Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Kredit oliqarxının məhkəməsi dayandırıldı

Yenixeber.org:   Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən yüz milyonlarla kredit götürüb qaytarmamaqda ittiham olunan sabiq deputat, oliqarx Dünyamin Xəlilov və digər altı nəfərin – “Aqora” MMC-nin direktoru Fərhad Əmiraslanov, “Səbail Mebel” ASC-nin baş direktoru Seyfulla Seyfullayev, “Kondor Qrup” MMC-nin direktoru Mənsur Zeynalov, «Sport Layn» MMC-nin direktoru Rauf Əliyev, Şakir Musayev və Ruslan Əsgərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Əhməd Quliyev sədrlik edib.

Prosesdə şahidlər dindirilib. Şahid qismində öncə Beynəlxalq Bankın sabiq filial müdiri Faiq Baladadaşov ifadə verib. O, ifadəsində Beynəlxalq Bankın Kredit komitəsinin sədri vəzifəsində çalışan Akif Əliyevin D. Xəlilova 1 milyon 500 min manat kredit verilməsi ilə bağlı göstəriş verdiyini göstərib.

Növbəti şahid qismində Beynəlxalq Bankın İdarə Heyətinin sədr müavini Emil Mustafayev dindirilib. Şahidin ifadəsinə görə, 2011-ci ildən 2015-ci ilədək Beynəlxalq Bankın Kredit komitəsinin sədri vəzifəsində işləyib. Dünyamin Xəlilovun adına kreditləri Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyevin göstərişi ilə rəsmiləşdirdiyini bildirib: "Bu kreditlərin ayrılmasında mənim heç bir rolum olmayıb. Layihələrin keçirilməsində iştirak etməmişəm. Dünyamin Xəlilov kreditlərin xaricdəki layihələrə yönəldiləcəyini deyirdi. Mütəmadi olaraq banka gəlirdi, ancaq mən onunla görüşməmişəm".

Təqsirləndirilən D. Xəlilov isə buna etiraz edərək, E. Mustafayevlə dəfələrlə görüşdüyünü deyib: "Mən sizinlə görüşmüşəm. Niyə bunu danırsınız?".

Şahid isə cavabında "siz bankda Cahangir Hacıyevdən başqa heç kimlə görüşmürdünüz" deyib.

E.Mustafayevin dediklərinə D.Xəlilovun reaksiya bu cür olub:" Niyə ki, sizinlə də görüşürdüm. Siz səmimi deyilsiniz deyilsiniz".

 

Daha sonra Beynəlxalq Bankın İdarə Heyəti sədrinin müşaviri Akif Əliyev dindirilib. A.Əliyev ifadəsində göstərib ki, bütün göstərişləri Cahangir Hacıyevdən alıb: "Bankın filiallarına sədrin adından göstəriş vermişdim ki, Dünyamin Xəlilovun layihələrinə maliyyə dəstəyi göstərmək lazımdır. Bu, Cahangir Hacıyevin göstərişləri idi. 2011-ci ildən 2015-ci ilə qədər bankın baş direktoru işləmişəm, eyni zamanda Kredit komitəsinin üzvü olmuşam. Dünyamin Xəlilovu uzun müddətdir tanıyıram, onun Cahangir Hacıyevlə yaxın əlaqələri vardı. Cahangir Hacıyev Dünyamin Xəlilovu özü bizə təqdim edərək, ona kredit ayrılması barədə göstəriş vermişdi. Dünyamin Xəlilova ayrılan kreditlər heç müzakirə olunmurdu".

Şahidin ifadəsə görə, Dünyamin Xəlilov Cahangir Hacıyevlə razılaşdıqdan sonra, banka göndərdiyi 30 nəfər şəxsin adına 6 milyon manat kredit götürüb. Bundan başqa 2008-ci ildə Dünyamin Xəlilovun hesabına 1 milyon 800 min dollar kredit ayrılması ilə bağlı Cahangir Hacıyevdən göstəriş alaraq icra edib.

Sonra prosesdə dövlət ittihamçısı Ramin Nağdəliyev çıxış edərək, təqsirləndirilən şəxslərə məxsus və hazırda üzərlərinə həbs qoyulmuş əmlakların qiymətləndirilməsinə dair məhkəmə əmtəəşünaslıq ekpertizasının keçirilməsi iıə bağlı vəsatət qaldırıb.

Məhkəmə vəsatəti təmin edib. Buna görə də hazırda cinayət işinin icraatı dayandırılıb və məhkəmə prosesi qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

İttihama görə, Dünyamin Xəlilov dostu - Beynəlxalq Bankın hazırda həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevin dəstəyi ilə rəhbərlik etdiyi şirkətlərdəki işçilərinin adına milyonlarla manat kredit götürüb və qaytarmayıb.

DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış istintaqın materiallarına əsasən, Dünyamin Xəlilov Beynəlxalq Bankın pullarını “Səbail Mebel” ASC, “Aqora” MMC, “Kondor Group” MMC və digər şirkətlərin adlarına kredit kimi rəsmiləşdirib, daha sonra həmin pulları Panamada qeydiyyatdan keçmiş “Oceanstream İnc” ofşor şirkəti üzərindən ölkədən çıxarıb.

Təqsirləndirilən D.Xəlilov, Ş.Musayev və S.Seyfullayevin epizodları üzrə 36 nəfər fiziki şəxsə "Azərbaycan Beynəlxalq Bank" ASC-dən kredit verilib. Hazırda bank həmin kreditin - 3 milyon 359 min 399 manat məbləğində faiz borclarını tələb edir.

Bundan başqa cinayət işində qeyd edilib ki, D.Xəlilov, M.Zeynalov, F.Əmiraslanov, Ş.Musayev, R.Əsgərov və Rauf Əliyev "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına 85 milyon 355 min 786 manat məbləğində ziyan vurub. Həmin təşkilat dəymiş ziyanın ödənilməsi üçün mülki iddia qaldırıb. Zərərçəkmiş qismində tanınan iki bank və bir dövlət qurumu tərəfindən təqsirləndirilən şəxslərə qarşı ümumilikdə 90 milyon 467 min 544 manat mülki iddia qaldırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam