Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Böyük dövlətlərin siyasi oyunlarının ortasında qalan Myanma və genosidə uğrayan rohincalar

 

Bu problem dünya birliyini ikiyə bölərək, əsas oyunçuların münaqişə ilə bağlı əks mövqelərdə durmasına səbəb olub

                                                                                                                                                                                                                                        Картинки по запросу pakistan myanmar genocide

Yenixeber.org:Myanmada müsəlman rohincalar və hökumət qüvvələri arasında baş verən münaqişə dünya gündəmini bir müddətdir ki zəbt edib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, hökumət güclərinin zorakılığı ucbatından minlərlə sakin doğma yurdlarını tərk etməli olublar. BMT-nin Myanmada insan hüquqları üzrə xüsusi məruzəçisi Yanq Linin məlumatlarına əsasən münaqişə şiddətləndiyindən bu yana min nəfərdən çox insan həlak olub. Bu hökumətin verdiyi rəqəmlərdən iki dəfə çoxdur. BMT-nn məlumatlarına görə, 270 min rohinca qonşu Banqladeşə pənah aparmalı olub.

Myanmada baş verənlər barədə bir çox ekspertlər müxtəlif mövqe tutmalarına rəğmən bəzi ölkələr birmənalı olaraq Myanma hökumətini müsəlman əhaliyə qarşı genosid siyasəti həyata keçirməkdə ittiham edirlər.

Ən sərt mövqe Pakistan tərəfindən sərgilənib. Rohincaların axın etdiyi Banqladeşlə həmsərhəd olan bu dövlətin rəhbərliyi Myanma hökumətinə təzyiqlər göstərməyə çağırır. Pakistan Myanmadakı hadisələrlə bağlı “genosid” sözünü işlədən ölkələrdən biridir.

Pakistanla bərabər Mayanma hökumətinə qarşı qəti mövqe nümayiş etdirən ölkə Türkiyə sayılır. Prezident Rəcəp Tayyip Ərdoğan da baş verənləri “soyqırım” adlandırmaqdan çəkinmir.

Картинки по запросу erdogan myanmar genocide

Avropa dövlətlərindən isə Böyük Britaniya mətbuatının rohincaların əzabını daha çox gündəmə gətirdiyini söyləmək olar.

Lakin eyni sözləri dünya demokratiyasının “qoruyucusu” olan ABŞ, daha doğrusu onun hazırkı prezidenti Donald Tramp haqqında söyləmək olmur. ABŞ Senatının bir sıra üzvləri tərəfindən gələn çağırışlara rəğmən deyəsən olub-bitənlər Ağ Evin rəhbərinin vecinə də deyil.

ABŞ-ın tanınmış siyasi xəbər saytlarından politico.com-un yazdığına əsasən D. Tramp nə ABŞ daxilində, nə də xaricdə heç vaxt müsəlmanlara qarşı zorakılığı qınamaqda o qədər də həvəsli olmayıb.

Картинки по запросу trump myanmar

Trampın yerinə isə ABŞ Dövlət Departamenti dilə gəlməli olub. Departamentin rəsmi nümayəndəsi Hizer Noyert Birləşmiş Ştatların həm müsəlman kəndlərinin yandırılmasını, həm də hökumət əleyhinə silahlı qüvvələrin hərəkətlərini pislədiyini bəyan edib.

D. Trampın siyasətini müdafiə edən nadir media təmsilçilərindən FOX tv-nin aparıcısı Stefen Miller Myanmada baş verənləri Obama administrasiyasının və keçmiş dövlət katibi Hillari Klintonun mirası adlandırıb.

Millerin bildiridiyinə görə məhz Obama müxalifət lideri Aun San Su Çjinin buraxılmasına və ölkədə ilk dəfə demokratik seçkilərin keçirilməsinə nail olaraq Myanmada siyasi vəziyyəti dəyişdirib.

Картинки по запросу Aun San Su Çji obama

Çinə gəlincə...

Myanma Çinin Hind okeanına açılan qapısı sayılır. Bundan başqa ölkə Çinə gətirilən enerji daşıyıcıları üçn tranzit rol oynamaqla bərabər həm də zəngin yeraltı sərvətlərə malikdir.

Картинки по запросу china myanmar

Ekspertlərin rəyinə görə, Vaşinqton Çini potensial müttəfiqlərindən ayırmaq və onu qaynaqlardan məhrum etmək ayırmaq məqsədini güdür. Bu planda Myanma Cənubi-Şərqi Asiyada böyük geopoltik savaşın meydanına çevrilib.

Və Rusiya...

Moskva Myanma ilə bağlı mövqeyində olduqca ehtiyatlıdır. Putin ümumi sözlərlə hökuməti nəzarəti ələ almağa çağırıb və zorakılığın əleyhinə olduğunu bəyan edib.

Картинки по запросу russia myanmar kadyrov

Ekspertlətin rəyinə görə, Rusiya Myanma məsələsində Çinlə çiyin-çiyinədir. Lakin Rusiyada Çindən fərqli olaraq müsəlman icmasının daxili siyasi situasiyaya böyük təsiri var. Hətta Putinin çox güvəndiyi Çeçenistan lideri Ramzan Kadırov yüzminlərlə insanın iştirakı ilə keçirilən mitinqdə mərkəzi hökumətin mövqeyi ilə razılaşmadığını açıqca bəyan edib.

Rusiyalı ekspertlərin fikrincə əgər Kreml müsəlman rohincaların tərəfini tutsa bu radikal dini qrupların güclənməsinə, hökumətin mövqeyini müdafiə etsə isə öz ölkəsindəki müsəlman əhalinin ondan üz döndərməsinə gətirib çıxara bilər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam