Elm adamlarının dünyanın sonu ilə bağlı verdiyi ehtimallar üzə çıxıb.
Yenixeber.org: Mütəxəssislər dünyanın böyük zaman məsafəsində mərhələli şəkildə necə yox olacağını açıqlayıb.
10 min il sonra
Qlobal istiləşmənin sayəsində dənizlərdə suyun səviyyəsi 3-4 metr yüksələcək. Bu zaman dünya üzərində insan qalmayacaq.
13 min il sonra
Yer kürəsinin maili əyriliyi tərsinə çevriləcək. Buna görə də qış və yay yerini dəyişdirəcək.
15 min il sonra
Səhralar dəyişən mövsümlərlə birlikdə tropik iqlimə sahib olacaq. Dünyanın ən böyük səhrası yox olacaq.
20 min il sonra
1986 Çernobl fəlakətindən sonra tərk edilən Ukrayna ve Ağ Rusiyanın Çernobl bölgəsi insanların yaşaması üçün təhlükəsiz məkan halına gələcək.
Demək ki, bu fəlakətin nəticələrinin ortadan qalxması üçün 20 min il lazım imiş.
36 min il sonra
Kiçik qırmızı planet olan “Ross 248” 3024 işıq ilindən sonra Günəşə ən yaxın ulduz olacaq.
50 min il sonra
Şimali Amerikanın şərqində - ABŞ ilə Kanada arasında olan Niaqara şəlaləsi yox olacaq.
100 min il sonra
Kainatdakı ən böyük ulduz kimi tanınan VY Canis Majoris partlayıb yox olacaq. Dünyanın bir qismi isə lava altında kül olacaq.
200 min il sonra
Böyük Xərçəng, Orion və Perseus kimi tanınan ulduz topluları artıq olmayacaq. Havay adalarındakı gənc bir sualtı vulkan sürətlə yüksələrək okeanın ortasında bir ada yaradacaq.
300 min il sonra
WR 104 “Pinwheel” buludlarında yerləşən bir cüt ulduz bu müddət ərzində yoxa çıxacaq. Bu partlayışla əmələ gələcək qamma şüaları isə Yer kürəsindəki bütün canlılar üçün ciddi təhlükə yaradacaq.
500 min il sonra
Yer kürəsi qarşısıalınmaz dərəcədə təhlükəli olan 1 km uzunluğundakı meteoritlə toqquşacaq.
1 milyon il sonra
Yer lava altında qalacaq.
2 milyon il sonra
1600 metr dərinliyə sahib ABŞ-ın Arizona ştatının sərhədlərində yerləşən ən qədim kanyon daha da dərinləşəcək.
10 milyon il sonra
Suların yüksəlməsindən sonra Afrika qitəsinin bir qismi qopacaq və ayrı bir ada olacaq.
50 milyon il sonra
Marsın iki peykindən biri olan Fobos planetlə toqquşacaq. ABŞ-da yerləşən San Andreas, San Fransisko ve Los Anceles bölgələri birləşəcək.
100 milyon il sonra
Yer kürəsi və Saturnun haqları yox olacaq.
250 milyon il sonra
Yer kürəsinin qitələri dəyişəcək. Kaliofrniya sahili Alyaska ilə toqquşacaq. Günəş sistemi Süd yolu ətrafındakı bütün bir dövrünü tamamlayacaq.
600 milyon il sonra
Dünyada bitki örtüyü qalmayacaq.
800 milyon il sonra
Karbon-dioksid səviyyəsi dünya miqyasında kəskin düşəcək. Oksigenin də azalması ilə dünyada həyat qalmayacaq. Bundan sonra Yer üzündə təkcə birhüceyrəli bakteriyalar qalacaq.
1 milyard il sonra
Günəş daha dik bucaqdan Yer kürəsinə baxacaq. Dünya getdikcə daha çox istiləşəcək və okeanlar buraxlanıb yox olmağa başlayacaq.
2 milyard il sonra
Yer kürəsinin nüvəsi ildə 1 mm sürətlə böyüməyə davam edərsə, dünyanın xarici qatı donacaq. Nüvə olmadan Yerin maqnetik sahəsi bağlanacaq və Günəşdən gələn parçacıqlar yavaş-yavaş atmosferi yox edəcək.
3 milyard il sonra
Kiçik ehtimalla, Yer kürəsi ulduzlararası boşluğa düşəcək və bütün yaşam əlamətləri yox olacaq.
4 milyard il sonra
Andromeda qalaktikası Andromeda ulduzlar toplusunda olan, Yerdən təxminən, 2,5 milyon işıq ili uzaqlıqda yerləşən spiral qalaktikadır. 4 milyard il sonra Andromeda ilə Süd yolu qalaktikası toqquşacaq.
5 milyard il sonra
Dünya qıpqırmızı bir planet olacaq.
7 milyard il sonra
Günəş dünyanı yox edəcək.
8 milyard il sonra
Yer kürəsi hələ də mövcud olmağı bacarsa, bu dəfə Günəş enerjisi yox olacaq. Yer də sürətlə donacaq.
14 milyard il sonra
Günəş qara cücə planetə çevriləcək və onu artıq heç kim görməyəcək.
1 trilyon il sonra
Kainat yox olacaq...