Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Elmira Axundovadan dövlət qurumlarına tənqid

 

“Ötən gün qəfil yağan qar Salyan, Cəlilabad və digər rayonlarda bir sıra problemlər yaradıb, əhali gözlənilməz çətinliklərlə qarşılaşıb”.

 

"Xeberinfo.com":  Məlumata görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən millət vəkili Elmira Axundova bildirib. E.Axundova deyib ki, bu rayonlar ciddi işıq problemi ilə qarşılaşıblar.

 

Onun sözlərinə görə, “Azərİşıq”-ın sədri Baba Rzayev bu problemin kökündən həll edəcəyi ilə bağlı söz verib: “Son məlumata görə, hazırda müəyyən işlər görülür, ancaq yenilənmə işləri çox ləng gedir. Texniki vasitələrin yenilənməsinə isə kifayət qədər maliyyə vəsaiti tələb olunur”.

 

E.Axundova bildirib ki, güclü qar və şaxtalı hava ilə əlaqədar olaraq, yollar buz bağlayıb və nəqliyyatın hərəkətində problemlər yaranıb: “Müvafiq dövlət orqanları, rayonların kommunal təsərrüfat idarələri bu cür sərt havalara hazır deyillər. Təkcə Salyan ərazisində cəmi iki qartəmizləyən maşın işləyirdi. Qaradağa gedən yolda isə bir texnikaya rast gəlmədik. Bunun da nəticədə bu yollarda xeyli yol-nəqliyyat hadisələri baş vermişdi. Çox dəhşətli mənzərə yaranmışdı. Polislərdən başqa yollarda qalmış vətəndaşların vəziyyətinə kömək edən bir dövlət qurumu əməkdaşı yoxdur”.

 

Deputat qeyd edib ki, Azərbaycanda ayrı-ayrı sahələr xeyli sayda yeni və bahalı texnika alınıb: “Təklif edirəm ki, əsasən hər dağ rayonuna ən azı iki qartəmizləyən texnika alınsın”.

Publika.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam