Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Yapon həbsxanaları ilə bağlı DƏHŞƏTLİ FAKTLAR -Amerikalı məhbusun SENSASİON ETİRAFLARI

 

Yapon həbsxanaları ilə bağlı DƏHŞƏTLİ FAKTLAR - Amerikalı məhbusun SENSASİON ETİRAFLARI

Yapon türmələrində adətən səssizlik, səliqə və təhlükəsizlik hökm sürür. Buna baxmayaraq, hətta ən cəsur “samuray”lar belə həbsə düşməkdən cəhənnəm kimi qorxurlar.

 Yenixeber.org: Yapon türmələrini əhali "cəhənnəm dəliyi" adlandırır. Çünki bu ölkənin həbsxana həyatı əsrlərdir ki, öz sərtliyi ilə seçilir. Ən xırda yanlış böyük cəza ilə nəticələnir.

Gündoğan ölkədə cinayət işləyib, həbsə girən əcnəbilərinsə cəzası ikiqat artır. Həbs həyatının ilk günündən etibarən məhbusun qarşısına yüzlərlə maddədən ibarət sənəd qoyulur. Bir neçə il bundan əvvəl Yaponiyada həbs həyatı sürən amerikalı məhbus acı xatirələrini qələmə alıb:

"Bəli, Yaponiyada cəzaçəkmə müəssisələri həqiqətən də cəhənnəm dəliyini xatırladır. Mən təknəfərlik kamerada cəza çəkirdim. Hər gün nəzarətçi şirniyyat bükmək üçün folqanı əzib qarşıma qoyurdu. Tam səliqə ilə açandan sonra yenidən əzib qarşıma qoyurdu ki, eyni əziyyətlə həmin işi görüm".

Yapon türmələrində bütün məhbusların əməl etməli olduqları xüsusi gəzmək, oturmaq, tualetdən istifadə, hətta baxmaq qaydası var. Hətta gəzinti zamanı səhv atılan addım, nəzarətçinin üzünə baxmaq, yemək vaxtı başını çevirmək belə qayda pozuntusu sayılır və mütləq cəza kəsilir. Cəza təknəfərlik kamerada oturmuş formada 7-17 saat qalmaqdan ibarətdir. Bu müddət ərzində məhbus gözünü divara zilləməlidir. Keyimiş bədəni, pozulmuş sinirləri isə heç kimi maraqlandırmır.

Gigienik prosedurlar, yaxud duş alma həftədə iki dəfə mümkündür. Bu müddət qışda 15, yayda isə 30 dəqiqə olur. Amma yayda kondisioner, qışda isə isitmə sistemi qadağandır.

Yaponiya həbsxanalarında xəstələnmək, ümumiyyətlə, təhlükəlidir. Çünki burada tibbi yardım anlayışı yoxdur. Gündoğan ölkədə həbsxana həkimi olduqca nüfuzsuz peşə sayılır. Məhbus xəstələndiyi təqdirdə anket doldurmalı, sonra isə bəzən həftələrlə həkimin qəbuluna düşməyi gözləməlidir.

Nahar üçün nəzərdə tutulan cəmi yarım saatın ilk saniyələrində məhbus gözlərini yumub yeməyə başlamaq üçün veriləcək əmri gözləməlidir. Bu qayda pozulduğu təqdirdə tək nəfərlik kamera cəzası qüvvəyə minir.

Məhbuslar saat 21:00-da yatmağa gedirlər. Yatdıqları müddət ərzində əlləri və başları mütləq görünməlidir. Yoxsa nəzarətçi onları oyadır.

Hazırda həbs cəzalarının yüngülləşdirilməsi ilə bağlı bir sıra islahatlar aparılır. Amma hələ də vəziyyət ürəkaçan deyil.(publika)

Leyla Sarabi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam