Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Rəşid Behbudovun xatirəsi anılıb

 İyunun 9-da görkəmli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı laureatı Rəşid Behbudovun xatirə günü münasibətilə sənətkarın Fəxri xiyabandakı məzarı ziyarət olunub

Yenixeber.org: Anım mərasimində Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının kollektivi, sənətkarın ailə üzvləri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Müğənninin qızı Rəşidə Behbudova neçə illərdir atasının səsinə, nəfəsinə ehtiyac duyulduğunu söyləyib. “Rəşid Behbudovun bizə yadigar qoyub getdiyi musiqi, kinofilm və lent yazıları, ifa etdiyi mahnılar, yaratdığı obrazlar onun mənalı ömür yolunun parlaq səhifələrindəndir. Bənzərsiz səsi, yüksək vokal istedadı və böyük sənətkarlığı ilə Azərbaycan musiqisini dünyada tanıdan Rəşid Behbudov mədəniyyətimizin görkəmli simalarındandır. Onun çoxcəhətli fəaliyyəti incəsənətimizin zəngin mərhələsini təşkil edir. Əsasını qoyduğu Mahnı Teatrı unudulmaz sənətkarın adını yaşadır”, - deyə Rəşidə Behbudova qeyd edib.
Teatrın solisti, Xalq Artisti Gülyanaq Məmmədova R.Behbudovun böyük sənətinin davamçılarından olması ilə fəxr etdiyini deyib: “Repertuarımda həmişə bu böyük sənətkarın ifa etdiyi mahnıları yenidən canlandırmağa çalışıram. Ölkəmizdə və xaricdə Rəşid Behbudov sənətinin pərəstişkarları onun mahnılarını rəğbətlə qarşılayırlar”.
Sənətkarın ailə üzvləri ziyarətə gələn hər kəsə dərin təşəkkürlərini bildirdiblər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam