Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

TÜRKİYƏ ZƏRRABI EKSTRADİSİYA EDƏ BİLƏCƏKMİ? –Ankaranın ABŞ sanksiyalarına əməl edəcəyi yenidən şübhəyə alınır -TƏHLİL

Aykan Erdemir, Merve Tahiroğlu

“Foreign Policy”

 

Tramp administrasiyasının noyabrın 5-də qüvvəyə minən İranla bağlı sanksiyalarından Türkiyənin kənarda qalması ölkəni azca rahatladıb. Ağ Evdəki çıxışında ABŞ dövlət katibi Mayk Pompeo İrandan neft almağa davam etməsi üçün Türkiyəyə xüsusi izn verildiyini bildirib.

Yenixeber.org: Pompeonun sözlərinə görə, səkkiz alıcıya verilmiş müvəqqəti keçid dövrü neft satınalımlarını böyük ölçüdə azaltmaq və ya tamamilə dayandırmaq barədə vədlərə cavabdır. Ancaq ertəsi gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ sanksiyalarını “imperialist” kimi səciyyələndirib və onlarla razılaşmadığını deyib.

Tramp administrasiyası onun sözlərinə diqqət yetirməlidir, çünki Ərdoğanın boykotu halında ikinci mərhələ sanksiyaları baş tutmaya bilər.

Türkiyə xarici enerjidən asılıdır və neftin yarısını – gündəlik təxminən 200 min bareli və qazın beşdə birini İrandan idxal edir. Bu, ölkəni İranın ən yaxşı müştəriləri sırasına qoyur.

2012-ci ildə ABŞ Tehrana sanksiyalar tətbiq etdikdə, Ankara Dövlət Departamentindən oxşar güzəşt almaq üçün gündəlik idxalı 120 min barelə qədər azaldıb. Bu dəfə Türkiyə neft idxalını gündəlik 129 min barelə endirib və Vaşinqtonun 8 istisnasından birini qazanıb.

Noyabrın 6-da Ərdoğan sərt sözlər səsləndirməzdən əvvəl Ankara prezident Donald Trampın sanksiyalarına əməl etməyə hazır olduğunu ifadə edib. Ayın əvvəlində “Reuters” xəbər verib ki, özəl neft şirkəti olan “Petrol Ofisi” Türkiyədə eniş edən İran təyyarələrinə yanacaq verməkdən imtina edib. Oktyabr ayında bir türk “sənayesi mənbəyi” “Reuters”-ə bildirib ki, Türkiyənin əsas neft emalçısı ABŞ səlahiyyətliləri ilə danışıqlar aparır və “ABŞ [neft idxalını dayandırmağa] çağırarsa, onlar [Türkiyə tərəfi] bu öhdəliyi yerinə yetirəcəklər”.

Ərdoğan eyni vaxtda səhnə arxasında da məşğuldur. Obama administrasiyası dövründə İrandan neft və qaz idxalı ilə bağlı ABŞ-ın sanksiyalarının qüvvəyə minməsi ilə öhdəlik götürərkən, vəsaiti xüsusi əmanət hesablarına köçürməklə bərabər, ayrı-ayrı banklara sanksiyaları adlamaq icazəsi verilmişdi. Onlar bu hesablara daxil olub pulları qızıl və ya saxta ixrac malları halında İrana köçürüb. Bu sxem 2012 və 2013-cü ildə Tehrana ən azı 13 milyard dollar vəsait qazandırıb.

Bu əməliyyat hələ də Ərdoğanın baş ağrısına səbəb olur. Yanvar ayında Manhattandakı federal məhkəmə sanksiyaların pozulmasında rol oynadığı üçün Türkiyə dövlət bankı “Halkbank”-ın müdir müavini Mehmet Hakan Atillanı məhkum edib. ABŞ Xəzinədarlığının ABŞ-Türkiyə əlaqələrində böyük dönüş nöqtəsi olan “Halkbank”-a qarşı cərimə tətbiq etməsi gözlənilir. Türkiyə prezidenti ABŞ sanksiyaları ilə yanaşı, bütün bu xoşagəlməz şeylərdən yayınmaq istəyir.

Onun arzuları çin ola bilər. Oktyabrda Türkiyə, nəhayət, terror və casusluq ittihamları ilə son iki ilini həbsxanada keçirilən ABŞ pastoru Endrü Bransonu azad edib. Pastorun Birləşmiş Ştatlara qayıtması noyabrın 6-da ABŞ-da keçirilən aralıq seçkilərdən əvvəl Trampa geniş rəğbət qazandırıb.

Türk məhkəməsinin Bransonla bağlı kəskin dönüş qərarı indi Ankaranın bir neçə aydır pastor qarşılığında Vaşinqtondan əldə etməyi düşündüyü güzəştləri qazanıb-qazanmaması barədə suallar doğurub.

Bütün əlamətlər tərəflərin “Halkbank”-a dair razılığa gəldiyini göstərir. Noyabrın 3-də, ABŞ-ın İran neftinin alışından Türkiyəni azad etməsindən iki gün əvvəl Ərdoğanın Trampla telefon söhbəti olub və “Halkbank”ın cəriməsi müzakirə olunub. Bu, Ərdoğan tərəfindən müzakirələrin ilk açıq etirafıdır.

Türkiyə gələcək ABŞ araşdırmalarının qarşısını da almaq istəyir. Hakan Atilla barədə hökm məlum olsa da, sxemin mərkəzi xadimi, Türkiyə və İran arasında qızıl treyderlərini həyata keçirmiş Rza Zərrabın statusu hələ bəlli deyil.

Keçən ilin payızda Zərrab iddianın əsas şübhəlisi kimi təqsirini boynuna alıb. O, FTB-yə İran sanksiyalarından Türk torpağında yayınma sahələrini ortaya çıxartmaqda kömək edir. Məhkəmə prosesi zamanı Türkiyə Zərrabı xain elan edib və bütün aktivlərini ələ keçirib. Bununla yanaşı, bu həftə türk məhkəməsi bir neçə il əvvəl İstanbuldakı villasında qeyri-qanuni bərpa işlərinə görə Zərrab haqqında həbs qərarı çıxarıb. Bu gecikmiş qərarın həyata keçirilməsi üçün Türkiyə Zərrabın ekstradisiyasını tələb etməlidir. Üstəlik, bu, Amerikanın hakimiyyət orqanları ilə əməkdaşlığın sona çatması deməkdir.

Ərdoğan bu məsələdə Trampın ona yaşıl işığı yandıracağına inanır. Tramp əslində, Bransonun azadlığa qovuşması, Türkiyənin İrana qarşı sanksiyalara riayət etməsi qarşılığında Ərdoğanın “Halkbank” və Zərrabla bağlı tələblərinə razılaşıbsa, Vaşinqton tezliklə təəssüflənə bilər.

Ərdoğan ABŞ sanksiyalarına zidd əməlləri davam etmək və Avropada ona dəstək verəcək tərəfdaşlar axtarır (Avropa İttifaqı İrana avro kreditləri və ödəniş sistemləri kimi alternativ maliyyə strukturları qurmağı planlaşdırır.)

İranın enerji müştərilərinin idxalı dərhal sıfıra endirməsini düşünmək realist yanaşma deyil. Tramp, Obama administrasiyasının Ərdoğanın ikili işi ilə əlaqədar acı təcrübədən nəticə çıxarmalıdır. Əks halda, Ərdoğan İrana qarşı Vaşinqtonun sanksiya strategiyasını pozmaq üçün yenidən Tehranla sövdəyə girəcək.

 

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam