Sabiq İran prezidentinin xatirələri: "LEVON TER-PETROSYAN AZƏRBAYCANLA BARIŞIĞA HAZIR İDİ"
İranın sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin bu qeydləri başqa bir dövrü əhatə edir. Keçmiş sövet respublikaları, o cümlədən Azərbaycanla, habelə Türkiyə və Pakistanla münasibətlər onun xatirələrinin bu qismində vurğulanan əsas məqamlardır.
23 ordobehişt 1375-ci il / 12 may 1996-cı il
Yenixeber.org: Səhər saat 9-dək yataqda idim. Dövlət televiziyasında Məşhəd-Sərəxs dəmir yolu layihəsi barədə yaxşı veriliş hazırlamışdı. Ziyarətdən qayıdandan sonra qonaqları qarşılamaq üçün hava limanına getdim. Günorta saatlarında Türkmənistan, Qazaxıstan və Tacikistan prezidentləri Niyazov, Nazarbayev və İmoməli Rəhmonov gəldilər.
Türbədən dönərkən, günorta saatlarında Kənd Təsərrüfatı Tədqiqat Mərkəzinə getdim. Nahar yedikdən və dincəldikdən sonra hava limanına qayıtdıq. Heydər Əliyev, Leon Ter-Petrosyan, Eduard Şevardnadze, Burhanəddin Rəbbani, Faruk Laqari, Süleyman Dəmirəl, İslam Kərimov və Əsgər Akayev, hamısı şəxsi təyyarələrində, təxminən yarım saatlıq fasilələrlə gəldilər. Rəsmi qarşılandıq və cənab Niyazovla görüşüm istisna olmaqla, pavilyonda onlarla qısaca söhbət etdik.
İkindi çağı və axşam, qeyri-dövlət başçılarını doktor Həbibi və Vilayəti qarşıladılar. Saat 7-də otelə getdik. Rusiya baş nazirinin müavini [cənab Aleksey Balşakov] ilə görüşdük. Cənab [Rusiya prezidenti Boris] Yeltsinin Məşhəd-Saraxs-Təcan dəmir yolu layihəsi, İpək Yolunun bərpası münasibətilə məni və cənab Niyazovu təbrik edən məktubu təqdim etdi. Münasibətlərin inkişafından danışdıq. O, Rusiyanın Xəzərdə nəqliyyatın inkişafı üçün daha çox səy göstərdiyini söylədi.
…Oteldə qaldım və saat 12-yə qədər çoxlu görüşlər keçirdim… Ermənistan prezidenti [cənab Leon Ter-Petrosyan] gəldi. Söhbət səmimi keçdi. O, Yeltsinin Rusiya seçkilərindəki məğlubiyyətindən narahatdır. Azərbaycanla [Qarabağ] müharibəsini bitirməyə daha çox hazır olduğunu bildirdi…
24 ordobehişt 1375-ci il / 13 may 1996
Sübh namazı üçün oyandım və bir daha yatmadım. Son iki günün xatirələrini yazdım və oteldə BBC-nin televiziya proqramını izlədim. Qonaqlara görə müvəqqəti olaraq peyk kanalına bağlanmışar. Səhər yeməyindən sonra qonaqların dəmir yolu stansiyasına aparılması üçün zalda toplandıq. Bir az gözlədik və sonda bəzi proqramları təxirə saldıq.
Məşhəd-Sərəxs dəmir yolu sərgisində bir müddət vaxt keçirdik. Tunelləri və relsləri göstərdik və Türkiyədəki mövcud qiymətlərlə müqayisədə aşağı qiymətə idi.
Cənab [Türkiyə prezidenti Süleyman] Dəmirəldən İrandan Van gölünün şimalına qədər dəmir yolunu hər kilometrini 1 milyon dollara uzadılmasını xahiş etdim. O, keçənilki sözlərini təkrarladı: hər kilometrə 4 milyon dollar. Dedi ki, türkiyəli mütəxəssislər İranın bundan zərərə düşəcəyi fikrindədirlər.
Avtobuslarla hava limanına getdik. Məşhəd küçələrində insanlar hamını hərarətlə qarşılayırdı və izdihama görə karvan arada-bərədə dayandı. Bu, qonaqların diqqətini səlahiyyətlərə, o cümlədən mənə yönəldirdi.
…Mərasim yerinə maşınlarına mindik. Şahın zamandan bəri möhtəşəm olaraq qalmışdılar. Bəzi qonaqlar dəmir yolunun həqiqətən hazır olduğuna inana bilmirdilər.
Qatar asta-asta yerindən tərpənirdi və ekranlarda İran dəmir yollarının diqqətəlayiq görüntüləri göstərilirdi. Rusiya nümayəndə heyətinin rəhbəri [cənab Aleksey Balşakov] dərhal onun surətini istədi…
Hamımız bir sıraya dayandıq və qırmızı lenti birlikdə kəsdik. Mən, Niyazov, Dəmirəl, Nazarbayev, Ter-Petrosyan, Əliyev, Əsgər Akayev, Rəhmanov, Kərimov, Şevardnadze, Rəbbani və Faruq Laqari… Top atıldı və göyərçinlər uçdu. Sərhəd körpüsündə möhtəşəm bir mənzərə vardı…
Fəqət yalnız bir neçə prezidentə diqqət yetirirdilər. Bəziləri geridə qaldı, digərləri gəzişirdi. Xarici qonaqların bir qismi Türkmənistana getmələrinə peşman olmuşdu. Sərəxsdəki qələbəlik soyuq hisslər ifadə etdi. Qonaqlar yaxşı nahar etmədilər. Cənab Niyazev dedi ki, alkoqola meyilli olan bəzi qonaqlar İranda içkiyə həsrət qaldıqlarından şərab istəmişdilər.
Dörd ölkə – Türkmənistan, Özbəkistan, Azərbaycan və Gürcüstan pambığın Xəzər dənizi, Bakı və Tiflisdən Avropaya nəqli barədə anlaşma memorandumu imzaladılar ki, bu da əhəmiyyətli nəticə idi.
Prezidentlərlə birlikdə avtobuslara qayıtdıq. Yolda Türkmənistanın Sərəxs şəhərini və yolun hər iki tərəfində bizi salamlamaq üçün düzülmüş əhalinin yaşadığı bəzi kəndlərin yanından ötüb keçdik. İrana köhnə körpüdən daxil olduq. Yəmən və Sudan nümayəndə heyətlərinin başçıları [Əbdülvəhhab əl-Nəsi və Beniəl-Əkul] xalqın Məşhəddə prezidentə olan sevgisindən təəccübləndiklərini ifadə etdilər.
Hava limanına getdik. Qatarla qayıdan şəxslər daha gec gəldi… Məşhəd şəhərinə uçduq. Yolda mən sudanlı qonaqlarla danışıqlar apardım; onlar ABŞ-ın embarqosu və Sudana təzyiqlər barədə danışdılar. Məşhəd hava limanında Mərakeş və Yəmən, Qətər və Gürcüstan və Ermənistan nümayəndə heyətləri ilə də danışıqlar apardım, cənab Şevardnadze və Petrosyan da rəsmi danışıqlar apardılar.
Məğrib namazından sonra Aşqabada uçduq. Cənab Niyazev bütün nazirlərlə birlikdə bizi Aşqabad hava limanında gözləyirdi və mehriban qarşıladı. Gecə otelə getdik və yorğunluq ucbatından yemək yemədən yatdıq.
Mərakeş nümayəndə heyətinin başçısının [cənab Abdulhadi Əbutalibin] səhvən cənab Niyazovla Aşqabada gəldiyi məlum oldu. İran təyyarəsi ilə onu Məşhəd şəhərinə göndərdik.
25 ordobehişt 1375-ci il / 14 may 1996-cı il
Səhər 8.30-da Türkmənistan prezidentinin ofisinə getdik. ECO-ya (hazırda İslam Əməkdaşlıq Təşkilatı – İƏT – Ə. R.) üzv ölkələrin bütün prezidentləri gəldi. Qısa toplanrı oldu, bəzilərinin işlərinin çoxluğundan bu gün zirvəni bitirmək qərarına gəldik, halbuki sammit 2 gün olmalı idi.
Oradan Milli Parka getdik və hərə bir ağac əkdi. Mehdi Milli Parkı ilə əlaqəli olaraq 10 min ağacın da İran tərəfindən bağışlandığını söylədi.
Bu yaxınlarda qurulan ECO-nun iqamətgahına getdik. Mövcud ənənəyə uyğun olaraq, cənab [Saparmurad] Niyazov sammitin sədri seçildi və növbəti görüşün Qazaxıstanın paytaxtı Almatıda olacağı planlaşdırıldı. Artıq [Nursultan] Nazarbayevlə razılaşmışdıq.
Həmişə olduğu kimi, dövlət başçılarır tez-tez təkrarlanan və oxşar olan darıxdırıcı nitqlər söyləyirdilər. Çıxışımda dünya və regional siyasi mövzuları qaldırdım, ABŞ və İsrailə şifahi hücum etdim. Cənab [Özbəkistan prezidenti] Kərimov dedi ki, əgər ECO siyasi məsələlərlə məşğul olacaqsa, Özbəkistan üzvlükdən istefa verəcək.
İclas günortaya qədər davam etdi. Günorta yeməyindən və namazdan sonra [Türkiyə prezidenti Süleyman] Dəmirəl və [Pakistan prezidenti Faruk] Laqari gecikdiklərinə görə Bəyanat və Təklifləri təsdiq etdilər.
Mətbuat konfransında iştirak etdik. Mənə çoxsaylı suallar verildi və cənab Kərimovun səhərki etirazı məsələsi jurnalistlər tərəfindən qaldırıldı. Nəticə cənab Kərimovun zərərinə oldu. Belə qənaətə gəlinib ki, ECO iqtisadi bir təşkilat olsa da, qərarlar olmadan iclaslarında siyasi mövqelər və fikirlər də müzakirə olunsun.
ECO zirvəsində cənab Dəmirəllə görüşdük. Son vaxtlar İsraillə yaxınlaşmalarının səbəbini soruşdum, cavabı doğru deyildi. İrandan Suriyaya silah qaçaqmalını Türkiyəyə daşıyan yük maşınları məsələsini müzakirə etdik. Mən bunu yalan təbliğat olduğunu bildirdim; danışıqlar ümumiyyətlə, səmimi oldu.
İqamətgaha qayıtdıq. Azərbaycan prezidenti Heydər Əliyev gəldi. Son aylardakı soyuq münasibətlərin səbəbləri haqqında çox şey deyildi. Vaxt keçdi və söhbətimizi maşında, yolda və şam yeməyində davam etdirdik, iclasda oturduğu yeri dəyişib yanıma gəldi, yanaşı əyləşdik. Nəhayət, keçmiş problemlərin gələcəkdə kompensasiya ediləcəyi qərara alındı.
26 ordobehişt, 1375-ci il / 15 may 1996-cı il
Sübh namazından sonra dünənki və sragagünkü xatirələri yazdım. Yaman çoxdur. Hesabatları oxudum. Məşhəd-Sərəxs dəmir yolunun açılışı ilə bağlı xəbər geniş və müsbətdir. Xəbərlərin əksəriyyəti, o cümlədən ECO dövlət başçıları zirvəsi barədə, İranın mövqeyi, xüsusilə xarici qonaqların və müxbirlərin çoxluğuna görə möhtəşəm hadisəyə çevrilməsi ABŞ-ın İranı təcrid etmək səylərində tam uğursuzluğuna işarə edir.
Nazir Sergeyev bizi müşayiət etdi və biz Aşqabad-Göytəpə avtomobil yolunun ərazisinə gəldik. Cənab Niyazov bizi gözləyirdi. Yol tikintisi layihəsində çox sayda türkmən və iranlı çalışırdı. Hərarətli hisslər ifadə olundu. Cənab mühəndis Türkan və [onların yol naziri] Talibov hesabat verdilər. 50 kilometrlik magistral yol, əvvəlki yolun inşasında İran podratçılarının yaxşı işləməsinə görə 48 milyon dollara təhvil verildi.
Optik lif layihəsinin həyata keçirildiyi əraziyə getdik. Cənab [poçt və teleqraf və telefon naziri] Qəzri və onların telekommunikasiya naziri məruzə etdilər. Çinin cənub-şərqindəki Şanxaydan Almaniyanın Frankfurt şəhərinə qədər olan böyük optik kabel layihəsi, bir sıra digər ölkələrin qatılması ilə, 20 dövlətlə 23 min kilometr yol qət edir. İran torpaqlarında 2 min kilometrdən çox, Türkmənistanda isə 700 kilometrə yaxın. İran və Türkmənistanda tender elan edilmişdi. Tenderdə Almaniya, Yaponiya və İsveçrə də iştirak etdi, 23 milyon dollarlıq investisiya ilə…
İran səfirliyinə getdik. Səfirliyi ziyarət edərkən bizə Türkmənistan bələdiyyəsindən icazə aldığımız ərazidə yaşayış və korporativ evlər tikməyə icazə verildi. Hava limanına tərəf getdik. Cənab Niyazovla səfirlikdə və hava limanında siyasi məsələlər, ikitərəfli əməkdaşlıq barədə danışdıq.
Cənab Niyazov dedi ki, ruslar [Tacikistan prezidenti] Rəhmonova müxalifdirlər və onu hakimiyyətdən kənarlaşdırmaq istəyirlər… O, Özbəkistan prezidenti Kərimovun ECO iclasında ABŞ marağına uyğun etiraz etiraz etdiyini söylədi. Ticarətdə əngəllərin aradan qaldırılmasına işarə etdim. Məlum oldu ki, valyuta çatışmazlıqları var və pulları – manat dəhşətli dərəcədə məzənnə itirib. Son iki ildə məzənnə 1 dollar = 3500 manat olub…
Tərcümə: Əziz Rzazadə