Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Səfirin öldürülməsi və “ümumi düşmən”... -«The New York Times» yazır

Sosial media Türkiyədə Rusiya səfirinin qətlini I Dünya Müharibəsinin başlamasıyla nəticələnən hadisəyə – Avstriya hersoqu Franz Ferdinandın öldürülməsinə bənzədir.“Səfirin ölümü bütün dünyaya həyəcan təbili çaldı, nəticələrin necə olacağı barədə suallar yaratdı”. 

Xeberinfo.com:    «The New York Times»ın Ankaradakı qətl haqda məqaləsi bu sözlərlə başlayır.

Qəzet yazır ki, səfiri güllələyən oğlanın “Hələbi unutmayın. Suriyanı unutmayın”, - deyə qışqırması onun qiyamçıları bombalamaqda hökumətə yardımçı olan Rusiyadan heyf çıxdığına işarə edə bilər. Amma ortaya başqa suallar çıxır: Bu qətl Türkiyə, Rusiya və ABŞ üçün nə deməkdir? Bu hadisə Rusiyayla Türkiyə arasında münaqişəyə səbəb ola bilərmi?

Qəzet sonuncu sualının cavabını rəsmilərin verdiyini qeyd edir. Qətldən sonra danışanların hamısı – türklər də, ruslar da barmaqlarını bir-birinə deyil, ümumi düşmənə tərəf uzadır, eyni sözləri – münasibətlərə xələl gətirmək istəyən düşməni birgə axtarıb tapacaqlarını söyləyirlər.

Səbəb bütün hallarda Suriyadır. Rusiyayla Türkiyə son vaxtlar Suriya məsələsində bir araya gəlib strategiyalarını birləşdiriblər, çünki bu, onların ikisinə də sərf edir. Hərbi maraqlarını təmin etməkdən ötrü Türkiyənin Rusiyaya ehtiyacı var. Rusiyaya isə Türkiyə Suriyada qələbə qazanmağa lazımdır. Yəni hərənin öz səbəbi va Bunu Atlantik Şurada Türkiyə üzrə ekspert Aaron Stein deyir.

The New York Times yazır ki, səfirin qətli hər iki ölkənin Suriyadakı dayaqlarına zərbə vura, aradakı gərginliyi qaytara bilər, tərəflər də elə bunun qarşısını almaqdan ötrü birgə fəaliyyət göstərirlər.

Yenə də Suriya. Müəllif Rusiyayla Türkiyənin Suriyada əvvəllər, elə indi də fərqli mövqeləri müdafiə etdiklərini qeyd edir: Rusiya Bəşər Əsədin müttəfiqidir, Türkiyə isə ona qarşıdır.Ötən il Suriyanı bombalayan rus təyyarələrindən birini türklərin vurması iki ölkə arasında dərin böhran yaratdı. Müəllif yazır ki, səfir o zaman qətlə yetirilsəydi, münaqişə bir az da genişlənər, müharibə təhlükəsi real olardı.

“The New York Time”» yazır ki, Türkiyənin Suriya strategiyasını dəyişən kürd separatçıları oldu. Suriya kürdlərinin Türkiyə sərhədləri yaxınlığında böyük ərazilərə yiyələnməsini önləməyə çalışan Türkiyə sükanı Rusiyaya tərəf çevirməli oldu. Çünki Rusiyanın müharibəyə qoşulması Türkiyənin strategiyasının uğurlu olmayacağından xəbər verirdi. Rusiya da qiyamçılara üstün gəlməkdən ötrü onlara yardım edən Türkiyəylə düşmənçilikdənsə, dostluğun daha sərfəli olduğunu anladı.

Beləliklə, Rusiyayla Türkiyənin qeyri-rəsmi anlaşma əldə etdiyini güman etmək olar: Türkiyə qiyamçılara yardımını dayandırır, Rusiya isə kürd separatçılarına. Üstəlik, Rusiya Türkiyənin sərhədləri yaxınlığındakı Suriya torpaqlarına müdaxiləsinə, kürdlərin, “İslam “ yaraqlılarının əlindəki əraziləri tutmasına imkan verir. Ekspert A.Stein bunu «əl-Bab əvəzinə Hələb» sövdələşməsi adlandırır.

“The New York Times” yazır ki, siyasətin dəyişəcəyi barədə nə isə deməyə, hələlik, əsas yoxdur. Əksinə, səfirin öldürülməsinin Rusiya-Türkiyə müttəfiqliyini bərkidəcəyini söyləmək olar.

“Bu hadisədə ən çox itirən Vaşinqton olacaq, məntiqsizdir, amma belədir”, - Türkiyə üzrə ekspert A.Stein belə deyir. Onun fikrincə, Ərdoğan hökuməti bu qətldə də ABŞ-a sığınmış dini lider Fəthllah Güləni günahlandıraraq, yenə də onun ekstradisiyasını tələb edəcək. Türkiyədə populyar olmayan Birləşmiş Ştatların ekstradisiyadan imtinası isə yenə də Ərdoğan tərəfdarlarının artmasına səbəb olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam