Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Saxta diplom” məlumatına cavab haqqı: “nəinki bir, iki ali təhsili var”

        

 

Xeberinfo.com:  Beş gün öncə saytımızda yer alan “Şok: MTN-də saxta diplomlu “çekist” var” sərlövhəli yazı geniş ictimai marağa səbəb olmuş və əksər media orqanlarının da diqqətini çəkmişdi. Bəzi saytlar böyük həvəslə, anındaca yazını “kopya”lamış və hələ də səhifələrində saxlamaqdadırlar.

Biz isə çox keçmədən yazını saytdan çıxarmalı olduq. Səbəb yazıda qeyd olunan əsas faktın həqiqiliyinə müəyyən şübhələrin doğması ilə bağlı oldu. Söhbət Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşı Bayramov Pərviz Hüseyn oğlunun ali təhsili ilə bağlı məlumatdan gedir. Yazıda Pərviz Bayramovun ali təhsil haqqında diplomunun həqiqiliyinə kölgə salan detallar var idi.

Qeyd etdiyimiz kimi, yazı sayta qoyulandan sonra adı hallanan tərəfin nümayəndəsi redaksiyamızla əlaqə yaratdı və məlumatın əsassız olduğunu bildirdi. Məlum prinsip və qaydalara uyğun olaraq da, biz qarşı tərəfi dinləyib, mövqeyinə sayqı ilə yanaşırıq. Nümayəndəsinin redaksiyamıza verdiyi məlumata görə Pərviz Byarmovun nəinki bir, iki ali təhsili var. Hazırkı iş fəaliyyətini stimullaşdıran da, məhz ikinci ali təhsilidir. Belə ki, adı hallanan MTN əməkdaşının Heydər Əliyev adına Milli Təhlükəsizlik Akademiyasını da bitirməsi deyilir... Bu isə kifayət qədər ciddi fakt sayıla bilər.

Ehtiyac olarsa qarşıdakı günlərdə mövzunu davam etdirb, geniş yazı hazırlayacağıq.

Xaliq  

 

   


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam