Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Lotu Quli Lənkəranskidən danışdı

Lotu Qulidən Lənkəranski ilə bağlı tapşırıq

 

 

Türkiyənin İstanbul şəhərində güllələnərək öldürülən qanuni oğru Rövşən Lənkəranskinin ölümünü hazırda 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Lotu Quli ləqəbli Nadir Səlifov da həyəcan və narahatlqıla qarşılayıb. Lotu Quli oğru dünyasının avtoritetinin ölüm xəbərini cəza çəkdiyi 8 saylı müəssisənin işçilərindən eşidib.
 
Xeberinfo.com:   Bu barədə məlumatı Cebhe.info-ya Nadir Səlifovun vəkili Təranə Əliyeva verib.
 
Vəkil deyib ki, Rövşən Lənkəranskinin ölümünə heç kim sevinmir:
 
“Biz ötən gün Nadir Səlifovla o barədə söhbət etdik. O, Rövşən Lənkəranskinin ölüm xəbərinə çox pis oldu. Onların arasında elə bir problem yox idi. Allah ona rəhmət eləsin! Bu xəbəri cəzaçəkmə müəssisəsinin işçilərindən öyrənib, təəssüf və təəccüblə qarşılayıb. Mənimlə söhbət zamanı da onun ölümünə pis olduğunu dedi və ona rəhmət dilədi”.
 
Vəkil əlavə edib ki, hər halda Lotu Quli Rövşən Lənkəranskinin dəfn mərasimini diqqətsiz buraxmayacaq:
 
“Təbii ki, təcridxanada onun telefonu yoxdur. Amma hansısa vasitələrlə Nadir Səlifov Rövşən Lənkəranskinin məzarına əklil göndətdirəcək. Mən belə məsələlərə qarışmıram. Amma məncə onların müəyyən əlaqələri var idi”.
 
Qeyd edək ki, Loti Qulinin Rusiya kriminal aləminə Ded Xasandan sonra xaç atası olmağa iddialı Şakro Molodoyla ədavətinin olduğu bildirilir. Məlumatlara görə, Şakro Molodoy həbsdən çıxdıqdan sonra oğru sıralarında təmizlənməyə ehtiyac olduğunu deyib. Onun təşəbbüsü ilə Lotu Qulinin hazırda Türkiyədə yaşayan kiçik qardaşı Namik Səlifovun qanuni oğru statusunun alınması ilə bağlı “sxodka” keçirilsə də, sonradan tərəflər arasında mübahisə doğuran məqamlar həllini tapıb. Və Namik Səlifovun statusuna toxunulmayıb. Ancaq bəzi dairələrin Nadir Səlifov və Şakro Molodoy arasında münasibətlərin gərginləşməsinə çalışdıqları bildirilir. R.Lənkəranskinin qətlinin ehtimal olunan sifarişçiləri arasında Şakro Molodoy ilk sırada dayanır. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam