Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Quska işi"ndə İLGİNC GƏLİŞMƏ -Süleyman Mikayılovun adı hallanır




"Quska işi"ndə İLGİNC GƏLİŞMƏ
Yenixeber.org: Türkiyədə həbs olunaraq Azərbaycana gətirilən sabiq deputat, "Quska" ləqəbli Hüseyn Abdullayevin bəzi məmurlarla təmaslarının onun Avropada olaraq Azərbaycan hakimiyyətinə və Azərbaycan dövlətinə qarşı əxlaqsız kampaniya apardığı dövrdə də davam etdirilməsi məsələsi dəfələrlə yerli mətbuatın müzakirə predmetinə çevrilib. Elə redaksiyamıza daxil olan informasiyalardan da anlaşılanı odur ki, Hüseyn Abdullayev yaxşı münasibətdə olduğu şəxslərin adlarını könüllü olaraq istintaqla paylaşıb.

Mənbənin bildirdikləri: "Sadəcə olaraq ela adlar çəkilir ki, bununla bağlı mütləqşəkildə siyasi qərarın verilməsi lazımdır. Məsələn hazırda Qaradağ rayon icra hakimiyyətinin başçısı postunu tutan Süleyman Mikayılovun "Quska" ilə dostluq münasibətlərinin olduğu faktdır və əlaqələri Hüseyn Abdullayevin Avropadakı dövründə də davam edib. Eyni zamanda bu təmaslar boyunca FHN şefi Kəmaləddin Heydərovla da müəyyən əlaqələrin qurulduğu iddia olunur".

Mənbə bildirir ki, Hüseyn Abdullayev böyük biznesmen kimi zamanında Kəmaləddin Heydərovla yaxşı münasibətlərdə olub: "İndi bu barədə də danışılır. Sadəcə olaraq qaraşdırma aparılması üçün mütləq şəkildə siyasi qərar verilməlidir. Elə Süleyman Mikayılovu dindirsələr, daha iri fiqurlara qədər gedib çıxa bilərlər. Çünki "Quska"dan fərqli olaraq Qaradağın icra başçısı daha tez yolagələndir".

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
(dia.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam