Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

“S-400-ÜN İSTEHSALÇISI AZƏRBAYCAN TÜRKÜDÜR” –Rafiq Əliyevin aspirantı olub

Türkiyə mediasında, sosial şəbəkələrdə Rusiya istehsalı olan S-400 zenit-raket kompleksinin alınmasına həsr olunmuş çoxlu sayda yazılar dərc olunur. 

Yenixeber.org: Belə yazılardan birində S-400-ün istehsalçısının Azərbaycan türkü olduğu bildirilib.

“S-400-ün istehsalçısı bir Azərbaycan türküdür” başlığı ilə yayımlanan xəbərdə qeyd edilib ki, S-400-lərin istehsalını ilk dəfə təşkil edən Azərbaycan türkü olan İqor Aşurbəylidir. Onun eyni zamanda S-300-lərin də istehsalçı olduğundan fəxrlə bəhs edilib.

Haqqında bəhs  olunan İqor Rauf oğlu Aşurbəyli  9 sentyabr 1963-cü ildə Bakıda anadan olub.

1980-ci ildə bir sıra fənlərin ingilis dilində tədris olunduğu 27 nömrəli xüsusi orta məktəbi qızıl medalla bitirib. O, 1985-ci ildə Azərbaycan Sənaye İnstitutunubitirib. Azərbaycanlı alim Rafiq Əliyevin aspirantı olub. Aşurbəyli Rafiq Əliyevin rəhbərliyi altında 30 may 1992-ci ildə Azərbaycan Sənaye İnstitutunda öz namizədlik işini müdafiə edib. Elmi işinin mövzusu isə “D-Mərkəzləşdirilmiş sistemlərin qurulma prinsipləri” olub.

2011-ci ilədək İqor Aşurbəyli on il “Almaz-Antey” baş konstruktor bürosu sisteminə rəhbərlik edib. Onun direktoru olduğu dövrdə “Almaz” korporasiyası müasir Rusiyanın havadan müdafiə sisteminin qalxanı sayılan S-300 və S-400 raketlərinin istehsalı ilə məşhurlaşıb.

Hazırda Rusiya Hava Hücumundan Müdafiə Sistemləri Konserninin İdarədənkənar Ekspert Şurasının həmsədri, Socium Holdinq İdarə Heyətinin prezidenti olan, texnika elmləri doktoru İqor Aşurbəyli eyni zamanda kosmos dövləti olmaq hədəfi ilə yaradılan Asqardia Krallığının ilk dövlət başçısı kimi tarixə adını yazdırıb. /AzPolitika


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam