Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Gəncəlilər Aqrar Universitetdən üz çevirir?

 

 

“Onlar övladlarının gələcəyini İbrahim Cəfərova həvalə etməkdən qorxurlar”

 

Xeberinfo.com:  Azərbaycan Dövlət Aqrar Universitetində baş verən qanunsuzluqlar, təhsil ocağında rəsulçulara geniş meydan verilməklə yaradılan xaos, universitetin kollektivində formalaşn narazılıqlar, rektor İbrahim Cəfərovun yersiz istəklərinin güdazına getməkdə olan dövlət maraqları və ölkə mətbuatında şəhər rəhbərliyinə qarşı hesablanmış təbliğatın mahiyyəti barədə bəhs etmişik. Lakin təssüflər olsun ki, ölkəmizdə vaxtilə böyük nüfuza malik olmuş təhsil ocağında baş verənlərə aidiyyatı qurumlar hələlik susmaqla cavab verirlər. 

Yazılardan sonra universitet rəhbərliyinin qarşı tərəf olaraq sorğulardan yayınması, əvəzində bizi və qeyd olunan faktlara geniş yer verən informasiya agentlikləri və saytları müxtəlif vasitələrlə hədələməsi cəmiyyətdə birmənalı qarşılanmır. Bəzi mətbu orqanlara, universitetdə qazandığı kirli pullardan pay ayıraraq onları özünün təbliğat maşınına çevirməsi nə qədər gülünc addım olsa da reallıqdır və adını professor qoyan İbrahim Cəfərovun növbəti uğursuz gedişi kimi xarakterizə olunur. Hörmətli Professor unudur ki, bizi məhkəmələrlə hədələmək əslində özünün faktlarla üzləşməsindən qorxduğuna işarədir.

İbrahim Cəfərovun rəsulçularla bağlılığını iddia edən bizlər məhkəmə qarşısına faktsız, sübutsuz çıxmaq qədər qorxmaz deyilik. Ən azından onlarla məhkəmədə haqq-ədalətin bərpası üçün apardığım mübarizədə məğlub tərəf olmadığımı rektorun diqqətinə çatdırmaqla ona hədələri və yersiz təbliğatı kənara qoyub qanunlara sayğı ilə yanaşmağı tövsiyyə edərdik. Bəzi fitnəkarların məsləhəti və ya tapşırığı ilə mediada asıb-kəsməyi dilindən düşürməyən rektorun təhsil ocağında özbaşınalıqlara diqqət ayırması cəmiyyətimiz üçün daha sərfəli olardı. Bu mənada Gəncə sakinləri ilə apardığımız söhbətlər zamanı da baş verənlərin cəmiyyətdə laqeyd qarşılanmadığının şahidi olduq. Gəncə sakini Bəxtiyar Kərimov bizimlə söhbətində övladının növbəti il üçün Azərbaycan Aqrar Universitetində təhsil almasını arzuladığını lakin indi bundan imtina etdiyini dilə gətirdi: “Mən istəyirdim ki, oğlum Aqrar Universitetdə təhsil alsın. Lakin görürəm ki, universitetdə ancaq çaxnaşma və qarşıdurmalar var. Bəzi şəxslər bütün günü universitetdə o yazdı bu yazdı deyə müharibəyə çıxıblar. Ona görə burdan uzaq durmaq lazımdır”.

Digər Gəncə sakini Zaur Əliyev isə tamam fərqli fikirdədir. O, sosial şəbəkələrdə fəal olduğunu və Aqrar Universitetdə baş verənləri daim izlədiyini dilə gətirdi: “Mən sosial şəbəkələrdə mətbuatda gedən yazılara reaksiyanı hər gün oxuyuram. Maraqlısı odur ki, universitetin professorları belə tənqidə dözüm nümayış etdirib, nöqsanları aradan qaldırmaq əvəzinə təhqirlərə yol verir və bunu sosial şəbəkədə paylaşırlar. Mən də övladımı Aqrar Universitetin tələbəsi görmək istəyirdim. Lakin görürəm ki, sabah övladım hər hansı bir səhvinə görə belələri tərəfindən təhqir oluna bilər. Ona görə övladıma digər təhsil ocağını seçməyi məsləhət bildim” . Adının çəkilməyini istəməyən Gəncə sakini isə maraqlı faktlar açıqladı. Sən demə unversitetin rektoru İbrahim Cəfərovun özü də sosial şəbəkələrdə fəaldır. O, tələbələrindən tələb edir ki, universitetdə baş verən özbaşınalıqlara səhifələrində yer verən mətbu orqanlara ciddi reaksiya versinlər və onları hədələsinlər: “Mənim övladım universitetin tələbəsidir. Eyni zamanda sosial şəbəkələrin izləyicisidir. Bu yaxınlarda Aqrar Universitetdə baş verənlərlə bağlı mediada dərc olunan məqalələri izlədikdən sonra rektorun tələbləri ilə üzləşib. Belə ki, İbrahim müəllim və onun ətrafının təzyiqi ilə yazıları işıqlandıran mətbu orqanların hədəfə alınmasında iştirakını tələb ediblər. Hətta yazılara müsbət rəy yazmaq istəsədə mən övladımın gələcəyindən qorxduğum üçün bunu qadağan etmişəm.”

Daha bir Gəncə sakini Asəf Məmmədov keçmişdə dövlət işçisi olduğunu bildirməklə son zamanlar Aqrar Universitetlə bağlı baş verən olaylardan xəbərdar olduğunu söylədi. Asəf bəy universitetin bir çox müəllimləri ilə yaxşı münasibətdə olduğunu və onlarla söhbət zamanı yazılanlara müsbət yanaşdıqlarını qeyd etdi.

Onun fikrincə müəllim kollektivi haqsızlıqlara səsini çıxara bilmir: “Amma mənim fikrim belədir ki, bu qədər yalançı təbliğat qurmaqdansa gedib nöqsanları aradan qaldırsalar daha yaxşı olar. Professorun ətrafına yaxşı göz gəzdirməyi vacibdir. Yazırsınız ki, universitetdə Rəsul Quliyevin tərəfdarları çoxdur. Tam səmimi deyirəm ki, bu gün mətbuatda yalançı hay-küy qaldırıb İbrahim Cəfərovu güya müdafiə edənlər özlərinin keçmişini unutmasınalr. Axı onlar Rəsul Quliyevin yanında indiki hakimiyyəti hədəfə alanlardır. Tarixi dəyişmək olmur. Boş yerə özlərini yorub camatın gözü ilə gördüklərini necə dana bilərlər”.

Biz də Asəf bəyə xatırladırıq ki, həmin Rəsul Quliyev tərəfdarlarının yaxın keçmişdəki fəaliyyətlərini təsdiq edən bir sıra sənədlər var. Hətta bu mövzu ilə bağlı keçmişdə Rəsul Quliyevin partiyasında vəzifə tutan şəxslə söhbət edəndə sorğularımıza qəribə yanaşdı: “Əslində gülüncdür. Bir neçə il öncə bu insanlar hakimiyyəti və onun əsgərlərini təhqir edirdilər. Indi necə dəyişə bilərlər. Sabah Rəsul Quliyev fəallaşsa və hakimiyyətə gəlmək şansı olsa bu şəxslər harda yer tutacaq. Həmin adamlar keçmişdəki fəaliyyətlərini əlində rəhbər tutub deməzlər ki, biz bu olmuşuq. Sadəcə yaşamaq üçün yaltağlanmışıq. Əslində onların başqa yerdə deyil Aqrar Universitetdə cəmləşməsi rektorun da hansısa gizli maraqlarına xidmət edir. Amma unutmamalıyıq ki, əqidəsini tez-tez dəyişənlər cəmiyyət və dövlət üçün təhlükəli şəxslərdir”. Biz redaksiyamıza üz tutan və məktub ünvanlayan bir çox vətəndaşların mövqeyini də diqqətinizə çatdırırıq. Vətəndaşlar Aqrar Universitetdə yazılan həqiqətlərin cavabsız qalmayacağını və tezliklə orda ciddi yoxlamaların aparılmasının vacibliyini qeyd edirlər. Bəzi insanlar övladlarının Aqrar universitetdə təhsil almaq istədiyini lakin indi çarəsiz olduqlarını yazırlar.

Gəncədə və ətraf rayonlarda yaşayanların yaxın ünvan olaraq və şəraitə uygun olaraq Gəncədəki təhsil ocaqlarını münasib saymaları normal qarşılanmalıdır. Lakin bəzi mənfurların qaranlıq fəaliyyəti insanları çəkindirir və qorxudur. Tələbələri məcbur edərək özünün təbliğat maşınının bir formasına çevirən İbrahim Cəfərov ölkə mediasında artıq ən populyar rektordur. Təsadüfü deyil ki, olkənin bir sıra mətbu orqanında bu şəxsin heç də xoş olmayan niyyəti geniş müzakirə mövzusudur. Lakin yazılanlardan nəticə çıxarıb dəyişməyi rədd edən professor tələbə və müəllimləri mətbuatla çəkişməyə səsləyir, müəllim kollektivini mətbu orqanları hədələməyə məcbur edir. Rektorun bu gülünc mövqeyinin arxasında duran qüvvələr onun məğlub ssenarisinin təməlini qoymaqdadırlar. Biz ötən sayımızda İbrahim Cəfərovun yaxın qohumunun “oğru aləmində”, bizim dillə desək cinayətkar aləmdə ad qazandığını qeyd etmişdik. Həmin şəxsin rektorun çox yaxın qohumu olduğunu tam əminliklə qeyd edirik. Hətta dəfələrlə polis tərəfindən qısamüddətli saxlanılan həmin şəxs Rusiyada cinayətkar qruplaşmaya rəhbərlik edib. Bir müddət Türkiyədə naməlum bizneslə məşğul olan avtoritetin professorla hansı işlərdən çıxdığını araşdırırıq.

Qeyd edim ki, İbrahim Cəvərovun yaxın qohumunun hazırda da oxşar fəaliyyətlə məşğul olduğunu Rusiyadakı qaynaqlardan dəqiqləşdirmişik. Lakin bu şəxsin hansı cinayət tərkibli əməllərin sahibi olduğunu konkret faktlarla diqqətinizə çatdırmaq üçün araşdırmaların sonun gözləməyi üstün sayırıq. Yazıda qeyd olunanlarla bağlı Aqrar Universitetin prorektoru Nizami Seyidəliyevlə əlaqə saxlamağa çalışdıq. Nizami müəıllim telefon zənglərimizə cavab vermədiyi üçün bu istəyimizi gerçəkləşdirə bilmədik.

Təbii ki, istənilən zaman universitetdə baş verən və yazıda qeyd olunan faktlarla bağlı onların fikirlərini öyrənməyə hazırıq.

Mövzuya qayıdacağıq.

İkram Rafiqoğlu

(Tia.az)

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam