Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Məmurların və MTN-in nəzarətində olan KİV-lərin aqibəti necə olacaq?

 

Mediaya qanunsuz sponsorluq edənlərlə bağlı cəza tədbirləri müəyyənləşdirildi

Xeberinfo.com:   Azərbaycanda kütləvi informasiya vasitələrinə qanunsuz sponsorluq edənlər böyük məbləğdə cərimə olunacaqlar. Bununla bağlı müddəa yeni hazırlanan Inzibati Xətalar Məcəlləsində əksini tapıb.

Report-un məlumatına görə, layihənin 386-cı maddəsinə əsasən, kütləvi informasiya vasitələrinə, o cümlədən teleradio verilişlərinin (proqramlarının) hazırlanmasında sponsorluqla bağlı “Teleradio və radio yayımı haqqında” qanunun və “Kütləvi informasiya vasitələri haqqında” qanunun tələblərinin pozulmasına görə fiziki şəxslər 1000 manatdan 1500 manatadək, vəzifəli şəxslər 2500 manatdan 3500 manatadək, hüquqi şəxslər isə 8000 manatdan 10000 manatadək miqdarda cərimə ediləcəklər.

Inzibati Xətalar Məcəlləsinin hazırda qüvvədə olan 188-ci maddəsinə əsasən, reklamı qadağan olunmuş məhsulların istehsalçıları və onların satışını həyata keçirən şəxslər tərəfindən kütləvi informasiya vasitələrinə (televiziya və radio yayımı istisna olmaqla) sponsorluğa görə 30 manatdan 50 manatadək miqdarda cərimə tətbiq edilir.

Yeni hazırlanan layihədə isə televiziya və radio yayımı ilə bağlı istisna ləğv olunub və cərimələrin bütün KIV-lərə şamil edilməsi nəzərdə tutulub. Daha bir yenilik isə cərimələrin belə qanun pozuntularına yol verən vəzifəli və hüquqi şəxslərlə yanaşı fiziki şəxslərə də şamil olunmasıdır. Hazırda qüvvədə olan Inzibati Xətalar Məcəlləsində fiziki şəxslərin cərimə olunması nəzərdə tutulmayıb.

Ekspertlər hesab edir ki, hakimiyyətin bu məsələyə diqqət yetirməsi səbəbsiz deyil. Məsələ burasındadır ki, iqtidarın nəzarətində olan bütün media quruluşları qeyri-rentabellidir və onların mövcudluğu ayrı-ayrı məmurların verdiyi dotasiyadan asılıdır. Bu halda isə həmin media quruluşları onlara sponsorluq edən məmurlar üçün silaha çevrilir. Yəni, mediası olan məmurlar bundan rəqiblərini “vurmaq” üçün istifadə edir. Bu isə hökumət daxilindəki ziddiyyətlərin daha da alovlanmasını şərtləndirir. Ona görə də iqtidar ideoloqları uzun illərdir ki, medianı bir əldə cəmləməyin yollarını arayırlar. Bu layihə həmin planın tərkib hissəsi ola bilər.

Digər tərəfdən “MTN işi” ilə bağlı o da məlum oldu ki, Eldar Mahmudov və dəstəsinin nəzarətində 40-dan çox sayt var. Ola bilər ki, bu layihədən həmin saytlara qarşı da istifadə ediləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam