Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Stalinin yaxtasını 20 milyona alıb Azərbaycana gətirmək istəyirlər

 

Moskva Çay Gəmiçiliyinin balansında olan və 1934-cü ildə tikilən, “Stalinin yaxtası” kimi tanınan “Maksim Qorki” teploxodunu alıb Azərbaycana gətirmək üçün danışıqlar gedir.“Kommersant” xəbər verir ki, teploxodu almaq istəyən "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətidir. Moskva Çay Gəmiçiliyi teploxodu 20 milyon rubla-təxminən 300 min dollara satmağa çalışır.

Yenixeber.org: “Moskva Çay Gəmiçiliyi”nin baş direktoru Konstantin Anisimov gəminin satışı üçün danışıqlar getdiyini təsdiqləyib, bildirib ki, danışıqlar "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” dövlət şirkəti və Nijniy Novqorod administrasiyası ilə aparılır. Azərbaycanlılar üçün gəmi ona görə maraqlıdır ki, “Maksim Qorki” teploxodu muzey eksponatı kimi istifadə oluna bilər. Çünki Xəzər gəmiçiliyi bu il yaradılmasının 160 illiyini qeyd edəcək və bu münasibətlə dəniz donanması muzeyi yaratmaq planlaşdırılır.

Nijniy Novqorod administrasiyası üçün isə “Maksim Qorki” ona görə əhəmiyyətlidir ki, gəmi bu şəhərin tərsanələrində tikilib. 2018-ci ildə isə görkəmli yazıçının anadan olmasının 150 illiyi qeyd ediləcək. Animisimov gəminin neçəyə satıla biləcəyini dəqiqləşdirməyib, lakin sektordakı mənbələr 20 milyon rubl ətrafında danışıqlar getdiyini bildirib.

“Maksim Qorki” teploxodu Nijniy Novqorodun “Krasnoe Sormovo” tərsanəsində 1934-cü ildə tikilib. Gəmi SSRİ lideri İosif Stalin üçün şəxsi yaxta kimi NKVD-nin hərbi-texniki şöbəsinin xüsusi layihəsi əsasında inşa edilmişdi. Uzunluğu 69 metr, eni 13 metrdir. Teploxod saatda 30 kilometr sürət yığa bilir. O vaxtdan mətbuatda teploxod “Stalinin yaxtası” adını alıb, lakin rəhbərin bu yaxtada dincəldiyinə dair sənəd-sübut yoxdur. O cümlədən 1935-ci ildə Maksim Qorkinin bu teploxodda Volqa çayında səyahətə çıxdığına dair sübutlar da tapmaq mümkün olmayıb.

Məlum olan təkcə budur ki, müxtəlif illərdə yaxtdada Kommunist Partiyasının birinci şəxsləri-Lavrenti Beriya, Lazar Kaqanoviç, Anastas Mikoyan, Qriqori Orconokidze, Vyaçeslav Molotov, Nikita Xruşşov, Leonid Brejnev dincəliblər. Lakin gəmi VİP-təyinatını tezliklə itirib. 1950-ci illərdə gəmi nazirliklərin və dövlət idarələrinin nümayəndə heyətlərinə, fəhlələrə və yaradıcı kollektivlərə xidmət edib, Moskva ətrafı çimərliklərinə sərnişin daşıyıb.

2000-ci illərdə teploxodun içərisi restavrasiya olunub, naviqasiya sistemi və mühərrikləri dəyişdirilib. Bundan sonra “Maksim Qorki” banket və səyahət gəmisi kimi istifadə olunub. Onun göyərtəsində 130 sərnişin və 19 heyət üzvü yerləşirdi. 2014-cü ildə sonra isə teploxod üzməyi dayandırıb, ancaq restoran kimi istifadə olunur.

Şirkət gəminin satışına dair müqaviləni bu ilin birinci kvartalında bağlamağı hesablayır. Lakin Nijniy Novqorod administrasiyasından bildiriblər ki, onlar gəmini almaq fikrindən daşınıblar. Beləliklə yeganə iddiaçı “Xəzər Dəniz Gəmiçiliyi” QSC-dir. Bu şirkət isə məsələ ilə bağlı “Kommersant”ın sorğusunu cavablandırmaqdan imtina edib.

“İnfoline-Analitika”nın rəhbəri Mixail Burmistrov qeyd edir ki, modernləşdirmə gəminin istismarı ilə bağlı məhdudiyyətləri aradan qaldırıb, amma aşağı iqtisadi effektivlik problemini həll etməyib. Çünki “Maksim Qorki”ni səyahət gəmisi kimi istifadə edib yüksək qiymətə bilet satmaq mümkün deyil. Nəticədə gəminin satışı 20 milyon rubldan da ucuz ola bilər. Gəminin llik istismar xərci də elə 20 milyon rubldur.

“Belə gəmilər xərcini o vaxt doğruldur ki, onları subpremial seqmentdə istifadə etmək mümkün olsun. Lakin Rusiyada belə gəmilərə tələb və təklif xeyli çoxdur. Gəminin tarixi əhəmiyyəti səyahət qiymətlərinə təsir etmir”-ekspert deyir.

Burmistrovun sözlərinə görə, əgər gəmi rentabelli olsaydı onun qiyməti 100 milyon rubldan da yuxarı olardı. Ekspert hesab edir ki, Azərbaycanın qiymət təklifi baxımından imkanları yüksəkdir. Nijniy Novqorod administrasiyası isə ciddi marketinq araşdırmaları aparıb və partnyor tapmaq istəyib, ancaq gəmiyə maraq göstərən olmayıb.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam