Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ramiz Zeynalovun qaynı oğlunu qətlə yetirən şəxs MƏMUR OĞLUDUR - Belə deyirlər...

Ramiz Zeynalovun qaynı oğlunu qətlə yetirən şəxs MƏMUR OĞLUDUR


Avqustun 31-də paytaxtın Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qaynının oğlu 35 yaşlı Fərid Məmmədzadə ürək nahiyəsindən bıçaqlanıb.

Yenixeber.org:  Onu xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb. Artıq polis və prokurorluq əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Həbib Babaverdiyev saxlanılıb.

Məlumata görə, H.Babaverdiyev avtomobil ilə H.Zərdabi küçəsində hərəkətdə olarkən qarşısında gedən maşının sürücüsü F.Məmmədovdan ona yol verməsini istəyib. Bunun üstündə tərəflər arasında mübahisə düşüb və nəticədə H.Babaverdiyev F.Məmmədzadəni bıçaqlayıb. Şübhəli bilinən Bakı şəhər sakini H.Babaverdiyevlə yanaşı, C.Cavadlı və R.Bünyatzadənin də saxlanıldığı bildirilir. Faktla bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Redaksiyamıza verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun qaynı oğlu Fərid Məmmədzadəni qətlə yetirən şəxs məmur oğludur. Bildirilir ki, həmin şəxs Ağsunun keçmiş deputatı Ərəstun Cavadovun Niyazi adlı qardaşının oğludur. Niyazi Cavadov özü isə Ərəbmehdibəy kəndinin bələdiyyə sədridir. Məlumatda o da qeyd olunur ki, hadisə həqiqətən maşına yol verməmək üstündə baş verib. (Hürriyyət)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam