Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Əli Abbasovun qaynı həbs edilə bilər - "MTN işi"

Əli Abbasovun qaynı həbs edilə bilər

 

Eks-nazir Əli Abbasovun qohumu Elçin İbrahimovun dəmirbarmaqlıqlar arasına göndəriləcəyi gözlənilir. 

Xeberinfo.com:   Bu barədə Politika.Az-a istintaqa yaxın mənbələrdən məlumat daxil olub. 


Keçmiş nazirin qaynı RYTN xətti ilə aparılan 250 milyon manatlıq tikinti işlərini gerçəkləşdirib. E.İbrahimovun sədri olduğu “Qafqaz-S” inşaat məhdud məsuliyyətli cəmiyyətinin tikintiləri gerçəkləşdirərkən külli miqdarda vəsaitlərin mənimsənilməsinə əsaslı şübhələr olduğu üçün sorğu-sual olunub. 

Əli Abbasovun qohumlarının, oğlunun və digər yaxınlarının da tikinti şirkətləri də var. Həmin şirkətlərə RYTN-yi xətti ilə tikinti aparmaq üçün külli miqdarda büdcə pulları köçürülüb. Belə şübhələr var ki, həmin vəsaitlərin də böyük hissəsi mənimsənilib. 

Keçmiş nazirin ətrafının təmizlənməsi prosesi başlana bilər. Necə ki MTN şefi Eldar Mahmudovdan savayı çevrəsindəki bütün şəbəkə üzvləri həbs edildi, analoji qərarların Ə.Abbasovla bağlı veriləcəyi də istisna edilmir. 

Yada salaq ki, məhkəmə qarşısına nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, Emin Məmmədov və digər şəxslər çıxarılacaqlar. Onlar külli miqdarda büdcə vəsaitinin mənimsənilməsi ittihamı ilə üz-üzə qalıblar.

Maraqlıdır ki, ötən il noyabrın 13-də prezident İlham Əliyevin sərəncamı ilə işdən qovulan rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov uzun müddət istintaqdan kənar qala bilib. Onun barəsində cinayət işi bu ilin oktyabrında başlanıb. Sabiq nazirlə bərabər nazirliklə əməkdaşlıq edən bir neçə şirkətin nümayəndələri barəsində ayrıca istintaq olunur. 

Ə.Abbasov və digərləri Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 29, 179.3.1-ci (mənimsəmə və ya israf etməyə cəhd, mütəşəkkil dəstə tərəfindən törətməyə cəhd), 29, 179.3.2-ci (mənimsəmə və ya israf etməyə cəhd, külli miqdarda törətməyə cəhd), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilirlər. Özü isə bu faktı təkzib edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam