Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

AKP İMAMOĞLUNUN SEÇKİDƏ QƏLƏBƏSİNİ HƏZM EDƏ BİLƏCƏKMİ? – Marşal Fondunun eksperti: "Oyun hələ bitməyib"

Dieqo Kapulo

“Əl-Monitor”, 23.06.2019

 

Son beş ildə davamlı seçki kampaniyası rejimində olan bir ölkədə İstanbul seçkilərinin birdən-birə sürprizlə bitməsi şok hadisə olub. Bəyoğlunda şüarlar və avtomobil siqnalları səslənərkən, Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırım Türkiyənin ən böyük şəhərində hakim partiyanın hakimiyyəti itirməsini isbatlayaraq, televiziya çıxışında məğlubiyyətini etiraf edib.

Yenixeber.org: Yıldırım səslərin 54% ilə CHP namizədi Əkrəm İmamoğlunun liderlik etdiyini vurğulayaraq deyib: “Onu təbrik edirəm və uğurlar arzulayıram. İmamoğlunun İstanbula yaxşı xidmət etməyini istəyirəm”.

Rəsmi xəbər agentliyi “Anadolu”nun yaydığı ilkin nəticələrə görə, bülletenlərin 99%-inin saat 9-da artıq sayılıb, İmamoğlu – 4.7 milyon və Yıldırım – 3.9 milyon səs toplayıb.

Seçki prosesi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın hakim AK Partiyasının 31 Mart seçkilərinə etiraz etməsindən sonra təkrarlanıb. O vaxt İmamoğlu kiçik fərqlə prosesi udmuşdu. Türkiyənin Ali Seçki Qurumu pozuntulara əsaslanaraq nəticələri ləğv etmişdi.

İlkin nəticələr göstərir ki, İmamoğlu Bazar günü keçirilən seçkilərdə etimadını əhəmiyyətli dərəcədə genişləndirib.

“Bu qələbə Türkiyənin demokratikləşmə yolunu açacaq, – deyə CHP-nin təmsilçisi Tuba Torun “əl-Monitor-a bildirib. – Gücünü saxlamaq üçün hər şeyi etməyə hazır olan hökumətimiz var. Bildiyimiz kimi, ötən dəfə də qalib gəlmişdik, amma onlar nəticələri qəbul etmirdi. Lakin bu dəfə səslərdəki fərqi o qədər genişdir ki, məğlubiyyəti inkar edə bilməzlər”.

Son beş ildə altıncı seçki keçirilib. Hamı seçki yorğunluğundan danışır. Günün əsas mübahisə İstanbulun Üsküdar rayonunda bələdiyyə seçki möhürünün əvəzinə, parlament seçki möhürlərinin istifadəsi idi.

“Bianet” xəbər agentliyinin məlumatına görə, cəmi 111 adam seçki qanunlarını pozub. Bülletenlərin fotolarını çəkmən 43 nəfər, seçki məntəqələrində ictimai asayiş pozan 22 nəfər saxlanılıb, 9 nəfər eyni vaxtda səs verib, 14 səs isə məntəqələrə telefonla daxil olub.

Ümumiyyətlə, son seçkilərdə ciddi qanun pozuntusu olmayıb.

Seçki məntəqələri axşam saat 05.00-da bağlanıb. İstanbuldakı 31 min seçki məntəqəsində səsvermə hüququ olan təxminən 10,56 milyondan çox qeydiyyatdan keçmiş seçici səs verib.

Aparıcı namizədlər arasında nadir televiziya müzakirələri və həbsdə olan Kürdüstan İşçi Partiyası (PKK) lideri Abdullah Öcalanın açıq məktubu da daxil olmaqla, müasir türk siyasəti bir çox yeniliklərə, o cümlədən AKP-nin PKK ilə birgə səyinə şahidi olub.

Hər iki tərəf Ərdoğanın “Kim İstanbulu udarsa, Türkiyənin də qalibidir” sözlərinə görə ağır bələdiyyə kampaniyası aparıb.

Siyasi müşahidəçilər İmamoğluna qarşı fırıldaqçılıq iddiası ilə əlaqədar narahatlıqlarını ortaya qoyur. Hələlik Ərdoğan seçkinin nəticəsini “tweet”-ində qəbul edib.

“Bir çox adam Ərdoğanın yenidən seçki keçirəcəyini düşünürdü, – Almaniyanın Marşall Fondunun keçmiş təmsilçisi Nikolas Danfort “əl-Monitor” a bildirib. – İndi vəziyyət belə görünmür. İmamoğlu qalibdir, amma ona şəhəri idarə etməyə icazə verilib-verilmədiyi hələ bilinmir. Hökumət İmamoğlunun gücünü məhdudlaşdırmaq və hətta onu vəzifədən uzaqlaşdırmaq üçün bir sıra vasitələrə sahib olduğunu göstərib. Doğrudur, qazandığı etimadı yıpratmaq baha başa gələcək”.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam