etməyə çalışırlar. Bütün bunların hamısının həlli üçün hüquqi prosedurlar, hüquqi normalar var: “Mən hesab edirəm ki, keçmiş deputatlığa namizədlərin əlində faktlar, seçkinin nəticələrini dəyişməyə əsas olacaq hadisələrlə bağlı materiallar varsa, MSK onların hamısını ciddi şəkildə araşdıracaq.

O ki qaldı bir neçə beynəlxalq təşkilatın verdiyi rəylərə, onlar bir qayda olaraq Azərbaycanda keçirilən seçkilərə həmişə mənfi rəylər verib. Yəni onlarda bir şablon yanaşma var. Azərbaycan dəyişir, amma ATƏT və Avropa Şurası dəyişmir. Azərbaycan demokratik normaları daha da dərinləşdirir, vətəndaşların hüquq və azadlıqlarının qorunması üçün növbəti addımlarını atır, ATƏT və Avropa Şurası dəyişmir. Amma bununla belə, onların dediklərində əgər Azərbaycanın daha demokratik olmasına kömək edəcək tövsiyələr varsa, Azərbaycan onları özündə tətbiq etməyə hazırdır. Demokratiya Azərbaycanın özünə lazımdır. Müstəqilliyimizin möhkəmlənməsi üçün, inkişafımızı, daha da güclü olmamız üçün özümüzə lazımdır. Bu kiminsə bizə qəbul etdirmək istədiyi bir norma kimi deyil. Ancaq hansısa xarici anti-Azərbaycan qüvvələr və onların buradakı xidmətçiləri Azərbaycanı demokratiya, sabitlik yolundan sapdırmaq istəyirlərsə, xalq onların arzusunu puç edəcək"

A.Mirzəzadə Surət Hüseynovun seçkilərdən sonra verdiyi bəyanata isə belə münasibət bildirdi: “Azərbaycan tarixində heç də müsbət iz buraxmamış insanların bu gün meydana atılmasına gəldikdə, onlar unutmasınlar ki, Azərbaycan xalqı onları yaxşı xatırlayır. Onların fəaliyyətinin hansı ağır nəticələrə gətirdiyi hər kəsə məlumdur. Azərbaycan xalqı artıq kifayət qədər təcrübəlidir. Heç bir populist çıxışlar, heç bir kənardan təhrik etmələr xalqımızı, cəmiyyətimizi aldada bilməz. Xalqımız öz yolunu seçib, vətəndaşlarımız inkişafımızın nə ilə olduğundan, necə getdiyindən xəbərdardır. Vətəndaşlarımız özü bu prosesdə iştirak edir. Hər seçki bizim dövlətçiliyimizin yeni bir imtahanıdır. 2020-ci ilin 9 fevral seçkilərindən də Azərbaycan uğurla çıxdı”.

Yeganə Hacıyeva ile ilgili görsel sonucu

Siyasi analitik Yeganə Hacıyeva isə bildirdi ki, seçki marafonu dünyanın hər bir yerində müəyyən narazılıqlarla müşayiət olunan bir prosesdir. Bu mövzuda son illərin ən görkəmli nümunəsi Hillari Klinton və Donald Trampın ABŞ prezidentliyi seçkisi ətrafında baş verən  qalmaqal idi. Son illər bütün dünyada seçki ərəfəsi və sonrası  prosesdə iştirak edən qruplara kənardan dəstək, kömək və s. edilməsi də adi praktikadır: “Azərbaycan da bu mövzuda istisna deyil. Seçki ərəfəsi və sonrakı mərhələlərdə baş verən prosesləri daxili və xarici qruplar öz məqsədlərində istifadə etməyə çalışırlar.

Məsələn, elə haqqında danışdığımız 11 fevraldakı razılaşdırılmamış etiraz aksiyaları. Daxili qrupların siyasi məqsədlərdə belə aksiyaları öz maraqları üçün istifadəsi adi bir praktikadır. Etiraz edən bir şəxs görən kimi bir neçə siyasi qruplar bu məqamı mütləq siyasi yatırım olaraq istifadə etməyə və mənimsəməyə çalışırlar. Xarici dairələrin MSK önündəki razılaşdırılmamış etiraz aksiyasının da bundan öncəkilər kimi istifadəsini izlədik. Məsələn, diqqətimi çəkən maraqlı bir nüans ABŞ Dövlət Departamentinin mətbuat katibi Morgan Ortagusun ölkəmizdəki  seçkilərlə bağlı neqativ dəyərləndirməsi ilə MSK-nın qarşısındakı etiraz aksiyasının aşağı-yuxarı 2-3 dəqiqə fərqlə demək olar ki, eyni vaxtda başlaması oldu. Sanki start verilmiş kimi sinxronlaşdırılmış proses idi. Bu halı mərama uyğun müxtəlif məqamlarla təhlil edə bilərik, cəmiyyətə dəstək, təşkilatçı siyasi qüvvələrə dəstək və ya koordinasiyalı fəaliyyət və s.

Bəzi obyektiv narazılıqları nəzərə almadan ümumilikdə bugünlərdə keçirilən parlament seçkilərinin daha fərqli xarici dairələr tərəfindən istifadəsi kimi görürük".

Siyasi analitik qeyd etdi ki, ənənəvi mühacir “söyüş müxalifəti” də MSK önündəki etirazlardan ilhamlandı, 2016-cı il aprel müharibəsi zamanı ermənilərin xeyrinə təbliğat aparan, ümumiyyətlə, rəhbərliyi və idarəçiliyi ermənilərə bağlı olması haqqında səhih məlumatlar olan Meydan TV, yağışdan sonra artan göbələklər qədər çoxalan saysız hesabsız internet tv-lər və s. anidən fəallaşdı: “Lakin son bir ildə  müşahidə etdiyim və dünən də özünü göstərən daha bir təhlükəli tendensiyanı  qeyd etmək istəyirəm. Məsələ ondadır ki,  zamanında Azərbaycanda dövlətə xəyanət və xarici xüsusi xidmətlərə iş birliyinə görə uzun illər həbs yatmış şəxslərin mühacir-müxalif qruplar və onların ölkə daxilindəki müxalif siyasi qruplarla koalisiyasi adlandıra biləcəyimiz bir ittifaqı mövcuddur ki, bu da özünü 11 fevralda daha aydın göstərdi.

Məhz bu şəxslər və onlara bağlı sosial şəbəkələrdəki hesablar və bəzi saytlarda yayımlanan çağırışlar  faktiki olaraq əhalini dövlətə tabesizliyə təşviq etdilər. Bu cür qanunsuzluqlar, təxribatlar törətməyə çağırışlar etdilər.

Burada onu da qeyd edim ki, MSK önündəki etirazlarda aparıcı simaları izlədikdə, bu simaların daha öncəki etiraz aksiyalarında da aparıcı sima olması diqqət çəkir. Bir neçə ay öncə İstanbul Konvensiyası üçün aksiya təşkil edənlər, qadına şiddətə görə etiraz edənlər indi də seçkiyə etiraz edir. Sabah da digər bir mövzuya etiraz edəcəklər. Bu həm də daha çox özünü təsdiqləməyə çalışan bir qrup etiraz ruhlu gənclərin növbəti aksiyasıdır.

Sadəcə, gənclər addımlarında ehtiyatlı olmalı, onların səmimiyyətlə cəmiyyətin daha yaxşı olacağı inamı ilə atdıqları addımların daxili və xarici məkrli qrupların çirkin məqsədlərində alət olmamalarına diqqət yetirməlidirlər".(musavat)

Etibar SEYİDAĞA


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam