Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Mənzil bazarında son vəziyyət -HESABAT

Mənzil bazarında son vəziyyət -

2017-ci ilin I rübü ərzində Bakı şəhərində təkrar yaşayış mənzil bazarı üzrə 13 layihədə ümumi olaraq 7 390 ədəd mənzil satışa təklif olunub. Bu da öz növbəsində, ötən ilin sonuncu rübü ilə müqayisədə 4.41% azdır.

Yenixeber.org:  Bu barədə “MBA Group” konsaltinq şirkətinin hesabatında qeyd edilib. Hesabatda bildirilib ki, ekonom-sinfinə aid olan təkrar yaşayış mənzillərinin sayı ötən ilin IV rübünə nisbətən 1.78% artaraq 5320 ədəd təşkil edib ki, bu da öz növbəsində ümumi təklif portfelinin 72%-i deməkdir.

Keçən rübdə komfort-sinfinə aid olan təkrar yaşayış mənzillərinin sayı ötən ilin IV rübünə isbətən 0.76% azalaraq 1551 ədəd, biznes-sinfinə aid olan təkrar yaşayış mənzillərinin sayı ötən ilin IV rübünə nisbətən 1% azalaraq 519 ədəd, təkrar yaşayış mənzil bazarında sırf yaşayış məqsədi ilə alınan mənzillərin sayı ötən rüblə müqayisədə 0.6% artaraq 86.4% təşkil edib.

Təkrar mənzil bazarında təklif edilən mənzillərin otaq strukturna gəldikdə, ümumi təklif payında üçotaqlı mənzillər daha çox üstünlük təşkil edir-30.48% . Növbəti yerləri isə müvafiq olaraq 2, 4, 1 və çox otaqlı mənzillər tutur.

Cari ilin I rübündə təkrar yaşayış mənzil bazarında təklif edilən mənzillərin əksər hissəsi Nəsimi rayonunun payına düşüb - 26%. Təklif edilən mənzillərin əksər hissəsi isə Xətai rayonunda satılıb- 15.82%.

Ötən rüb ərzində daşınmaz əmlak bazarında aktivlik nisbətən artdığından təkrar yaşayış mənzilləri üzrə baş tutmuş alqı-satqı əqdlərinin sayında keçən ilin son rübü ilə müqayisədə 2.45% artım qeydə alınıb. Bununla belə, təkrar yaşayış mənzil bazarında Bakı şəhəri üzrə baş tutumuş əqdlərin 86.4%-i sırf yaşamaq məqsədi ilə, digər 13.6%-i isə kirayə və ya digər məqsədlər üçün alınıb. Baş tutmuş alqı-satqı əqdlərinin böyük payı ekonom sinfi üzərinə düşür- 74.6%. Komfort və biznes siniflərinin üzərinə düşən pay isə müvafiq olaraq 19.1% və 6.3% təşkil edib.

 

Alıcıların maraq göstərdikləri mənzil sahələri isə aşağıdakı kimi formalaşıb:

• Ekonom sinif: 45-70 kv.m

• Komfort sinif: 70-100 kv.m

• Biznes sinif: 100-170 kv.m

 

Hesabatda qeyd edilib ki, cari rübdə daha çox 2 otaqlı evlər satılıb. Son rüb üzrə müşahidələr göstərir ki, təkrar yaşayış mənzil bazarında satışa təklif edilən yaşayış mənzillərinin hesablanmış orta təklif qiyməti ötən ilin IV rübü ilə müqayisədə 4% azalaraq, 1030 $/кv.m (1750 AZN/кv.m) bəndində qərarlaşıb. O cümlədən:

• Ekonom sinif – 818 $/кv.m (2016-cı ilin IV rübü ilə müqayisədə↓-2,3% azalıb)

• Komfort sinif – 1417 $/кv.m (2016-cı ilin IV rübü ilə müqayisədə ↑+0,35% artıb)

• Biznes sinif – 2231 $/кv.m (2016-cı ilin IV rübü ilə müqayisədə ↑+1,38% artıb)

 

Ötən rüb ərzində təkrar yaşayış mənzil bazarında otaqlar üzrə orta təklif qiyməti hər kv.m.-ə görə azalma daha çox 2 otaqlı mənzillərdə müşahidə edilib -5.3%. Mənzillər üzrə qiymətlərə gəldikdə isə bu seqment üzrə azalma daha çox 4 otaqlı mənzillərin payına düşüb, təklif qiyməti 0.66% azalaraq 160 430 $ təşkil edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam