Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Sumqayitda yerləşən Yaşıl Ada restoranında qanunsuz tikinti aparılır -FOTOLAR

bitmap-img6
      Restoran sahibinin tikinti üçün rəsmi icazəsinin olmadığı bildirilir
Yenixeber.org: Paytaxt Bakı və ölkənin böyük şəhərlərində qanunsuz tikinti işləri son zamanlar yenidən füsət alıb. Buna səbəb isə yerli İcra Hakimiyyət orqanlarının və digər cavabdeh qurumların sahibkarlarla gizli şəkildə "anlaşaraq" qanunsuz tikintilərə göz yummasıdır.
Redaksiyamıza daxil olan məlumata görə qanunsuz tikililərdən bir də hazırda Sumqayıt şəhəri 10-cu mikrarayon ərazisində yerləşən Yaşıl Ada restoranında həyata keçirilir. Bildirilir ki, Yaşıl Ada restoranının həyətində əlavə olaraq böyük bir restoran inşa edilir. Məlumata görə restoran sahibinin tikinti üçün rəsmi icazəsi yoxdur.
Bildirək ki, tikinti işlərinin aparılması prosedurları və qaydaları, tikinti normativləri Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənir. Hər hansı bir tikinti üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən icazə alınmalıdır. Ancaq Sumqayıt şəhəri 10-ci mikrarayonda yerləşən Yaşıl Ada reston sahibinin adı çəkilən qurumlardan rəsmi icazə sənədinin olmadığı bildirilir. Məlumata görə Yaşıl Ada restoranında qanunsuz tikintiyə icazə Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən "verilib".
Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Sumqayıt şəhər İcra Hakimiyyətinə sorğu ünvanlanıb.(azfakt.com)
Yazıda adı keçən qurumların münasibətini örgənməyə hazırıq.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam