Redaktor seçimi
Saleh Məmmədovun “ərköyün” kadrları...-
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
Günün xəbəri

“ATEF Şirkətlər Qrupu” cərimələndi

“ATEF Şirkətlər Qrupu” cərimələndi

 

 

Maliyyə Bazarlarına Nəzarət Palatası ATEF Şirkətlər Qrupu Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) cərimələtdirib

 

Yenixeber.org: Buna səbəb MMC-nin valyuta tənzimi qaydalarını pozması göstərilib.

Palata şirkətin cərimələnməsi barədə Suraxanı Rayon Məhkəməsinə müraciət edib. Məhkəmənin qərarı ilə MMC İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması, Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilinib. Nəticədə şirkətlər qrupu inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin (66000 Avro x 20%=13.200 Avro x 2,0116=26.553,12) 20 faizi həcmində - 26 min 553 manatlıq cərimə edilib.

Qeyd edək ki, ATEF Şirkətlər Qrupu MMC yağ transformatorları, gәrginlik transformatorları, komplekt transformator yarımstansiyaları, stabilizatorlar vә s. mәhsullar istehsal edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam