Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Qərb dünyası keçmiş səhvlərdən dərs çıxarmalıdır

 Qərb dünyası keçmiş səhvlərdən dərs çıxarmalıdır

 

Xeberinfo.com:  2001-ci ilin 11 sentyabrında Amerikanın Nyu-York və Manhetten əyalətlərində baş verən hücumlardan sonra amerikalılar İslam dininə qorxu ilə baxmağa başladılar. Əlbəttə, bu insanların bir çoxu İslam dininin kitabı Qurani-kərimlə tanış deyildilər. Bu çətin dövrdə bəzi Qərbi Avropa ölkələrində müsəlmanlar təcrid edildilər. 11 sentyabr hücumları "baş verən ən qanlı terror hadisəsi" kimi tarixə keçdi və dünyanın bir çox yerində təşkil olunan başqa hücumlara da təkan verdi. Bunların içində ən şiddətli olanları 2003-cü ildə İstanbulda, 2004-cü ildə Madriddə və 2005-ci ildə Londonda baş verən bombalı terror hadisələri idi.

 

11 sentyabr hücumlarından sonra Corc Buş "terrorla mübarizə" anlayışını gündəminə aldı. Bu "gündəm"ə görə də Əfqanıstan və İraq ABŞ tərəfindən işğal edildi. Buş hökuməti gələcək mümkün terror hücumlarının qarşısını almaq məqsədi ilə geniş miqyaslı sərəncamlar verdi. Bu gün bir çox ekspert və siyasətçi 2001-ci illə müqayisədə çox daha təhlükəli bir dünyada yaşadığımızı açıqlayaraq 11 sentyabr dövründəki siyasətləri tənqid edir.

 

Nəşr olunan 2015-ci il Qlobal Terrorizm İndeksinə görə, 2014-cü ildə terror səbəbindən həyatını itirənlərin sayı 80% artıb. Bu son 15 ilin ən yüksək artımıdır. 2000-ci ildə terrordan həlak olanların sayı 3.329 nəfər olduğu halda, 2014-cü ildə bu rəqəm 9 dəfə artaraq 32.685-ə çatıb.

 

İnsanlar 11 sentyabr hücumlarının yaratdığı travma nəticəsində insan hüquq və azadlıqlarını məhdudlaşdıraraq özəl həyatı kabusa çevirən qanunlarla qarşı-qarşıya qaldılar. Bunlar - Daxili Təhlükəsizlik Qanunu, Vətəndaşlıq Qanunu, Azadlıq Qanunu və daha bir çox başqa qanun idi. Bütün bu proseslərin fonunda bir çox insan, xüsusilə, müsəlmanlar oyuna gəldiklərini hiss etdilər və hələ də bu şəkildə hiss edirlər.

 

2004-cü ildə ortaya çıxan Əbu-Qərib həbsxanasının fotoları dünya miqyasında böyük əks-səda doğurdu. Əl-Qaidə terror təşkilatı ilə əlaqələri olduğu düşünülən on minlərlə müsəlman bu həbsxanada sorğu-sual olundu və işgəncəyə məruz qaldı. Ancaq bu gün Əl-Qaidə demək olar ki, aradan götürülmüş kimi görünsə də, terror sona çatmayıb, fərqli adlarla yeni terrorçu qruplar ön plana çıxmağa davam edir.

 

"Terrorla mübarizə" adı altında günahsız müsəlmanlar qara siyahıya alındı. Terrorist İzləmə Mərkəzinin direktoru Christopher Phiehotanın ABŞ-ın Daxili Təhlükəsizlik Komitəsinə verdiyi məlumata görə, 2014-cü ildə terrorist siyahısında təxminən 800 min insan şübhəli şəxs kimi təsnifləşdirilib. Müsəlmanların ABŞ-a girişləri daha da çətinləşdirilib. Ölkəyə girənlər və çıxanlar «uçuşa qadağalılar» kimi siyahılarla izlənilməyə başlanıb. ABŞ yeni qanun çıxararaq son üç il ərzində İraq, Suriya və Sudana gedənlərə Amerika ərazisinə daxil olmaq üçün viza verilməyəcəyini bildirib.

 

Bu tətbiqlərdən əlavə, ABŞ insanların səyahət etmə haqqını və ifadə azadlığını da məhdudlaşdırır. ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) qara siyahılar tərtib edir və heç bir ayrı-seçkilik etmədən pilotsuz uçan aparatlardan istifadə edərək rahatlıqla insanları öldürür. Bu cür siyasət əlbəttə ki, əks reaksiyanı da özü ilə gətirir. Nəticə olaraq terror aktları dayanmaq yerinə getdikcə artıb, Amerika əleyhdarlığı da həddindən artıq çoxalıb.

 

Dəqiq olan bir şey var ki, illərdir tətbiq olunan bu siyasətlər Qərb cəmiyyətlərində İslam dininə qarşı olan qorxunu atmağa kifayət etmədi. Həmçinin adlarına və dinlərinə görə terrorist münasibəti görən insanların qəzəbini də aradan qaldıra bilmədi. Məhz bu qorxu ucbatından Amerikanın prezidentliyə namizədlərindən birinin daim İslam əleyhdarlığını dilə gətirdiyini və ya sırf müsəlman olduqları üçün ölkələrinə miqrant qəbul etmək istəməyən bəzi Avropa İttifaqı ölkələrini görürük. Əxlaqa zidd olan bu davranışlar problemləri həll etmək bir yana qalsın, daha da pis nəticələrə səbəb olur.

 

Qərb dünya üzərindəki ən böyük təhdidlərdən birinin radikalizm olduğunu, İslam dininin heç bir şəkildə təhdid olmadığının fərqinə varmalıdır. Quranda Allah bir insanı öldürməyin bütün bəşəriyyəti öldürməkdən fərqlənmədiyini bildirmişdir. Qurana bağlı olan səmimi müsəlman Allah tərəfindən haram buyurulmuş belə bir əməli heç vaxt etməz. İslam dini cahil insanların öhdəsinə buraxılmamalıdır. Bu cahil insanlar radikallara çevrilərək İslam adı altında insan öldürməyə, bombalı hücumlar təşkil etməyə və cəmiyyətin dincliyini pozmağa yönəlirlər. Öz nifrətlərini müdafiə etmək üçün Qurandan qəsdən istifadə edirlər. Halbuki Allah Quranda müsəlmanlara adam öldürənləri belə bağışlamaq lazım olduğunu məsləhət görür. Bu cür ağır cinayət qarşısında belə mərhəmət göstərilməsi nəsihət edilir. Məhz bu öyüd səmimi, əsl müsəlmanın belə bir vəziyyət qarşısında necə davranmalı olduğunu bizə göstərir.

 

Qərb ölkələri keçmişdəki səhvlərindən dərs götürməli və günahsız insanların həyatlarını təhlükəyə atan bu kimi yanlış mövqelərinə son qoymalıdırlar. Quran əxlaqına söykənən həqiqi İslam dininə özünü həsr etmiş ölkə liderləri intellektual mənada əməkdaşlıq etməli və dünyanı ağılla idarə etməlidirlər. Radikalizm yüzlərlə ildir davam edən uydurulmuş dinə əsaslanır. Bu səbəbdən İslam dünyası istər daxili, istərsə də xarici müdaxilələr vasitəsilə fanatik burulğanın içində saxlanılır.

 

Müharibə və zorakılıq terrora son qoymaq üçün həll yolu deyil. İslam dünyasına atılan hər bomba Qərbə daha çox nifrət və radikalizm yüklənmiş olaraq qayıdacaq. Terrorla mübarizə son on beş ildir ki, daha çox əzab çəkilməsinə və daha çox qanın axmasına səbəb olub. Artıq terrorun ideologiyasını dərk edərək buna qarşı şüurlu və fəal maarifləndirmə ilə mübarizə aparmaq lazımdır.

 

2015-ci ilin sonunda Harvard Universiteti Kennedi İdarəçilik Məktəbi tərəfindən aparılan bir araşdırmaya görə, Əfqanıstan və İraqda həyata keçirilən hərbi əməliyyatların xərcinin faiz və müharibə veteranlarının gələcəkdəki xərcləri də daxil edilərək hesablandıqda 6 trilyon dollara çatdığı ortaya çıxmışdır. Halbuki hərbi gücə qoyulan bu investisiya insanlara həqiqətləri öyrətmək üçün maarifləndirmə proqramlarına sərf olunsa, terror bəlasından xilas olmaq çox daha asan olar. Eyni şəkildə Qərb ölkələri müsəlmanlara qarşı təcridetmə siyasətinə dərhal son verməli, müsəlmanlara sevgi və şəfqət göstərməlidirlər . Bu cür müsbət mövqe onların cəmiyyət içində təcrid edilmiş olduqları bənzər hissləri də aradan qaldıracaq. Gənc nəsillərə qarşı həyata keçiriləcək antiterror maarifləndirmə proqramları heç şübhəsiz, sülhsevər və imanlı yeni nəslin yetişməsinə səbəb olacaq. Bu yeni dövrdə Qərb müsəlmanların dəstəyini almalı, terrorla mübarizə gündəliyinə qarşı bir çox birgə əməkdaşlıq modeli inkişaf etdirməlidirlər. Terror və radikalizmin ancaq Quran əxlaqına söykənən həqiqi İslam dini sayəsində aradan qaldırıla biləcəyi unudulmamalıdır.

Qərb dünyası keçmiş səhvlərdən dərs çıxarmalıdır

Adnan Oktar

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam