BDU-nun Qazax filialının “mədəni” təsərrüfat müdiri
İxtisasca musiqiçi olan İlqar Nəbiyev eyni zamanda həm Qazaxın mədəniyyət evinin ştatlı işçisidir, həm də bölgənin “bahalı” toylarında gitara ifaçısı kimi iştirak edir
Xeberinfo.com: Bu gün fəaliyyəti barədə, daha də
Xeberinfo.com: Bu gün fəaliyyəti barədə, daha də
qiq desək, bu fəaliyyətdə əməkdaşlarından birinin rolu barədə söhbət açmaq istədiyimiz ali təhsil müəssisəsi Bakı Dövlət Universitetinin (BDU) Qazax filialıdır. Dərhal qeyd edək ki, Qazaxın özündə sakinlərin böyük əksəriyyəti bu təhsil müəssisəsini hələ də “Müəllimlər institutu” adlandırır. Məsələ bundadır ki, Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Qazax filialı 2000-ci ildə, Gəncə Dövlət Pedaqoji İnstitutunun Qazax filialının bazasında yaradılmışdı. Qazax filialı 2000-2001-ci tədris ilində öz fəaliyyətinə çoxpilləli ali təhsil sisteminin bakalavr dərəcəsində "İbtidai təhsilin pedaqogikası və metodikası", "Məktəbəqədər təhsilin pedaqogikası və metodikası", "Tarix və hüquq" ixtisasları üzrə ali pedaqoji təhsilli mütəxəssislərin hazırlanması, pedaqoji kadrların ixtisasının artırılması, təkmilləşdirilməsi və yenidənhazırlanması işini həyata keçirməklə və 38 nəfər tələbə qəbulu ilə başlamışdı. Daha sonra, 2015-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması nəticəsində, sözügedən filial da Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialına çevrilmişdi. Nəhayət bu ilin aprel ayında Prezident İlham Əliyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax və Zaqatala filialları barədə sərəncam imzaladı. Sənəd regionların sosial-iqtisadi inkişafı üçün yüksək ixtisaslı kadrlara tələbatı təmin etmək, bölgələrdə yaşayan gənclərin seçdikləri ixtisaslar üzrə keyfiyyətli ali təhsilə çıxış imkanlarını genişləndirmək, eləcə də ali təhsil müəssisələrinin mövcud maddi-texniki və kadr potensialından istifadənin səmərəliliyini artırmaq məqsədilə imzalanıb. Sərəncamla 2016-cı il iyul ayının 1-dən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialı Bakı Dövlət Universitetinin Qazax filialı, Zaqatala filialı isə Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı hesab edilib.
Artıq bu ilin iyul ayında universitetin Qazax filialının tələbə və müəllim kollektivi ilə görüş keçirmiş BDU-nun rektoru Abel Məhərrəmov isə, mətbuata verdiyi açıqlamasında bunları deyib: “Biz çalışacağıq ki, Bakı Dövlət Universitetinin Qazax filialı nəinki bölgədə, qlobal düşüncədə, qlobal müstəvidə tanınmış ali təhsil ocağı olsun. Filalın univeristet səviyyəsinə qalxması üçün əlimizdən gələni edəciyik. Həm maddi texniki bazanın, həm də infrasturkturanın qurulması istiqamətində tədbirlər həyata keçirilib. Həmçinin kadr hazırlığında BDU-nun mütəxəsislərindən istifadə olunması nəzərdə tutulub”.
Amma ola bilsin ki, BDU-nun rektoru həqiqətən də bütün bu deyilənlərin reallaşması üçün görülməsi zəruri olan tədbirlərdən bəzilərini unudub. Bu barədə redaksiyamıza bu yaxınlarda daxil olan açıqlamalarda bildirilir. Məlumatda deyilir: “Bu gün müəyyən kadr islahatları keçirilmədən BDU-nun Qazax filialında heç bir inkişafdan, irəliləyişdən söhbət belə etməyinə dəyməz. Hələ iyul ayında filialın müəllim və tələbə kollektivi ilə görüşmüş BDU-nun rektoru Abel Məhərrəmov da bu filialın universitet səviyyəsinə yüksəldilməsi planlarından danışarkən bu amili nəzərə almamışdı. Nə qədər ki, Qazax filialında təsərrüfat müdiri İlqar Nəbiyev kimi kadrlar at oynadlrlar, burada deyil universitet, heç orta məktəb səviyyəsindən də danışmaq olmaz. İxtisasca musiqiçi olan İlqar Nəbiyev heç bir ali təhsili, ümumiyyətlə savadı olmadan, az qala prorektor statuslu vəzifəni tutub. Eyni zamanda da, bu şəxs Qazaxın mədəniyyət evinin də ştatlı işçisidir. Həm də bölgənin “bahalı” toylarında gitara ifası ilə iştirak edir. Qazax filialının keçmiş direktoru Afaq xanımın təşəbbüsü ilə hazırda tutduğu vəzifəyə gələn İlqar Nəbiyev, o vaxtlar işə gəlib-getmək üçün hətta avtobusa verməyə belə pul tapmırdı. Bu gün isə, təsərrüfat müdirinin sahib olduğu mülklərin siyahısında bir neçə mənzil və şəxsi ev yer alıb. Məsələn, İlqar Nəbiyevin bir mənzili Xalça sexinin yerləşdiyi binadadır. Beş mərtəbəli binanın ikinci mərtəbəsində yerləşən bu 4 otaqlı mənzilin altında, yəni
birinci mərtəbədə və zirzəmidə fəaliyyət göstərən iaşə obyektləri də İlqar Nəbiyevə məxsusdur. Bu məmura məxsus daha bir mənzil Qazaxda “gözdən əlillərin binası” kimi tanınan binadadır. Beş otqadan ibarət olan bu mənzili tam təmir edən təsərrüfat müdiri, buranı “Akkord” şirkətinin xarici əməkdaşlarına, bir ayı 500 manata kirayə verib. İlqar Nəbiyevin daha bir 5 otaqlı mənizli də poçt şöbəsilə üzbəüzdə, “həkimlərin binası”nda yerləşir. Nəhayət bu yaxınlarda təsərrüfat müdiri “yeni məhəllə” deyilən ərazidə özünə iki mərtəbəli dəbdəbəli xüsusi bir ev də tikdirərək, buranı da həmçinin kirayə verib. Qeyd edim ki, BDU-nun Qazax filialının indiki direktoru Büsat müəllim, bu vəzifəyə yeni gəldiyi vaxt İlqar Nəbiyevi işdən çıxarmağa hazırlaşırdı. Lakin son anda təsərrüfat müdiri yeni direktorla “anlaşa” bildi. Deyilənə görə, İlqar Nəbiyevin Əhməd Vəliyevə gedib çıxan qohumluq əlaqələri də, bu “anlaşma”nın əldə olunmasında müəyyən rol oynayıb...”(Bizimdovr.az)
Deyilənlərə qarşı tərəfin də münasibətini işıqlandıra bilərik.