Dünyanı idarə edən gizli təriqət – Bohemian klubu
Yenixeber.org: Bohemian klubu (Bohemian grove) bir çox zəngin, yüksək vəzifəli şəxslərin üzvü olduğu gizli təriqətdir. Üzvlər arasında tanınmış prezidentlər, bürokratlar və müğənnilər də var. Keçmiş amerikan prezidentləri Riçar Nikson, Ronald Reqan, Corc H.V Buş, ata Buş məşhur şirkətlərin, bankların rəhbərləri, CEO-ları, Ford şirkətinin rəhbəri Henri Ford, keçmiş astranaft Neil Armstronq, aktyor Arnold Şvazneqr kimi şəxslər təriqətin nümayəndələri olublar.
1872-ci ildə qurulmuş bu gizli kluba amerikanın bütün respublikaçı prezdentləri üzv olmuşlar. Hətta ABŞ hökumətində vəzifə tutmaq üçün bu klubdan referansın olması vacib şərt kimi qəbul edilir. Təriqət üzvləri ayinlər zamanı bayquş heykəlinə sitayişlər edirlər.
Hər il İyul ayının 7-si 2000-ə yaxın təriqət nümayəndələri və dəvətlilər Kaliforniya ştatında yerləşən “Redwood” meşəlik ərazisinə yığışaraq kamp qururlar. Bu kampa qonaqlar və üzvlərdən başqa heç kəs buraxılmır və kamp ərazisi xüsusi silahlı qüvvələrin nəzarətində olur.
(amerikanın keçmiş prezidentləri Riçhard Nikson və Ronald Reqan kampda)
Kampa yalnız kişi cinsindən olan nümayəndələr qatılır və həftələrlə çəkən qonaqlıqlar qurulur. Bu qonaqlıqlarda prezidentlər və digər məşhurlar çılpaq şəkildə istədiklərini edir ki bu da onların bir növ güc nümayişi olur.
Yığıncaqlar zamanı ən mühüm siyasi qərarlar müzakirə edilir. Yığıncaqlardan sonra isə ayinlərə start verilir. Bəzi iddialara görə ayinlərdə bir insan qurban edilir. Hətta bu ayin kadra belə alınıb. 2008-ci ildə Aleks Cons adlı jurnalist gizli şəkildə bu ayini videoya çəkib.
1989-cu ildə “Spy” qəzetinin jurnalisti saxta yolla bu yığıncağa qatılmağı bacarıb. O, gördüklərini belə izah edib: “Bir tərəfdən orkestranın səsi gələrkən digər tərəfdə isə vəzifəli şəxs içki qədəhi əlində bir ağaca işəyirdi. Düz ortalığ yerdə işəyən bir adamı görmək mümkündür. Bu onların istədiyini edə bilməsinin göstəricisidir”
Keçmiş prezident Riçard Nikson təriqət haqda bunları deyib: “Siyasətlə məşğul olduğum illər ərzində ən qayğısız çıxışım 1967-ci il Kaliforniyadakı çıxışım olub. Heç bir kamera və ya səs yazan olmayıb. Ancaq o çıxışım prezidentliyə gedən yolda dönüş nöqtələrindən biri olub”.(minval)
Tamerlan Mehdi