Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

Kimdir xain, general Həsənov?-ARAŞDIRMA

 

Kimdir xain, general Həsənov?
Yenixeber.org: Birinci Ordu Korpusunun qarşısında bir qrup keçmiş hərbçi ailəsi aksiya keçirib. Səbəb 2017-ci ilin mayında vətənə xəyanət ittihamı ilə həbs edilmiş və istintaq prossesində ölmüş əzizlərinin haqlarının tanınmasıdır. Bir az da dəqiqləşdirsək bu adamlar ölmüş və ya öldürülmüş ailə üzvlərinin vətənə xəyanət etdiyini qəbul etmir və günahkarların cəzalandırılmasını tələb edirlər.
Hər kəsə məlumdur ki, 2017-ci ildə vətənə xəyanətdə ittiham olunan hərbçilərin bir neçəsi naməlum səbəblərdən naməlum şəraitdə ölüb. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Baş Prokurorluğun bir başa nəzarəti ilə həyata keçirilən bu prosesin ağır nəticələrini cəmiyyətimiz hələ də qaldıra bilmir. Maraqlı burasıdır ki, ölən və ya döyülərək öldürülən adamlar haqqında açılmış cinayət işinə, onların ölüm səbəbindən xitam verildiyinə görə, məhz həmin şəxslər haqqında istintaq hərəkəti başa çatmamış sayılır. Hələ, bildiyim qədəri, bəzilərinə sonradan məhkəmə bəraət verib. Sual verən yoxdur ki, bəs bu adamları həbs etmək göstərişini kim vermişdi? Bu oyunun arxasında kim dayanır, kimlər dayanır?
Qeyd edim ki, həbs edilənlərin eləsi olmuşdu ki, elə aparıldığı avtomobildə, bəzisi dindirilmədə, bəzisi hərbi hospitalda ölmüşdü. Bu hadisələr Azərbaycan Ordusunun imicinə çox böyük zərbə olmaqla bərabər həm də Ordu komandanlığı və xüsusi xidmətin fəaliyyətində nə qədər boşluq olduğunu çılpaqlığı ilə göstərdi. Həmin vaxtlar Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev Orduda cəsus şəbəkəsinin mövcudluğu ilə bağlı məlumatların DTX tərəfindən MN-ə ötürülməsi haqqında açıqlama verdi.
Artıq bir neçə gün idi ki, MN rəhbərliyi Orduda "təmizləmə" aparırdı. Azacıq da olsa milli hissi olan hər kəs şokda idi. Beləliklə, həbs edilən 44 nəfərin 9 nəfəri öldü, məhkəməsiz, qərarsız…
Əlbəttə ki, vətən xaini ölməlidir, amma, biz hansı zamanda yaşayırıq ki, adamı heç bir araşdırma getmədən, məhkəmə qərarı olmadan döyüb öldürəsən? Çox güman ki, o öldürülənlər elə birinin adını çəkiblər ki, bu onları dindirənləri belə qane etməyib. Təbii ki, buna bir açıqlama verən olmalıdır. Lakin, zərərçəkənlərin I Ordu Korpusunun qarşısında aksiya keçirməsi, korpus komandiri Hikmət Həsənovun cəzalandırılmasını tələb etməsi başa düşülən deyil. 
Hikmət Həsənov 
Hikmət Həsənov nə müdafi naziri deyil, nə Baş Qərargah rəisi, nə də hərbi prokuror. Əgər, həqiqətən də aksiyaçılar haqlı olduqlarından, övladlarının və ya ərlərinin xain olmamasından əmindirlərsə aksiya üçün yeri, tələb üçün məkanı səhv salıblar. Onlara cavab verəsi adamlar, müdafiə naziri Zakir Həsənov, Baş Qərargah rəisi Nəcməddin Sadıqov və Azərbaycan Respublikasının hərbi prokuroru Xanlar Vəliyevdir.
Axı, bu adamların həbs edilməsində I Ordu Korpusu əsgərləri (xüsusi təyinatlı) iştirak etmişdisə də, dindirilmənin ilk günlərindən Azərbaycan Respublikasının Baş Prokurorunun birinci müavini Rüstəm Usubov, hərbi prokuror Xanlar Vəliyev, hərbi prokurorun müavini Şəfahət İmranov Tərtərdə olub və prossesə bir-başa nəzarət ediblər.
Həbs olunanların dindirilməsini Hərbi Prokurorluğun prokuror və müstəntiqləri aparıb. Hətta, 2017-ci il may ayının 5-dən 31-nə kimi bu dindirmələr gedən ərazinin mühafizəsi də Baş Qərargah rəisinin göstərişi ilə, polkovnik-leytenant Cəfər Seyidovun (hal-hazırda Azərbaycan Respublikasının ABŞ-da Hərbi Attaşesi) rəhbərliyi ilə Bakıdan gedən "dəniz pişikləri” kimi tanınan N saylı Hərbi Hissə (SAT) tərəfindən təmin olunmuşdur.
İndi, hər kəsin "ağ” çıxdığı prossesdə bir Hikmət Həsənovun "qara” olmasını anlamaq çətindir. Axı, "cəsus şəbəkəsi”ndən söhbət gedirsə, bu bir Ordu Korpusunun məşğul olacağı, bir generalın çözəcəyi məsələ deyil. Burda dövlətin bütün aidiyyatı qurumlarının fəaliyyəti var. 
Elə isə, Azərbaycan Ordusunda cəsus şəbəkəsinin mövcudluğu barədə məlumat verənlər, bu şəbəkəni ifşa edib, istintaqa cəlb edənlər, tutulanları döyüb, öldürənlər buyursun cavab versin, aydınlıq gətirsin. Ölənlərin yaxınlarını, yəni bu etiraz edən adamları aidiyyatı üzrə quruma dəvət edib, faktlarla tanış etsinlər ki, ölkə də belə problemlərlə qarşılaşmayaq. Vəziyyəti bu yerə çatdıranlar anlamalıdır ki, bu bizim dövlətimizin zərərinədir. Əsl xain dövlətin zərər çəkməsinə çalışanlar və buna göz yumanlardır!(criminal.az) 
 
Vasif Qurbanzadə 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam