Gəncə Aqrar Universitetinində "kolxoz qanunları"
TQDK-nın test imtahanlarından keçə bilməyən bir çox tələbələr universitetin vakant yerlərinə daxili imtahan adı altında qəbul olunduqları iddia edilir
"Xeberinfo.com": Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Aqrar Universtetində imtahan sessiyası dönəmində özbaşınalıq və tələbələrdən pul tələb etmə halları artmağa başlayıb. Sözügedən təhsil müəssisəsinin rəhbəri, rektor İbrahim Cəfərovun sessiya dövründə hər şeyə biznes kimi yanaşması narazılığa səbəb olub. Məlumatda iddia edilir ki, rektorun təlimatına əsasən tələbələrdən imtahan üçün pul tələb olunması açıq şəkildə reallaşdırılır. Edilən şikayətlərə baxılmaması isə durumu daha da ağırlaşdırıb. Qeyd olunur ki, bu məsələlərdə əsas «ağırlıq» tədris işləri üzrə prorektor Anar Hətəmovun üzərinə qoyulub. Səbəb isə odur ki, bu işlərin hamısına birbaşa prorektorun nəzarət etdiyi deyilir.Qeyd edilir ki, ölkədə azsaylı kənd təsərrüfatı sahəsi üçün mütəxəsislər yetişdirən Dövlət Aqrar Unversitetində Aqronomluq, Aqrotexnologiya, Baytarlıq Təbabəti və Əcazçılıq fakultəsi, Elektroenergetika və İnformasiya Texnologiyaları, Mühəndislik, Aqrar İqtisadiyyat fakultələrinin tələbələri üçün illik «ödəmə» sistemi müəyyənləşdirilib. Baha başa gələn həmin prosesin tələbələr üçün ağır yük olduğu da vurğulanır. Bu «ödəmə»lərin bilavsitə prorektor tərəfindən toplanılaraq, rəhbərliyə çatdırıldığı deyilir. Əldə etdiyimiz məlumatlara görə, Dövlət Aqrar Unversitetinin bir çox tələbələri testdənkənar qəbul olunublar və uzun illərdir ki, bu universitetdəki diplomların saxta olub-olmaması da ciddi şəkildə araşdırılmalıdır. Bizə çatan məlumatada iddia olunur ki, universitet rəhbərliyinin adı artıq testdənkənar qəbul aparmaqda da hallanır. Belə ki, TQDK-nın test imtahanlarından keçə bilməyən bir çox tələbələr unversitetin vakant yerlərinə daxili imtahan adı altında qəbul olunurlar. Mənbə iddia edir ki, universitetin daxili imtahanı formal xarakter daşıyır və sadəcə, tələbə qəbulunu qanuniləşdirmək məqsədi ilə yaradılıb. Bu təhsil müəssisəsinə qəbul olmaq üçün isə böyük xərcin tələb olunduğu qeyd edilir. Həmin təhsil ocağındakı imtahanlar zamanı tələbələrin qiymətə görə xərcə düşməsində tədris işləri üzrə prorektor Anar Hətəmovun adının hallandırılması onu göstərir ki, burada araşdırılmalı məsələlər çoxdur. Məlumatlarda o da vurğulanır ki, rəhbərliyin qazanc yerlərindən biri də qiyabi təhsil şöbəsidir. Məsələ burasındadır ki, universitetdə qiyabi təhsil alan yüzlərcə tələbə hər semestrdə qiyabi şöbənin müdiri Siyavuş Vəliyevlə xüsusi görüşlər keçirirlər. Hər imtahan üçün ciddi xərcə düşən qiyabi oxuyan tələbələr imtahanlarından kafi qiymət almış hesab olunurlar. Daha sonra qeyd olunur ki, Gəncə Aqrar Universitetinin rəhbərliyinin bir başqa qazanc mənbəyi də müəllimlərin və tələbələrin adına yazdırılan sanatoriya putyovkalarıdır. Putyovkalar isə həmkarlar təşkilatlarının əlinin altından gəlib keçir. Nəzərinizə çatdıraq ki, Dövlət Aqrar Universitetinin nəzdində 4 həmkərlar təşkilatı, Azad Həmkarlar İttifaqı Komitəsi, Tələbə Azad Həmkarlar Komitəsi, Tələbə Elmi Cəmiyyət və Tələbə Gənclər Təşkilatı fəaliyyət göstərir. Universitet müəllimlərinin və tələbələrin adlarına yazılan sanatoriya və maddi yardım maxinasiyaları isə, məhz iki həmkarlar təşkilatının, Azad Həmkarlar İttifaqı Komitəsi və Tələbə Azad Həmkarlar Komitəsinin əli ilə həyata keçirilir.