Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Əli Abbasova qarşı niyə ayrıca cinayət işi açıldı?

 

Əli Abbasova qarşı niyə ayrıca cinayət işi açıldı?

 

Xeberinfo.com:   Ötən gün sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov və nazirliklə əməkdaşlıq edən bir neçə şirkətin nümayəndələri barəsində ayrıca cinayət işi başlanması barəsində mətbuatda məlumat getmişdi. Qeyd edək ki ötən il Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən RYTN sistemində həyata keçirilmiş yoxlamalar nəticəsində nazirliyin bir sıra əməkdaşları həbs olunmuşdu. Sabiq rabitə və yüksək texnologiyalar naziri Ə.Abbasovun adı həmin cinayət işində keçsə də, onun barəsində həbs qətimkan tədbiri seçilməmişdi

Məsələ ilə bağlı Qaynarinfo.Az-a danışan Milli Təhlükəsizlik Nazirliyinin keçmiş əməkdaşı İlham İsmayıl bildirib ki, Eldar mahmudovun və Əli Abbasovun hələ də həbs olunmamaqlarının gizli səbəbləri var:

"Bu məsələlər hüquqi müstəviyə keçsəydi Əli Abbasova çoxdan cinayət işi qaldırılmışdı:"Demək oalr ki, eks nazirin ətrafında olan məsuliyyətli şəxslərin hamsına cinayət işi qaldırılıb. İndi də prosess davam edir. Burada da mövzu korrupisiya və.s işlərdir. Amma məsələnin Eldar mahmudovdan qaynaqlandığı bəllidir. Ona görə də Eldar mahmudovun və Əli Abbasovun həbs olunmamaqlarının gizli səbəbləri var. Biz bu səbəblərin nədən ibarət olduğunu bilmirik. Hər halda araşdırma getmir". 

Ekspert bildirib ki, ortada hansısa pulların geri qaytarılması prossesi var və əlavə olaraq bilmədiyimiz məsələlər:"Ona görə bu məsələdə konkret olaraq hər hansı bir proqnoz vermək falçılıq kimi görsənər. Hər halda içəridə ittiham edənlərlə, ittiham olunanlar arasında razborka gedir. Bu məsələlər aydın olanda bilərik ki, kimi nə üçün tuturlar və ya niyə tutmurlar? Buna görə də indi açıq şəkildə izah vermək olmur ki, niyə Əli Abbasova cinayət işi qaldırırlar amma Eldar Mahmudov həbs olunmur?. Bunların hamısı böyük sullar altındadır".

Xatırladaq ki, sabiq nazir Əli Abbasovun barəsində olan cinayət işi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq yüksək rütbəli əməkdaşları barədə başlanmış cinayət işindən ayrılıb və ayrıca icraata verilib. Ə.Abbasov və digərləri Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 29, 179.3.1-ci (mənimsəmə və ya israf etməyə cəhd, mütəşəkkil dəstə tərəfindən törətməyə cəhd), 29, 179.3.2-ci (mənimsəmə və ya israf etməyə cəhd, külli miqdarda törətməyə cəhd), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilirlər.

Həmçinin qeyd edək ki, sabiq nazir mətbuata açıqlama verərək barəsində cinayət işi başlanmadığını, yayılan xəbərlərin dezinformasiya olduğun deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam