Ən çox deputatı olan parlamentlər- SİYAHI
Parlament dövlət strukturu kimi ölkələrin qanunverici funksiyalarını reallaşdırır. Bəzi ölkələrdə parlament 2 palatadan ibarət olur və qanun layihələrini uzun prosuderlarla müəyyənləşdirir. Deputatların sayı həmin ölkələrin qanunvericiliyi, həmçinin, əhali sayı və s. ilə müəyyən olunur.
Yenixeber.org: Ən çox deputatı olan ölkələrin siyahısını təqdim edirik.
Çin - Xalq Nümayəndələr Palatası – 1 palatalı ali qanunverici orqandır. Parlamentdə 2987 deputat var
İtaliya – Parlament İtaliya Deputatlar Palatası və Senatdan ibarətdir. Deputatlar Palatası 630, Senat isə 315 üzvdən ibarətdir. Ümumilikdə, qanunvericilərin sayı 930 nəfər təşkil edir.
Fransa – Bu ölkənin parlamenti 2 palatadan ibarət 925 qanunvericidən təşkil olunub. Fransa parlamentinin alt palatası Milli Məclis, üst palatası isə Senat sayılır. Alt palatada 577 deputat, üst palatada isə 348 senator var.
Hindistan – Bu ölkədə ali federativ qanunverici orqan ölkə prezidenti və Sansad adlanan 2 palatalı parlamentdən ibarətdir. Alt palata Lok Sabha adlanır və 545 deputatdan ibarətdir, üst palata isə 245 deputatdan təşkil olunub və Racya Sabha adlanır. Ümumilikdə, Hindistanda 790 deputat var.
Yaponiya – Gündoğar ölkənin parlamenti Nümayəndələr Palatası (alt) və Məşvərətçilər Palatasından (üst) ibarətdir. Nümayəndələr Palatasında 475, Məşvərətçilər Palatasında isə 242 deputat var. 717 qanunverici hakimiyyətin ikinci qolu funksiyasını icra edir.
Şimali Koreya - Xalq Məclisi bu ölkənin ali qanunverici orqanı kimi fəaliyyət göstərir. Xalq Məclisinin 687 deputatı var və hər 5 ildən bir yenilənir.
Rusiya – Şimal qonşumuzun parlamenti Federasiya Şurası və Dövlət Dumasından ibarətdir. Qanunverici strukturun 620 üzvü var ki, onlardan 170-i Federasiya Şurası, 450-si isə Dövlət Dumasının üzvüdür.
İndoneziya – Xalq Məşvərət Konqresi adlanan parlament iki palatadan – Xalq Nümayəndələr Şurası və Xalq Bölgə Nümayəndələrindən ibarətdir. Ümumilikdə hər iki palatada 620 deputat var.
Braziliya – Milli Konqres adlanan qanunverici orqan üst Federal Senatdan (81 yer) və Deputatlar Palatasından (513) ibarətdir. Ümumilikdə, Braziliyanın qanunverici orqanı 614 deputatdan ibarətdir.
Türkiyə - Böyük Millət Məclisi adlı tək palatalı ölkə parlamentində 550 deputat kürsüsü var.
ABŞ – Bu ölkədə qanunverici orqan iki palatalı Konqresdən təşkil olunub. Konqresin üst palatası Senat, alt palatası isə Nümayəndələr Palatasından ibarətdir. Senat 100, Nümayəndələr Palatası isə 435 konqresmendən təşkil olunub.(modern)