Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Pərviz Həşimlinin məhkəməsi keçirildi

 

 

    Ötən ilin sentyabrında həbs olunmuş jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti proses keçirildi.

   

     "xeberinfo.com": Məhkəmə Pərviz Həşimlinin vəsatəti ilə başladı. Jurnalist hakimdən onun evinin qarşısındakı müşahidə kamerasındakı məlumatlarla bağlı MTN-ə sorğu verilməsi haqda vəsatət qaldırdı. O bildirdi ki, bundan öncə də MTN belə sorğulara məhəl qoymayıb: “Yaddaş kartı məhkəməyə təqdim olunsa, silahları mənim evimə MTN-in Antiterror Mərkəzi işçilərinin özlərinin atdığı məlum olacaq. Məhkəmədən xahiş edirəm vəsatəti təmin etsin, yaddaş kartının MTN-dən gətirilməsini tələb etsin, onda hər şey məlum olacaq”.

Pərviz Həşimlinin vəsatətindən sonra vəkilləri digər müttəhim Təvəkkül Qurbanova suallar ünvanladılar. Onların hansı şəraitdə həbs olunması ilə bağlı sualın cavabında Təvəkkül Qurbanov dedi ki, maşınında həbs olunublar. Ancaq ibtidai istintaq zamanı o bildirmişdi ki, Pərviz Həşimli avtomobilin yanında saxlanılıb. Bundan əlavə, o məhkəmədə jurnalistin ona 15 min dollar verib. Bunun 12 min dollarını İrandan silah gətirən şəxsə verməliymiş, qalan 3 mini özünə götürməliymiş. Ancaq istintaq zamanı o demişdi ki, P.Həşimli əvvəlcə ona 12 min dollar, əlavə olaraq bəxşiş kimi 3 min dollar verib.

Təvəkkül Qurbanov ifadələrindəki başqa bir uyğunsuzluq silahları alan zaman sellofanda büküldüyü ilə bağlı idi. Ancaq məhkəmədə çıxışında bildirmişdi ki, silahlar kağıza bükülüb, daha sonar sellofana qoyulub. Təvəkkül Qurbanov digər uyğunsuzluqları məhkəmədə izah edə bilmədi.

Təqsirləndirilən şəxs olaydan öncə Pərviz Həşimlini sonuncu dəfə 2005-ci ildə gördüyünü deyib. Hakim “neçə illərdən sonra görüşdən sonra Pərviz necə oldu ki, sizinlə görüşdə birdən-birə İrandan gətirilən silahları almaqla bağlı söhbət etdi” sulına da cavab verə bilmədi.

Pərviz Həşimli isə Təvəkkül Qurbanovun yalan danışdığını bildirdi və qeyd etdi ki, 2005-ci ildə o hərbi xidmətdə idi.

Jurnalist onu da qeyd etdi ki, Təvəkkül Qurbanov ona zəng edib: “Mənim telefonuma baxsanız, bu adamın adını belə yaddaşa yazmamışam. Çünki mənim üçün əhəmiyyətli adam olmayıb”.

Növbəti iclas 1 may, saat 12-də keçiriləcək.

Qeyd edək ki, Pərviz Həşimli 2013-cü il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyatla saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı- beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma - üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) maddələri üzrə ittiham irəli sürülüb.

Pərviz Həşimli ittihamları qəbul etmir, hüquq müdafiəçiliyi və jurnalist fəaliyyətinə görə saxta ittihamla həbs edildiyini bəyan edir. “Amnesty İnternational” təşkilatı Pərviz Həşimlini “vicdan məhbusu” kimi tanıyıb.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam