Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

3 erməni hərbçi əsgər ölümündə ittiham edildi

 

3 erməni hərbçi əsgər ölümündə ittiham edildi
Oktyabırın 1-də Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində qanunsuz yerləşdirilən Ermənistan ordusunun hərbi hissələrindən birində meyiti tapılan erməni əsgəri Qevork Aroyanın qətli ilə bağlı açılan cinayət işi çərçivəsində 3 erməni zabitinə qarşı ittiham irəli sürülüb.
Yenixeber.org: Erməni KİV-ləri xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb. 

Qeyd olunur ki, istintaq zamanı əldə olunan yeni sübutlar əsasında Aroyana qarşı həmin hərbi hissənin digər hərbi qulluqçuları tərəfindən şiddət və təhqirə yol verildiyi müəyyənləşdirilib. Nəticədə, hərbi hissənin kiçik serjantı ölən erməni əsgəri ilə qarşılıqlı münasibəti pozmaqda və ona qarşı zorakılıq hərəkətlərinə yol verməkdə ittiham olunub, barəsində həbs qətimkan tədbiri seçilib. 

Hərbi hissənin digər serjantına qarşı da eyni ittiham irəli sürülərək, barəsində hərbi hissə komandanlığının nəzarəti altında saxlanmasına dair qərar çıxarılıb. 

Vəzifə öhdəliyini düzgün şəkildə yerinə yetirməməsi, baş verənlərə laqeyd yanaşması, həmçinin, ölən erməni əsgəri Aroyanın ünvanına təhqiramiz ifadələr işlətməsinə görə bölük komandirinə qarşı da ittiham irəli sürülərək həbs edilib. 

Hazırda açılan cinayət işi üzrə istintaq davam etdirlir. 

Xatırladaq ki, oktyabrın 1-də Qevork Aroyan naməlum şəraitdə ağır güllə yaraları alıb. O, dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. istintaq nəticəsində onun şiddətə məruz qaldığına görə intihar etdiyi üzə çıxıb. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam