Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Gədəbəydə məmur toyu böyük bir gizli əlaqələri üzə çıxardı

 

 

Bu il iyunun 1-də rəhbərlik etdiyi rayonda sahibkarlara divan tutması ilə ad çıxarmış Gədəbəyin icra başçısı Ramiz Yediyarov qəflətən işindən azad ediləndən sonra rayonda olduqca mübhəm olaylar baş verməkdədir.

Yenixeber.org: İşdən azad edilən Yediyarovun təhvil-təslim etməsi o qədər sürətli olub ki, ona hətta icra hakimiyyətinin işçiləri ilə vidalaşmağa belə imkan verməyiblər. Prezident Adminstrasiyasının əməkdaşı ilə rayonu tələsik tərk edən Yediyarovun əslində törətdiyi əməllərlə bağlı istintaqa cəlb edildiyi və həmin gün Bakıya dindirilməyə gətirildiyi sonradan məlum oldu. Ramiz Yediyarovun azad edilməsindən bir qədər sonra isə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi müstəntiqləri rayona ezam edildilər. Rayonda  bir sıra istintaq hərəkətləri apardılar, şikayətçiləri dindirdilər. Yəni? bu hadisələr göstərdi ki, Yediyarovun törətdiyi əməllər prezident İlham Əliyevin qəzəbinə gəlib və o, cəzalandırılacaq. Hesablama Palatasının rayonda apardığı yoxlmalarla bağlı açıqladığı hesabat da, keçmiş başçının dövlət vəsaitini necə talan etməsinə sübut idi.

Amma qəribəsi budur ki, bu proseslərin sanki Gədəbəy İcra Hakimiyyətinin işçilərinə aidiyyatı yoxdur. Onlar hələ də Ramiz Yediyarovdan danışanda “cənab başçı” ifadəsini işlədirlər. Aldığımız məlumata görə, iyul ayının 28-də oğluna toy edən icra hakimiyyətinin hüquq şöbəsinin müdiri Z.İsgəndərov toyda “Gədəbəyin qurucusu, rayonda böyük abadlıq işləri aparmış cənab Ramiz Yediyarov məclisimizi təbrik edir və xahiş edir ki, özü iştirak etməsə də, işçiləri onun əvəzindən rəqs etsinlər”– deyə çıxış edib. Onu bu çıxışından sonra İcra Hakimiyyətinin işçiləri qalxıb rəqs ediblər.

Rayonun bir qrup ağsaqqaları tərəfindən saytımıza daxil olan şikayət məktubunda hadisə ilə bağlı deyilir: “Bu məsələyə adi bir toy proseduru və işçilərin sabiq rəhbərlərinə ehtiramı kimi baxmaq olardı. Amma burada 2 ciddi nüans var: – rayon əhalisinin və ölkə rəhbərinin antipatiyasını qazanaraq işdən çıxarılmış bir şəxs bu cür ehtirama layiqdirmi? İkincisi bu “savadlı” hüquqşünas bilmirmi ki, abadlığın aparılmasına göstəriş verən də, ona büdcədən vəsait ayıranda cənab Prezidentdir? Yediyarovun bu işdə rolu isə ancaq və ancaq ayrılan vəsaitdən özü üçün pul oğurlamaq olub?”

Məktubda vurğulanır ki, İsgəndərov və digərləri bunların hamısından xəbərdardır: “Məsələ ondadır ki, Yediyarov rayondan oğurladığı həmin pullarla bu şəxsləri bu gün də öz təsiri altında saxlayır. Bu adamlar aldıqları pulların müqabilində keçmiş başçıdan şikayət edənlərə təzyiq göstərir, məhkəmələrdə  onu müdafiə edir, törətdiyi ağır cinayətlərin ört-basdır olunmasına çalışırlar. Ona görə də Rayon İcra Hakimiyyətinin təcili olaraq Yediyarovun təsiri altından çıxarılması vacibdir”.Fərhad Çağtürk / AzEuroNews.com

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam