Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Pərviz Həşimli MTN-dən çıxarılır

 

      Jurnaist və hüquq müdafiəçisi Pərvi Həşimli saxlandığı MTN-in istintaq təcridxanasından Ədliyyə Nazirliyinin Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasına köçürüləcək. 

       "xeberinfo.com": Bu barədə jurnalistin vəkili Bəhruz Bayramov məlumat verib. “Pərviz Həşimlinin Bakı İstintaq Təcridxanasına köçürülməsi üçün onun barəsində məhkəmə hökmündən çıxarışı təqdim etsək də, MTN-in istintaq təcridxanasından hökmün əslini istədilər. Bu gün hökmün əslini MTN-in istintaq təcridxanasına təqdim etdik” – deyən vəkil bildirdi ki, ya bu gün, ya da sabah Pərviz Həşimli Bakı İstintaq Təcridxanasına köçürüləcək. 

Pərviz Həşimli və Təvəkkül Qurbanov 2013-cü il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyatla saxlanılıblar. Onlara qarşı odlu silahın və döyüş sursatının qaçaqmalçılığı və odlu silah saxlama maddələri ilə ittiham irəli sürülüb. Pərviz Həşimli ittihamları qəbul etmir, T.Qurbanovun MTN-in adamı olduğunu deyərək, onun vasitəsilə şərləndiyini və siyasi sifarişlə, saxta ittihamla həbs edildiyini bəyan edir. «Amnesty İnternational» təşkilatı Pərviz Həşimlini “vicdan məhbusu” kimi tanıyıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 may 2014-cü il tarixli hökmü ilə Pərviz Həşimli 8 il, Təvəkkül Qurbanov isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam