Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Aqrar Universitetində kütləvi istefalar

 

Redaksiyamıza Azərbaycan Dövlət Aqrar Universitetinin bir qrup əməkdaşı universitetlə bağlı şikayət ünvanlıyıblar.

 

 

Xeberinfo.com:   Müraciəti təqdim edirik: 
 

 

 

"Vəziyyət o yerə çatıb ki, idarəetmə daha "jarqon” forma alıb və universitetdə həyata keçirilən yarıtmaz kadr siyasəti nəticəsində ömrünü bu universitetlə bağlayan bir qrup ziyalı buranı tərk edib. 
Həmin müəllimlərin universiteti tərk etməsinin əsas səbəbi onların ADAU-nin rəhbərliyi, xüsusilə də rektor tərəfindən alçaldılması, tələblərin içərisində heysiyyatına toxunulmasıdır. 
 

 

 

1. Aqrar iqtisadiyyat fakültəsinin əməkdaşı baş müəllim Nəcəf Qurbanovun dərs zamanı mühazirə materialının tələbələrin önündə universitetin rektoru tərəfindən cırılaraq yerə atılması və özünün təhqiramiz formada auditoriyadan uzaqlaşdırılması.
 

 

 

2. Həmin fakültənin dekanı Zakir Əhmədovun universitetin iclaslarında şəxsiyyətinin dəfələrlə alçaldılması, 60 yaşlı dekanın xoşagəlməz ləqəblərlə çağırılması.
 

 

3. Tarix kafedrasının müəllimi Piri Axundovun rektorun köməkçisi vəzifəsinə təyin edildikdən sonra küçə söyüşləri ilə otaqdan qovulması.

 

4. İşə götürdüyü kadrların əksəriyyətinin qısa müddət ərzində işdən uzaqlaşdırılması.

 

 

5. İmtahanlardan müəllimlərin kənarlaşdırılaraq Tələt adlı tələbə tərəfindən götürülməsi.
 

 

 

6. Perspektivi olan kadrlara müxtəlif yollarla təzyiq göstərilməsi, şər və böhtan yazılar yazdırmaqla elmi potensiallıların sıxışdırılması və s.
 

 

 

Adını çəkdiyimiz və çəkmədiyimiz neqativ hallar bəzi əməkdaşların öz razlığı ilə universitetdən digər təhsil ocaqlarına üz tutmalarına səbəb olub. 
Bu hallar ziyalı mühitinə yaraşmayan və daxili vəziyyətin gərginləşməsinə səbəb olan məsələlərdəndir."

 

 

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam