Redaktor seçimi
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
Günün xəbəri

Dubayda böyük toplantı: Lotu Quli “Avropa obşakı”nı ələ keçirmək istəyir -Lənkəranskinin “sağ əli” Moskvanı tərk etdi

 Hacı Beyləqanskinin həbsindən sonra Moskvada Rövşən Lənkəranskiylə yaxınlığı ilə tanınan azərbaycanlı kriminal avtoritetlər arasında əməlli panika yaranıb. Hamı, hər an istintaqa çağrılacağından narahatdır.
Yenixeber.org: Bu barədə Moskvadakı etibarlı mənbədən məlumat daxil olub.
Məlumata görə, mərhum Rövşən Lənkəranskinin Rusiyadakı “valisi”, onun yaxın qohumu Zaur Əhmədov artıq Moskvanı tərk edib. Mənbənin dediyinə görə, Əhmədovun adı Hacı Beyləqanskiyə qarşı qaldırılmış cinayət işində hallanır. Məhz o, Lotu Qulinin Moskvaya atdığı “desantçı”lardan qorunmaq və vaxtıyla Lənkəranskinin nəzarəti altında olan obyekləri əlində saxlamaq üçün Beyləqanskini Moskvaya dəvət etmiş, ona zirehli maşın, çoxsaylı cangüdən və ev ayırmışdı.
Beyləqanski isə mayın 30-da Moskvada həbs edilib. O, silsilə qətllərdə ittiham olunur.
İyunun 18-də isə Dubayda Lotu Qulinin iştirakıyla bir sıra krminal avtoritetlərin toplantısı keçiriləcək. “Sputnik”in yazdığına görə, toplantının əsas mövzusu “Avropadakı obşaka” kimin nəzarət etməsidir. Sırada isə 3 nəfərin adı hallanır: Giya Kutaisski, Merab Suxumski və Lotu Quli. Məlumata görə, Kutaisski Qulinin xeyrinə namizədlikdən çəkiləcək.
Amma o da sirr deyil ki, Quli Avropa “obşakına” nəzarəti ələ alsa belə, onun uğrunda başqa klanlarla amansız mübarizəyə başlayacaq.(müsavat)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam