Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Narkotik daşıyanlara hökm oxundu

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələri yaymaqda təqsirli bilinən Esmira Qocayeva, Tahir Qocayev və Vaqif Ağayevin məhkəməsi başa çatıb.
"Xeberinfo.com": Məlumata görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Esmira Qocayeva 6 il, Tahir Qocayev 10 il, Vaqif Ağayev 6 il müddətinə azadlıqdan məhrum ediliblər.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham ediliblər.
Təqsirləndirilən şəxslər Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsi üzrə regional əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində həbs ediliblər.
Müəyyən edilib ki, Esmira Qocayeva İrandan gətirilən narkotik vasitəni Bakı şəhərində saxlayıb və daha sonra Gəncə şəhərinə aparıb. Qadın narkotik vasitəni Gəncədən Gürcüstana göndərmək istəyərkən həbs olunub.
Qeyd edək ki, Esmira Qocayevanın ailə üzvləri də narkotik vasitə alqı-satqısı ilə məşğul olub. Narkotik vasitələrin qanunsuz alqı-satqısına görə onun həyat yoldaşı 12 il, oğlu isə 6 il həbs cəzası alıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam