Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

Millət vəkili:Əyalət cəhalət içindədir

 

Millət vəkili Elmira Axundova son günlər ailə-məişət zəminində artan cinayət hadisələrinə münasibət bildirib.
"Xeberinfo.com": Məlumata görə, E. Axundova  açıqlamasında bildirib ki, əhalinin müəyyən hissəsində aqressivlik yüksəlib, ümumi mədəniyyət isə aşağı düşüb: “Əlbəttə ki, hər zaman və hər bir ölkədə ailə daxilində müəyyən məişət zorakılığı olub və təəssüf ki, bundan sonra da olacaq. Amma son illər bu bəla Azərbaycanda daha bariz və geniş şəkildə özünü biruzə verməkdədir. Demək olar ki, hər gün mətbuatda, KİV-də, televiziya ekranlarında şahidi oluruq ki, hansısa ailədə kimsə məişət zorakılığının qurbanına çevrilib. Rəsmi orqanların statistikasına görə də, bu cür hallar doğurdan da son illər əhəmiyyətli dərəcədə artıb. Bütün bunlar sanki cəmiyyətin SOS siqnalıdır və cəmiyyət bizlərdən təsirli tədbir gözləyir. Bildiyimiz kimi ordu ətrafında kimlərsə tərəfindən məharətlə təkrarən ehtiraslar qızışdırılır, əsəblər tarıma çəkilir. Amma maraqlısı odur ki, cəmiyyətin özündə kriminal hadisələr, o cümlədən qəddar məişət cinayətləri həddən artıq olduğu halda nədənsə bütün bu ölüm, zorlama, bıçaqlama faktları qeyri-hökumət təşkilatlarının bu qədər ciddi reaksiyasına səbəb olmur. Son iki-üç ildə məişət zorakılığının qurbanı olan yüzlərlə cavan qız və qadın bıçaq və ya döyülmə ilə həyatlarını itiriblər. Ancaq mən bununla bağlı bizim müxalif gənc fəalların və ya feysbuk və tvitterin sivil istifadəçilərinin etiraz piketi keçirdiyini görməmişəm. Mən bilirəm ki, bu cür zorakılıqların səbəbləri müxtəlifdir, məsələn, xarici döyüş filmləri, təcazüvü özündə əks etdirən bilgisayar oyunları və s. Amma bununla ciddi şəkildə mübarizə labüddür. Biz maarifləndirmə və təbliğat xarakterli tədbirləri keçirsək də, bunu əsasən Bakı, Gəncə, Sumqayıt kimi iri şəhərlərdə edirik. Toplanaraq böyük və möhtəşəm salonlarda öz-özümüzə məruzələr edirik. Lakin təəssüf ki, əyalət yenə də cəhalət içindədir. Hesab edirəm ki, nazirlik və komitələr maarifləndirici tədbirləri yerlərdə, kənd və qəsəbələrdə keçirməlidirlər”.
Millət vəkilinin sözlərinə görə, bu məsələnin qarşısını almaq üçün ikinci ən təsirli vasitə isə sosial roliklərdir: “Bir çox ölkələrdə, elə Türkiyənin özündə narkomaniya, içki, siqaretə qarşı əks təbliğat xarakterli roliklər mütəmadi bütün kanallarda göstərilir və faydası da böyükdür. Rusiyada tanınmış şəxslər bu cür roliklərdə iştirak edərək narkomaniya, içki, siqaret kimi pis vərdişlərin zərərlərindən danışır, məsləhətlərini verirlər”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam