Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Qobustanda meşə massivini amansızlıqla məhv edən kimdir? - FOTOLAR

 

 

Xeberinfo.com:  Qobustan rayonunun Cəyirli kənd sakinlərinin bir qrupu Avropa.info-ya müraciət edib.

Sakinlər müraciətində Bakı-Şamaxı avtomagistralının 102 – 103-cü kilometrliyində, yolun kənarında yerləşən, Qobustan rayonu, Cəyirli kəndinin ərazisinə daxil olan, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan meşə massivi qəddarcasına məhv edilməsindən şikayət edirlər. 
Sakinlər qeyd edir ki, qırılmış meşənin yerində yeni restoran tikintisinə başlanılıb.

Sakinlərin müraciətini olduğu kimi dərc edir və mövzu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mövqeyini də gözləyirik:

"Həmin ərazidəki meşə örtüyü - Şamaxı şəhəri, M.Qəniyev küçəsi, ev 5-də qeydiyyatda olan və yaşayan, Bakı-Şamaxı avtomagistralının Qobustan rayonunun Ceyrankeçməz kəndi ərazisindən keçən hissəsində “İnsaf” adlı kafenin sahibi Xasiyev Durhüseyn Möhübbət oğlu tərəfindən yararsız hala salınıb.

Belə ki, Durhüseyn Xasiyev maddi imkanlarından və şəxsi nüfuzundan istifadə edərək Bakı-Şamaxı avtomagistralının 102 – 103-cü kilometrliyində, yolun kənarında təxminən 1000 metr məsafədə olan ağacları amansızcasına kəsdirərək orada yeni restoranının tikintisi məqsədilə şəxsi texnika və tikinti materialları gətirmişdir. Ağacların kəsilməsi əsasən gecə saatlarında həyata keçirilir. Eyni zamanda, mütəmadi olaraq 200 ədəd ağacın ətrafına silitra turşusu tökülərək onların məhv edilməsi üçün zəmin yaradılır. Durhüseyn Xasiyevin əsas məqsədi göstərilən ərazidə iri restoran və çoxsaylı koteclər tikərək əxlaqsızlıq yuvaları yaratmaq istəməsidir.

Rayon sakinləri tərəfindən, həmin ərazinin meşə massivinin qorunmasına cavabdeh olan AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Xırdalan Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinə dəfələrlə edilmiş müraciətlərə baxmayaraq, qətiyyən qanuni tədbir görülməmiş, əvəzində sakinlər incidilərək narazı salınmışdır. Həmçinin, varlı iş adamı olan Durhüseyn Xasiyev sakinləri etiraz etdiklərinə görə dəfələrlə təhqir etmiş, onların özlərinə və ailə üzvlərinə hədə-qorxu gəlmişdir. O, sakinlərlə söhbətləri zamanı yuxarı dairələrdən razılıq aldığını və kifayət qədər pul ödəyərək onları susdurduğunu vurğulamışdır.

Əlavə olaraq qeyd etmək istərdik ki, həmin ərazidə meşə massivi Heydər Əliyevin rəhbərliyi dövründə salınıb və buna külli miqdarda vəsait xərclənib.

Durhüseyn Xasiyev kimi bəzi amansız və qəddar iş adamları həmin strategiyaya qarşı çıxmaqla xalqın, dövlətin, o cümlədən gələcək nəsillərə ötürməli olduğumuz təbiətin qənimi kəsilmiş, özbaşınalıqla məşğul olublar".

Abasov Zakir Bahadur oğlu:
Sadıqov Daşqın Qaraxan oğlu:
Abduləliyev Mahmud Novruz oğlu:
Təhməzov Şahin Səbzalı oğlu:
Abduləzizov Soltanəli Tarverdi oğlu:
Aslanov Ayəddin İsrafil oğlu:
Bəhrəmov Vəlixan Əjdər oğlu:


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam