Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Narkotik vasitələrin qanuni dövriyyəsinə dair - maraqlı faktlar

Hüquqşünas: “Çoxları bilməsə də, Azərbaycanda narkotik vasitələrin qanuni dövriyyəsi mövcuddur”

Yenixeber.org:   Ölkədə tez-tez hüquq-mühafizə orqanlarının yaydığı rəsmi məlumatlarda tez-tez bu ifadələrə də rast gəlirik - “...şəxs və ya şəxslər narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə məşğul olduqlarına görə həbs edilib”. Maraqlıdır, ümumiyyətlə narkotiklərin qanuni dövriyyəsi varmı və onunla kim, necə məşğul ola bilər?

Məlum olduğu kimi qonşu dövlətlərdə, Qərb ölkələrində narkotikin bəzi növlərindən istifadə leqal olsa da, Azərbaycanda bu, belə deyil. Məsələn, bu gün ABŞ, Argentina, Avstraliya, Belçika, Braziliya, Kamboca, Kolumbiya, Kosta-Rika, Xorvatiya, Çexiya, Ekvador, Estoniya, Fransa, Hindistan, İran, Pakistan, Şimali Koreya, Uruqvay, İspaniya kimi dünyanın müxtəlif yerlərində çətənənin istehsalı və istehlakına müxtəlif ölçülərdə icazə verilir.

Bəs böyük həcmdə, istehlak miqdarından artıq narkotikin qanuni dövriyyəsi varmı? Dəqiqləşdirməmiz zamanı bəlli oldu ki, qanunlarımıza görə Azərbaycanda narkotikin qanuni dövriyyəsi mövcuddur.

Hüquqşünas Əsabəli Mustafayev bildirib ki, narkotiklərin qanuni dövriyyəsi dövlətin müstəsna səlahiyyətindədir:

ÆsabÉli Mustafayev ile ilgili görsel sonucu

“Məsələn, dərmanların hazırlanması üçün narkotiklərin qanunu gətirilməsindən istifadə olunur. Məlum olduğu kimi, bir çox psixotrop dərman vasitələrinin tərkibində narkotik vasitələrdən istifadə edilir. Bundan başqa da hansısa məhsulun hazırlanmasında narkotik vasitədən də istifadə edilə bilər. Bütün bunlar isə qanunda göstərilib. Məsələn, səhiyyə idarəsidirsə, qanunda göstərilən qaydalara əməl etməklə bu maddələrdən istifadə edirlər. Hansı ki, dövlət tərəfindən onlara səlahiyyət verilib ki, narkotik vasitələrin dövriyyəsi ilə məşğul olsunlar. Eyni zamanda istehlak miqdarı səviyyəsi də mövcuddur. Qanunla müəyyən miqdarda narkotik vasitənin istifadəsinə icazə verilir. İnsanlar var ki, narkotik təsirli dərman vasitələrindən istifadə edirlər. Buna qanun icazə verir. O şərtlə ki, həkimin resepti olsun. Onun da miqdarı mövcuddur. Bu miqdarla bağlı Nazirlər Kabinetinin xüsusi qərarı mövcuddur. Qərarda göstərilir ki, hansı psixotrop maddədə narkotik vasitənin miqdarı göstəriləndən artıqdırsa bu zaman o, istehlak miqdarından da artıq sayılır və məsuliyyət yaradır. Əgər miqdar çox deyilsə İnzibati Xətalar Məcəlləsi, çoxdursa Cinayət Məcəlləsi ilə məsuliyyət yaradır. İnsanlar bəzən deyirlər ki, narkotik vasitələrin dövriyyəsinin hamısı qeyri-qanunidir. Bilmirlər ki, qanuni dövriyyə də var. Əslində isə belə deyil. Qanuni dövriyyə mövcuddur və bu, yuxarıda qeyd etdiyimiz şərtlər daxilində həyata keçirilir. Müəyyən məhsulların hazırlanmasında istifadə olunan narkotik vasitələri dövlət digər dövlətlərdən alır. Qanun da onlara lazımı səlahiyyəti verib”.

Onu da qeyd edək ki, narkotik və ağrıkəsici maddələr üç yerə bölünür. Respublika ərazisində dövriyyəsi qadağan edilən, dövriyyəsi məhdudlaşdırılan və dövriyyəsinə icazə verilən narkotik və kəskin ağrı kəsici maddələr. Birinci bölgüyə aid olan istənilən narkotik və psixotrop maddələrin, dərmanların respublika ərazisində idxalı və satışı qadağandır. Dövriyyəsi məhdudlaşdırılan maddələrin isə dövriyyəsinə Nazirlər Kabinetinin sərəncamına əsasən yalnız dövlət stasionar müəssisələrində istifadəsinə icazə verilir. Dövriyyəsi nəzərdə tutulan maddələrin isə pərakəndə satışına icazə verilir, o halda ki Səhiyyə Nazirliyinin rəyi alınsın və daxili İşlər Nazirliyi mülki icazə versin. (Yeni Müsavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam